Фуат рясулов


  Açıq bazarda əməliyyatlar



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

 153 
3. 
Açıq bazarda əməliyyatlar  
Qiymətli kağızların satışı            
Buxovlayıcı siyasət 
 
 
Qiymətli kağızların alışı                   
Genişləndirilmiş siyasət 
 
Pul 
kütləsi       

 
Faiz 
dərəcəsi  

 
İnvestisiya       

 
 
Pul 
kütləsi       

 
Faiz 
dərəcəsi  

 
İnvestisiya       

 
 
 
 
 
 
 
 
İ q t i s a d i   f i k i r   t a r i x i n d ə n    
 
 
Milton 
Fridmən (31.12.1912) 
 
Son 
illər biz Sizlərlə bərabər iqtisadi siyasətə 
dair 
keçirilən  müxtəlif  səviyyəli  debatları 
müşahidə edərkən çox tez-tez «monetarist» sözünü 
eşidirik.  Monetaristlərin  çox  sevdiyi  bu  sözün 
populyarlaşmasında  monetarizm 
iqtisadi 
nəzəriyyəsinin  banisi  Milton  Fridmənə  minnətdar 
olmalıyıq. Emiqrant ailədən olan, iqtisadi təhsilini 
aldığı  təqaüdlə  məşhur  Çikaqo  Universitetində 
başa vuran Fridmən sonradan uzun illər (1946-79-
cu 
illərdə)  həmin  Universitetdə  iqtisadiyyat 
professoru 
vəzifəsində çalışıb.  
   Onun 
iddiasına  görə,  inflyasiyanı  pul  kütləsinə  təsir  etmək  yolu  ilə 
nəzarətdə  saxlamaq  mümkündür,  baxmayaraq  ki,  bir  çox  ölkələrdə  dövlət 
xərclərini ixtisar etməyə milli hakimiyyətlərin «siyasi iradəsi» çatmır. 1976-cı 
ildə Nobel mükafatına layiq görülmüş Fridmən əmindir ki, «İnflyasiya həmişə 
və  hər  yerdə  monetar  fenomen  sayılır».  Əgər  dövriyyəyə  əlavə  pul 
buraxılışının  artım  tempi  məhduddursa  və  onun  səviyyəsi  iqtisadiyyatda 
istehsalın artım tempinə uyğundursa,  onda məhsulun qiymətinin artımı (yəni 
inflyasiya)  
baş verməyəcəkdir.  
Fridmən  monetar  siyasətin  tətbiqi  zərurətinə,  həmçinin  Keynsin 
nəzəriyyəsindən  kənarlaşmasına  əminliyini  onunla  əsaslandırır  ki,  bazar 
 


 154 
qüvvələri  özünütənzimləmə  xarakteri  daşıyır  və  «işsizliyin  təbii  səviyyəsi 
mövcuddur». 
Fridmənin  nəzəriyyəsi  anti-inflyasiya  nəzəriyyəsi  hesab  olunur.  Bu 
nəzəriyyə  son  illər  keçid  iqtisadiyyatlı  ölkələrdə  geniş  tətbiq  imkanları 
qazanm
ışdır. 1994-cü  ildən  başlayaraq  Azərbaycan  Respublikasının  Milli 
Bankı pul kütləsinin tənzimlənməsində monetar alətlərdən istifadəyə üstünlük 
verir. 
 
Xülasə 
 
1. 
Tarixən  əmtəə  və  xidmətlərin  istehsalı  üzrə  ixtisaslaşma  səviyyəsi 
dərinləşdikcə   natural  mübadilə   əməliyyatlarının  aparılması  getdikcə 
çətinləşmiş  və  mal  mübadiləsinin  asanlaşdırılmasına  xidmət  edən  ticarət 
münsasibətləri  formalaşmış,  pul  yaranmışdır.  Pul  –  bütün  əmtəələr  üçün 
ümumi ekvivalentdir. 
2. Pul rolunda 
çıxış edən əşyalar aşağıdakı  tələblərə cavab verməlidir: 

insanların hamısı  tərəfindən qəbul edilməlidir, yəni alqı-satqı 
əməliyyatları zamanı insanlar onu pul kimi qəbul etməyə hazır olsun; 
- rahat 
daşınan olmalıdır ki, həm böyük, həm də kiçik sövdələşmələrdə 
istifadə etmək mümkün olsun; 

dəyərin saxlanması baxımından elə olmalıdır ki, uzun müddət 
saxlandıqda alıcılıq qabiliyyəti azalmasın; 
- kompakt, bircinsli 
və bölünən  olmalıdır; 
- uzunömürlü 
və daimi dəyərə malik olmalıdır. 
3. Pul  
aşağıdakı 3 başlıca funksiyanı yerinə yetirir:  
Pul 
tədavül vasitəsidir; 
Pul 
əmtəə və xidmətlərin dəyər ölçüsüdür; 
Pul 
sərvət toplanması vasitəsidir. 
4. Pul 
kütləsini tənzimləmək üçün MB aşağıdakı alətlərdən istifadə edir: 
- bank eh
tiyatlarının norması; 
- uçot 
dərəcəsi; 

açıq bazarda əməliyyatlar. 
5. Makroiqtisadiyyatla 
məşğul olan iqtisadçılar arasında baş verən 
proseslərə münasibətdə üç müxtəlif yanaşma mövcuddur. Onun əsasını 
aşağıdakı nəzəriyyələr təşkil edir: 
Klassik; 
Keynsçi; 
Monetarist. 
 
 
Müzakirə üçün suallar 
 
Pula 
tərif verin və müxtəlif dövrlərdə pul rolunu oynayan əşyaların adını 
sadalayın. İstehsalçılar arasında natural mübadilə modelini qurun. 
?
 
 


 155 
Pulun 
funksiyalarını  izah  edin.  Pulun  aqreqatlarını  (Mo,  M1,  M2) 
sadalayın və onun açılışını verin. 
Hər  bir  nəzəriyyənin  (Klassik,  Kensçi,  Monetarist,  Rasional  gözləntilər) 
əsas  tezislərini  fərqləndirin  və  onları  ümumiləşdirib,  sonradan  uyğun  gələn 
seçimi edin. 
Milli 
Bankın  pul  kütləsini  tənzimləmək  üçün  istifadə  etdiyi  alətləri 
sadalayın və hər bir alətin pul kütləsinə təsirini qiymətləndirin.  
 
 
 
 
Test 
 
9.1.  Keynsçilik 
doktrinasına  görə  buraxılışın  həcmi  və  məşğulluğun 
səviyyəsi müəyyən edilir: 
a) Tam 
məşğulluq vəziyyətini xarakterizə edən iqtisadi sabitliklə 
b) Onunla ki,  
təklif tələbi yaradır 
c) 
Məcmu tələbin ölçüsü ilə 
d)  Sey  Qanunun 
fəaliyyəti ilə.
 
 
9.2. 
Klassiklərdən fərqli olaraq, Keyns təsdiq etmişdir ki: 
a) «Laissez faire (bu  söz 
fransız  mənşəli  olub,  «müdaxilə  etməmək» 
mənasını  verir)  prinsipinin  yerinə  yetirilməsi  mütləq  makroiqtisadi  tarazlığa 
gətirib çıxarır 
b) 
Qiymətlər və əmək haqqı çevikliyə malik olurlar 
c) Bazar 
təbii surətdə özünü tənzimləyir 
d)  
Özəl sahibkarlıq iqtisadiyyatına daxili qeyri-sabitlik xasdır. 
  
 9.3.
Hansı  iqtisadi  nəzəriyyə  belə  nəticəyə  gəlir  ki,  bazarlar  
uzunmüddətli  dövrdə  artım  tempindən kənarlaşma  tendensiyasını  özləri 
«
tənzimləyirlər»(tarazlığa qaytarırlar).  
a)  Keys 
nəzəriyyəsi 
b)  Monetar 
nəzəriyyə 
c)  Klassik 
nəzəriyyə 
d)  
Təklif nəzəriyyəsi. 
 
9.4. Sey Qanunu bildirir ki: 
a) 
Qiymətlərin artımı  təklifin çoxalmasına gətirib çıxarır 
b) 
Təklifin və tələb əyrilərinin hərəkətləri bazar tarazlığına gətirib çııxarır 
c) 
Təklif özünün xüsusu tələbini yaradır 
d) 
Əmək  haqqı  və  qiymət  çevik  hesab  olunmur,  ona  görə  də  bazar 
tarazlığının əldə olunmasına əngəl yaradır. 
 
 
 
?



Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə