Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə106/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   101   102   103   104   105   106   107   108   109

241 

 
Hamı ilə dostluq etməyi bacar, tez-tez qəzəblənmə, çünki qəzəb vərdi-
şə çevrilə bilər. 

 
Sənə bu gün müraciət edən insana köməyi sabaha saxlama, axı sən bil-
mirsən, sabah nə baş verə bilər.  

 
Yaramaz əməllərin kölə asılılığından azad olmağa insana yardım et.  

 
Rəqiblərinin  sözləri  və  əməlləri sənə  aydın  deyilsə,  onlara hökm  ver-
mə. 

 
Yalnız  sözlərdə  deyil,  əməllərdə  də  müdrik  ol,  çünki  söz  müdrikliyi 
dünyada qalacaq, müdrik əməllər isə əbədi yaşayacaq. 

 
Əgər  sən  xeyirxah  işlər  görərkən  əziyyət  çəkirsənsə,  əziyyətlər  keçə-
cək və xeyirxahlıq qalacaq. Əgər sən yaramaz işdən zövq alırsansa, zövq ke-
çəcək, pislik isə qalacaq.  

 
O  gün  haqqında  düşün  ki,  səni  çağıracaqlar,  sən  isə  eşitməyəcəksən, 
nitq qabiliyyətini itirəcəksən, nə eşidə, nə danışa, nə xatırlaya bilməyəcəksən.  

 
Dəqiq bil, sən dostunun kim, düşmənin kim olduğunu tanıya bilməyə-
cəyin yerdə ola bilərsən. Buna görə qeyri-mükəmməlliyə görə heç kəsə hə-
qarətlə baxma.  

 
İnan ki, sən hamının bərabər olduğu yerə düşəcəksən, ona görə lovğa-
lıqla məşğul olma, “yola” həmişə hazır ol, axı sən bilmirsən “köç” nə zaman 
olacaq.  

 
Onu da bil ki, böyük yaradanın bizə verdiyi bütün dəyərlərin arasında 
müdriklikdən yaxşısı yoxdur.  

 
Düşüncələri, sözləri və əməlləri arasında bərabərlik olan insan müdrik-
dir.  

 
Yaxşılığı mükafatlandır, pislikdən nəticə çıxar.  

 
Öyrən, yadda saxla, mənasını anla. 

 
Öz işlərini həmişə sağlam düşüncə və şəraitdən asılı olan tələblər əsa-
sında qur.  

 
Bu  dünyanın  heç  bir  böyük  işində  səhlənkarlıq  və  tənbəlliyə  yol  ver-
mə, süstlük və iradəsizlik göstərmə, səxavətdə isə israfçılıq etmə.  

 
Təmiz ad qazanmaq xatirinə qanunsuzluğa yol vermə.  

 
Müvəqqəti ləzzət üçün ləyaqətli insanları itirmə - ləyaqətli həyatını iti-
rərsən. Müdrikliyə ehtiram et, müdriklərə qulaq as, dünyəvi həvəslərə aludə 
olma.  

 
Müsbət adətləri rədd etmə, vaxtı çatmamış heç bir işi başlama, hansısa 
bir işi başlayarkən onu ağılla, vicdanla, şərəflə yerinə yetir. 

 
Varlananda  lovğalanma,  ətrafdakıları  alçaltma,  yoxsullaşanda  ruhdan 
düşmə və yazıq görkəm alma. 

 
Dostunla  elə  rəftar  et  ki,  hakim  qarşısında  durmayasan,  düşməninlə 


242 
özünü elə apar ki, məhkəmədə ondan üstün olasan. 

 
Heç kimlə dalaşma, hamı ilə sadə ol, heç yerdə sadəlik və nəzakəti yer-
siz hesab etmə. Özünə rəva bilmədiyin şeylərdən ötrü qardaşını danlama.  

 
Bekarçılığa  sevinmə,  taleyinə  ümid  olma,  yaxşı  iş  üçün  təəssüflənmə, 
heç kimi aldatma, heç kəsi lağa qoyma, xoşbəxtliyə nail olmaq üçün həmişə 
ədalət, həqiqət, xeyirxahlıq yolu ilə get. Və allahın köməyi ilə nail olacaqsan.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


243 
XÜLASƏ 
 
Mədəniyyətə və kulturologiyaya müraciət bugün olduqca aktualdır. Xal-
qın ruhi mədəniyyətinin, hər şeydən əvvəl, intellektual və etik mədəniyyəti-
nin  inkişafına  xidmət  etmədən,  ziyalıların  əsl  vətənpərvərliyi  təsəvvüredil-
məzdir.  Öyrənmə  insanın  ağlını  –  dünyanın  bütün  qapılarına  açarı  inkişaf 
etdirir. Xeyihxahlıq ləyaqətli həyat üçün pozitiv mühit yaradır. Ruhi mədə-
niyyətin  bu  iki  əsas  dayağının  harmoniyası  xoşbəxtliyə  nail  olmağa  səbəb 
olur.  
Mənim dərin inamıma görə, insan üçün onun yüksək mədəniyyətli insan 
kimi qəbul edilməsindən yüksək qiymətləndirmə yoxdur və ola bilməz. Ali-
cənab insan ictimai tanınmada öz tələbatlarını ağılda, qabiliyyətlərdə, bilik-
lərdə, insanların rifahı naminə humanizm və nailiyyətlərdə üstünlüyünün aş-
kar edilməsi ilə təmin edir. Öz ağlı və iradəsinə malik olmaq, özündə həyata 
qarşı optimist münasibət tərbiyə etmək şəxsiyyətin və cəmiyyətin mütərəqqi 
inkişafı üçün həlledici əhəmiyyətə malikdir.    
İnsan həyatı üçün təbii işıq, hava, su, od, torpaq, bitkilər və heyvanlar, qi-
da,  hərəkət,  yuxu  kimi,  mədəniyyət  enerjisi  də  o  qədər  zəruridir.  Bu  sosial 
eherjinin  düzgün  anlamı  və  istifadəsi,  universal  biliklər  mənbəyi  və  həyat 
fəaliyyəti  metodologiyası kimi, kulturologiyanın rolunu şərtləndirir. Bu bi-
liklər sahəsi şəxsiyyətin və insan kapitalının inkişafı, rəhbərlər və liderlərin 
hazırlığı,  müasir  dünyada  permanent  dialektik  dəyişikliklər  şəraitində  cə-
miyyətin və dövlətin strateji problemlərinin həlli üçün  əvəzsiz elmi və prak-
tik əhəmiyyətə malikdir.  
Bu  reallığı  nəzərə  alaraq,  kulturoloji  təfəkkür,  biliklər  və  metodoloji  ya-
naşmaların Azərbaycan vətəndaşlarının sosial  və şəxsi həyatında yeni mə-
dəni ənənə olmasına yardım etmək lazımdır. Respublikada kulturologiyanın 
hərtərəfli inkişafı və universal kulturoloji biliklərin yayılması xalqın mədəni 
səviyyəsi və həyat keyfiyyətini, dəyişən fərdi və milli tələbatları nəzərə al-
maqla, qərar qəbul etmə mədəniyyətini daim yüksəltməyə imkan verər.   
  Yüksək  mədəniyyət  həm  də  düzgün  qərarlardır,  düzgün  qərarlar  isə 
məntiqə,  elmi  biliklərə  və  praktik  təcrübəyə  əsaslanan  yeni  imkanlardır. 
Qloballaşma  çağırışları  respublikanın  təhsil  və  elm  xadimlərindən,  alimləri 
və  mütəxəssislərindən,  siyasətçilər,  diplomatlar  və  ictimai  xadimlərindən 
milli və dünya mədəniyyətinin tarixi nailiyyətlərini bilməyi, onda təcəssüm 
olunan insanın inkişaf qanunlarını və həyat fəaliyyəti texnologiyalarının tək-
milləşməsini dərk etməyi tələb edir. Bununla bərabər onlar milli inkişaf na-
minə mədəniyyətin və kulturologiyanın hüdudsuz dəyişdirici imkanlarından 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə