Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

Gerçəkləşən İdeyalar
The Team
Brend Kommunikasiya Konsaltinq Agentliyi
86
"Design Week" jurnalının 2002, 2003 və 2004-cü
illərdə apardığı araşdırmaların nəticələrinə
əsasən, "The Team" Böyük Britaniyada ən
effektiv fəaliyyət göstərən brend kommunikasiya
konsaltinq agentliyidir. Şirkət özəl, dövlət və
qeyri-kommersiya sektorlarından olan çoxsaylı
vacib müştəriləri cəlb edə bilməsi ilə öyünür.
Onun müştəriləri sırasında Vodafone, MSX,
"Comic Relief" xeyriyyə təşkilatı, BBC, Peşə
İnkişafı İnstitutu (CIPD), Beatles qrupu və
"Metropolitan Police" təşkilatı yer alır.
İdarəedici Direktor Culian Qrays 20 il bundan
əvvəl "The Team" şirkətinin əsasını qoyan dörd
dizaynerdən biri idi. "Həmin vaxtlarda şirkət
əslində dörd müxtəlif istiqamətdə təşkil olunan
biznes fəaliyyəti üzərində qurulmuşdu, hər bir
istiqamət isə fərqli biznes modelini  tətbiq edən,
ayrı-ayrı müştəri qrupları ilə işləyən və müxtəlif
xarakterli işlərə xüsusi diqqət yetirən dizayner
tərəfindən idarə olunurdu," Culian deyir.
Səkkiz il bundan əvvəl "The Team" şirkətdaxili
güclü və zəif cəhətlərini qiymətləndirib özlərinin
"rəhbərsiz" olduqları qənaətinə gəldi. Nəticə
etibarilə, "The Team" biznes fəaliyyətini yenidən
təşkil etdi, "hal-hazırda isə şirkətdə bacarıq və
təcrübənin diqqətlə seçilmiş birləşməsinə malik
olan ikinci nəsil idarəetmə komandası çalışır.
Culian təqdimatında bu belə səslənir:
"Hər biri fərqli fikirlərə sahib səkkiz insan".
"The Team" şirkətinin uğuru yaradıcılıq və
biznesin düşünülmüş birləşməsinin nəticəsidir.
Lider olaraq Culianın vəzifəsi "insanların
"yaradıcılıq" və ya "biznes" mövqeyindən çıxış
etməsindən asılı olmayaraq onların baxışlarına
ehtiram göstərildiyi mühitin yaradılmasından
ibarətdir," o bildirir. Şirkət əsas diqqətin
müştərilərin ehtiyaclarına yönəldilməsi məqsədilə
müxtəlif bacarıqlarını bir araya toplamağa
qadirdir. "Biz müştərilər üçün nə isə yaratmaqdan
zövq alırıq," o əlavə edir.
Culian hesab edir ki, müştərilərlə qarşılıqlı
münasibətlərin tamamilə mükəmməl şəkildə idarə
olunmadığı sektorda "The Team" şirkəti "son
dərəcə praqmatik mövqeyi, real vəziyyətlərdə
yaradıcı təfəkkürdən istifadə  etmək bacarığı" ilə
fərqlənir. "Yaradıcılıq məsələsi Şuranın
gündəliyinə daxil edilmir, çünki görülən bütün
işlərə onsuz da yaradıcılıq mövqeyindən
yanaşılır," o vurğulayır. Şirkətdə bütün proseslər
müştərilərin ehtiyacları kontekstində baş verir və
əsas diqqət ayrı-ayrı bazar seqmentlərinə
yönəldilir.
"The Team" 1990-cı illərin sonlarında dövlət
sektorundan müştərilərin cəlb edilməsi
istiqamətində düşünülmüş addım atdı.Bu, iki
səbəbdən, – ilk növbədə, kommunikasiya
məsələlərinə göstərdikləri böyük həvəs
sayəsində bu sektorda ən uğurlu işlərə imza
atdıqlarına, qismən isə özəl sektora təsir
göstərən iqtisadi tsikldən uzaq durmaq
istədiklərinə görə baş verdi. Şirkət böyüdüyünə
və müxtəlif bacarıq və sistemlərə sərmayə
yatırdığına görə dövlət sektoru istiqamətində
atılan bu addım daha məqsədyönlü xarakter aldı.
"The Team" şirkəti öz strategiyasını,
müştərilərinin kim olduğunu və xüsusilə də nəyi
etməyəcəyini aydın təsəvvür edir. Şirkət etik
səbəblərə görə tütün sənayesində, müdafiə və
tikinti sahələrində potensial müştərilərə "yox
demək" siyasətindən istifadə edir. Məsələn, əgər
şirkət pərakəndə satış və ya qablaşdırma kimi
sahələrdə texniki ixtisaslaşmaya malik deyilsə,
onlar praktik səbəblərə görə layihə öhdəliyini
üzərinə götürməyəcək. Risklərin Təhlili də xüsusi
əhəmiyyət kəsb edən amillərdən biridir. Şirkət
bəzi konkret müştərilər və layihələr ilə bağlı
yaranan biznes risklərinə məruz qalmamaq üçün
biznesi kiçildəcəkdir.
www.theteam.co.uk


Kitabda yer alan müvafiq ideya və mövzulara keçidlər:
      Yaradıcılıq və biznesin effektiv şəkildə birləşdirilməsi 
(səhifə 8-ə baxın)
      Zəif və güclü cəhətlərin qiymətləndirilməsi 
(səhifə 17-ə baxın)
      Bazar Seqmentasiyası 
(səhifə 37-ə baxın) 
      Diqqətin müştərilərin ehtiyaclarına cəmləşdirilməsi 
(səhifə 36-ya baxın)
      Liderlik
(səhifə 82-yə baxın)
      Yox Demək 
(səhifə 92-yə baxın)
      Risklərin Təhlili 
(səhifə 100-ə baxın)
      Davamlı Peşəkar İnkişaf 
(səhifə 21-ə baxın)
      Fərdi İnkişaf Portfelləri 
(səhifə 21-ə baxın)
      Öyrənən Təşkilatlar 
(səhifə 22-yə baxın)
"The Team" şirkəti fərdi inkişaf sahəsində
prinsiplər və praqmatizmi yenidən birləşdirir.
O, personalın öhdəliklərinin artırılması və kadr
dəyişkənliyinin azaldılması məqsədilə Peşə
İnkişafı İnstitutu (CIPD) ilə sıx əməkdaşlıq edir.
Sözügedən əməkdaşlıq həmçinin insan
resurslarının idarə edilməsi sahəsində qabaqcıl
təcrübənin tətbiqi məqsədi daşıyır. İşçi
kollektivinin hər bir üzvü Fərdi İnkişaf Portfelinə
(FİP) malikdir və həmin portfel rəhbərlik
tərəfindən deyil, işçi tərəfindən idarə olunur.
Culian "öyrənən təşkilat"ını xarakterizə etmək
üçün belə söyləyir: "Bütün bunların bizə bilik
qazanmaq imkanı verdiyi fikrinin tərəfdarıyıq".
Bundan əlavə, o, insanlara iş şəraitində
öyrənmək imkanı verən çoxsaylı vasitələrin
olduğunu və nə qədər qəribə səslənsə də,
onların sırasında ən səmərəsiz vasitənin formal
təlim olduğunu qeyd edir.
Şirkət öz əməkdaşlarını baş müəllimlər vasitəsilə
sıx əlaqələr yaratdığı dizayn kolleclərinin
tələbələri arasından seçir. Tələbələri iş imkanları
ilə təmin etməklə, şirkət potensial əməkdaşları
onların yaradıcılıq qabiliyyətləri, ən mühümü isə
müştərilər üçün praqmatik şəkildə işləmək
bacarıqları baxımından qiymətləndirə bilir. Bu
nümunə "The Team" şirkətinin yaradıcı və işgüzar
təfəkkürü effektiv şəkildə birləşdirmək iqtidarında
olduğunu göstərir.
Culian Qrays


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə