Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə62/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

 156 
 
 
 
Onuncu 
fəsil 
 
Bu 
fəsli oxuyarkən aşağıdakı 
termin 
və anlayışlara diqqət yetirin: 
 

 
Dövlət büdcəsi və vergilər 

 
Büdcə quruculuğu 

 
Büdcə gəlirləri 

 
Büdcə xərcləri 

 
Vergi sistemi 

 
Vergilər və onun növləri 

 
Vergi 
dərəcələri 
 
 
 
Bəllidir  ki,  insan  dünyaya  gələndə  özü  ilə  təbii  hüquqlarını  da  gətirir.  Öncül 
hüquq  i
sə  -  yaşamaq  hüququ,  həyat  tələbatlarını  ödəmək  hüququdur.  Bizim  hər 
birimiz, 
peşəmizdən və yaşımızdan asılı olmayaraq istədiyimiz, könlümüzdən keçən 
nemətlərə sahib olmaq haqqına malikik.  
Torpaq 
nə  qədər  bərəkətli,  insan  ağlı  və  əli  nə  qədər  qüdrətli  və  zəhmətkeş 
olursa-olsun 
xoşbəxtliyə qovuşmaq, firavan həyat sürmək tək onun arzuları ilə başa 
gəlmir.  Bütün  bunlar  üçün  ədalətli  qanunların  bərqərar  olduğu  dövlətin  varlığı 
zəruridir. 
İndi bizim müstəqil dövlətimiz var və biz qürur hissi ilə deyirik ki: biz dövlətik, 
dövlət  isə  bizik!  Görkəmli  ingilis  filosofu  Con  Lokk  hələ  üç  yüz  il  bundan  əvvəl 
demişdi: insan öz xeyrini, həyatda ona sərfəli olanları dərk etməyə qadirdir və insanı 
dövlətlə birləşməyə, onun qanunlarına, nizam-intizama riayət etməklə faydalanmağa 
vadar  
edən heç bir hədə-qorxu deyil, onun ağlıdır və bunu etməlidir. 
Bu  
fəsildə həmin münasibətlərdən - cəmiyyət üzvləri ilə  öz dövləti, dövlətin isə 
öz 
vətəndaşları ilə münasibətdə ən mühüm vasitədən-büdcədən bəhs edir. 
Büdcə  ilə bağlı biz  hər gün telekanallardan, kütləvi informasiya vasitələrindən 


 157 
müxtəlif  xəbərlər  eşidir,  oxuyuruq.  Bu  barədə  danışanlar,  yazanlar  büdcənin 
imkanlarına,  onun  gəlirlər  hissəsinin  necə  doldurulmasına,  büdcədəki  vəsaitlərin 
hansı istiqamətlərə xərclənməsinə diqqət yetirirlər. 
 
Büdcə nədir? 
 
 
 
 
Büdcə sözü XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil 
olmuş, məna etibarilə xəzinə sözünə yaxın olmuşdur.  
Büdcə  müvafiq  dövlət  hakimiyyəti  və  özünüidarəetmə  orqanlarının  vəzifə  və 
funksiyaları  yerinə  yetirmək  üçün  lazım  olan  pul  vəsaitləri  fondunun  yığılması  və 
istifadə olunması formasıdır. Büdcə dövlətin, özünüidarəetmə orqanlarının, ayrı-ayrı 
təşkilatların  və hətta ailənin  müəyyən  dövr (adətən bir il)  üçün  gəlir və xərclərini 
əks etdirən maliyyə sənədidir.  
 
 
Bəs büdcə necə hazırlanır? 
Azərbaycan Respublikasının büdcə sisteminin tarixini xronoloji olaraq 3 dövrə 
bölmək olar. İlk büdcə quruculuğu prosesi 1918-20-ci illərdə fəaliyyət göstərmiş 
Demokratik  Cümh
uriyyətin  dövrünə  təsadüf  edir.  Sonradan  keçmiş  SSRİ-nin 
tərkibinə   qatılan  "müttəfiq  respublikamız"  suverenliyi  ilə  yanaşı,  büdcə 
müstəqilliyini  də  itirmişdi.  Nəhayət, 1991-ci  ildə  dövlət  müstəqilliyinin 
bərpasından sonra  yenidən büdcə proqnozlaşdırılması və icrası məsələləri dövlətin 
iqtisadi 
siyasətinin  başlıca  alətlərindən  birinə  çevrilmiş  və  onun  parlament 
müzakirəsi təşkil olunmuşdur. 
Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin (dövlət  və 
yerli) 
tərtibinin,  təsdiqinin,  icrasının  və  icrasına  nəzarətin  təşkilati,  hüquqi  və 
iqtisadi 
əsasları  "Büdcə  sistemi  haqqında"  Qanunla müəyyənləşdirilir. Bu qanunla 
büdcə ili də müəyyənləşdirilib. 
Büdcə  ili  -  büdcənin  icrasının  həyata  keçirildiyi  bir  illik  zaman  müddətidir. 
Büdcə  ilinin  zaman  çərçivələri  ayrı-ayrı  ölkələrdə  fərqlidir.  Məsələn,  ABŞ-da 
maliyyə  ili  oktyabrın  1-dən  başlayıb  növbəti  ilin  sentyabrın  30-da,  Böyük 
Britaniyada 
isə  mayın  1-dən  başlayıb  növbəti  il  aprelin  30-da  başa  çatır.  Əksər 
ölkələrdə, o cümlədən Azərbaycanda, büdcə ili yanvarın 1-dən başlayıb dekabrın 31-
də başa çatır.  
Dövlət büdcəsi  layihəsinin  tərtibi  prosesi  növbəti büdcə  ilinə 11  ay qalmış 
başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim 
edildiyi 
günədək  olan  dövrü  əhatə  edir.  Cari  ilin  aprel  ayının  15-dək  dövlət 
Бцдъя - инэилис мяншяли сюз ("будэет") 
олуб чанта, торба мянасыны верир.  
 


 158 
büdcəsinin  və  investisiya  proqramının  ilkin  layihəsi  hazırlanaraq  büdcə-vergi 
siyasətinin  əsas  istiqamətləri,  büdcə  təsnifatının  bölmələri  səviyyəsində  gəlir  və 
xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı 
üç  il  üçün  icmal 
büdcə  proqnozu  ilə  birlikdə  baxılmaq  üçün  müvafiq  icra 
h
akimiyyəti orqanına təqdim olunur.  
Cari  ilin  may 
ayının 1-dək Maliyyə  Nazirliyi tərəfindən  növbəti il üzrə  dövlət 
büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal, büdcə göstəricilərinin tərtibinə dair 
təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. 
Avqust 
ayının 1-dək müvafiq Maliyyə Nazirliyi tərəfindən cari ilin altı ayının faktiki 
nəticələri nəzərə alınmaqla növbəti il üzrə orta müddətli makroiqtisadi göstəricilər, 
h
abelə sosial, iqtisadi və investisiya proqramları dəqiqləşdirilir.  
Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinin  layihəsi  və  sonrakı  üç  il  üçün  icmal 
büdcənin  göstəriciləri  cari  ilin  sentyabr  ayının  10-dək  Nazirlər  Kabinetinə  təqdim 
edilir.  
Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  haqqında  qanun  layihəsi  isə  ona  əlavə 
edilmiş  digər  sənədlərlə  birlikdə  cari  ilin  oktyabr  ayının  15-dən  gec  olmayaraq 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  109-cu  maddəsinin  2-ci  bəndinə 
uyğun  olaraq  Azərbaycan  Respublikasının  Milli  Məclisinin  müzakirəsinə  və 
təsdiqinə  təqdim  edilir.  Qanun  layihəsi  Azərbaycan  Respublikasının  Milli 
Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.  
Beləliklə, mövcud qanunvericilik əsasında növbəti ilin dövlət büdcəsinin tərtibi 
İqtisadi  İnkişaf  Nazirliyi  tərəfindən  hazırlanan  sosial-iqtisadi  inkişaf  proqnozları 
əsasında Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir və Nazirlər Kabinetinə təqdim 
edilir. 
Hökumətin müzakirəsindən sonra Prezident Aparatına göndərilir və prezident 
tərəfindən  bəyənildikdən  sonra  baxılmaq  üçün  Milli  Məclisə  təqdim  olunur.  Milli 
Məclisin  qəbul  etdiyi  variant prezident tərəfindən təsdiq  edildikdən sonra qüvvəyə 
minir. 
Büdcəyə ictimai nəzarət funksiyası parlament tərəfindən həyata keçirilir. 
 
Büdcə gəlirləri və xərcləri 
Bir  az 
əvvəl  qeyd  elədik  ki,  büdcə  dövlətin  baş  maliyyə  planıdır.  O,  adi 
h
esabdarlıqda  olduğu  kimi,  iki  tərəfə  malikdir:  gəlir  (mədaxil)  və  xərc  (məxaric). 
Əgər birinci tərəf  vergilər, rüsumlar və qeyri-vergi  ödənişlərindən təşkil olunursa, 
ikinci 
tərəf  özündə   səhiyyə,  təhsil,  elm,  sosial  təminat,  müdafiə,  idarəetmə, 
h
əmçinin  dövlət  subsidiyaları  hesabına  fəaliyyət  göstərən  iqtisadiyyatın  ayrı-ayrı 
səhələrinə yönəlmiş xərclərin kompleks spektrini əks etdirir. 
 
 
 
 
 
 
 
B
ц
d
ъя
 
эялирляри
 - 
мцва
f
иг
 
г а
n
у
n
вериъилик
 
ак
t
лары
 
иля
 
мцяййя

o
лу
n
муş
 
г ай
d
а
d
а
 
мц
xt
яли

сявиййяли
 
бц
d
ъяляря
 d
а
x
ил
 o
ла

верэиляр

рцсумлар
, d
иэяр
 
ю
d
я
n
иş
 
вя
 
  
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə