Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   24   25   26   27   28   29   30   31   32

tez tapmaq üçün biznes ilə bağlı olan "know-how" tipli bilikləri
yaradıcılıqla birləşdirə bilərsiniz.
Yaradıcılıq  müəssisələrinin  bir  çoxuna  kömək  etmək  üçün
Mümkünlük Filtrindən istifadə etmişəm. Onu qeyri-kommersiya
təşkilatlarına da tətbiq etmək mümkündür.
Windows Layihəsi
onun yaradıcılıq bacarıqlarını və iqtisadi effektivliyini konkret
Missiya və Dəyərlər
kontekstində birləşdirən imkanları seçmək
üçün bu yanaşmaya əsaslanan metoddan istifadə etmişdir.
Əgər  irəli  sürülmüş  təklif  işlək  biznes  düsturunun  işlənib
hazırlanmasına xidmət etmirsə, bəlkə də onun dəyişdirilməsi -
nə və ya çertyoj taxtasına geri qaytarılmasına ehtiyac vardır.
Bu təbiidir! Tələsik qərar verib sonra uğursuzluğa düçar ol-
maqdansa, təklifinizi təkrarən gözdən keçirmək və vəziyyəti
aydınlaşdırmaq daha yaxşıdır. Əgər ilk bir neçə ideya mümkün
düsturun tərkibini təşkil etmirsə, yaradıcı insanlar kimi biz də
çoxsaylı digər ideyalar haqqında düşünə bilərik.
Bu  kitabın  digər  fəsilləri  ideyalarınızın  dəyişən  şəraitləri,
müştərilərin  ehtiyaclarını,  rəqabət  qüvvələrini  və  biznes
fəaliyyətinin  digər  aspektlərini  nəzərə  almaqla  işləyib
hazırlanmasında  və  təkrarən  gözdən  keçirilməsində  sizə
kömək edəcəkdir. İdeyaların ən yaxşısı tapılana kimi onları
sınaqdan  keçirmək  və  təkrarən  gözdən  keçirmək  üçün
Mümkünlük Filtrindən istifadə edin.
"Yox!"
Həyata keçirilməsi mümkün olmayan və ya strateji əhəmiyyətə
malik  olmayan  layihələrə 
Yox  Demək
25
zəif  deyil,  güclü
cəhət kimi qiymətləndirilməlidir.
Çinin kompüter oyunları üzrə sahibkarı və ölkənin ən zəngin
insanlarından biri hesab olunan Timoti Çan bu məsələdə
Bill Qeytsi təqlid edir və tamahına qalib gəldiyinə görə onun
dahi  şəxsiyyət  olduğunu  bildirir.
26
Hər  ikisi  digər  sənaye
sahələrində  özünü  sınamaq  üçün  kifayət  qədər  maliyyə
vəsaitinə, bununla yanaşı, biznesini hədsiz şaxələndirməmək
92
Missiya və Dəyərlər
səhifə 11-ə baxın
Yox Demək


Gerçəkləşən İdeyalar  

səhifə 102-yə baxın
Йох
демяйя
щазыр олун


93
Əsas Məqamlar
1     Heç də hər bir yaradıcı istedadın biznesdə avtomatik uğur
qazanması "labüd deyil".
    Biznesin fəaliyyətinin mümkünlüyü dedikdə
yaradıcılığınızın xüsusi aspektlərini konkret müştərilərin
ehtiyaclarına uyğunlaşdıran biznes düsturunun tapılması
nəzərdə tutulur.
    Konkret müştərilərin ehtiyaclarını rəqibləriniz ilə
müqayisədə, daha yaxşı təmin edə bilməyiniz üçün nə
kimi yaradıcılıq potensialına sahib olmalısınız?
    Konkret bazarın hansı seqmentləri sizi lazımi gəlir axınları
ilə təmin edə bilər?
    Biznes ideyalar, layihələr, məhsullar, xidmətlər və bazar
seqmentləri üzrə müxtəlif variantları qiymətləndirmək
üçün Mümkünlük Filtrindən istifadə edin.
    Mümkünlük Filtrindən istifadə qeyri-kommersiya təşkilatları
üçün də faydalı hesab olunur.
     İdeyaları real həyatda təcrübədən keçirib mümkün maddi və
mənəvi itki, habelə vaxt və digər resursların itkisi ilə
üzləşməkdənsə, ideyaları Mümkünlük Filtri əsasında
sınaqdan keçirib işə yarayıb-yaramadıqlarını aşkar etmək
daha yaxşıdır.
    İdeyalarınızın həyata keçirilməsini mümkün etmək üçün
onları yenidən formalaşdırmağa hazır olun.
    İdeyalarınızı yenidən nəzərdən keçirərkən bu kitabın
müxtəlif fəsillərinə istinad edin.
10   Müxtəlif variantların mümkünlüyünü sınaqdan keçirən
zaman yaradıcılıq həvəsinizə və dəyərlərinizə sadiq qalın.


Gerçəkləşən İdeyalar
Mando Group
Veb-proqramlaşdırma və Dizayn Konsaltinq Agentliyi
94
"Mando Group veb-proqramlaşdırma və dizayn
konsaltinq agentliyidir. Biz müştərilərimizin daha
çox uğur qazanmasına kömək etmək üçün
buradayıq."
"Bu, bizim missiya bəyannaməmizdir, lakin onu
maksimal dərəcədə yığcam və dəqiq ifadə etmək
üçün 5 il ərzində onun üzərində dəfələrlə işləmək
lazım gəlmişdir", Mando Group-un İdarəedici
Direktoru Mett Conson bildirir. Mando Group
gördüyü və görmədiyi işlər haqqında aydın
təsəvvürə malikdir. Onların biznes fəaliyyətinin
80%-i veb-proqramlaşdırmanın, 20%-i isə dizayn
işinin payına düşür. Şirkət bu xülasədən kənara
çıxan layihələrin həyata keçirilməsini öhdəsinə
götürmür.
Mett və biznes tərəfdaşı Yan Finç öz Dəyərlərinə
əsaslanan korporativ mədəniyyət yaratmışlar.
Onların fikrincə, Yaradıcılıq, Səmimilik, Həssaslıq
və Cəlbedicilik bizneslə məşğul olmağın əsasını
təşkil edən dörd dəyərdir və onlar yalnız bu
dəyərləri özündə ehtiva edən insanları işə
götürməyə üstünlük verirlər.
Biznesin əsası 1997-ci ildə 3 tələbə tərəfindən
qoyulmuşdur, bu zaman kapital qismində təhsil
kreditlərindən istifadə olunmuş və o, 2002-ci ilə
qədər "Web Shed" adı altında fəaliyyət
göstərmişdir. Şirkətin inkişaf etdirilməsi ilə bağlı
iddialarına nail olmaq məqsədilə biznesin
inkişafına ciddi sərmayə qoyuluşu həyata keçirən
direktorlar Merseyside ACME agentliyinin köməyi
və müxtəlif mənbələrdən borc götürülmüş
vəsaitlər hesabına onu 250 000 funt sterlinq
məbləğində maliyyələşmə ilə təmin etmişlər.
Mettin fikrincə, Mando "təqdim etmək şövqü"nə
malikdir və "məqsədyönlü şəkildə" bütün diqqətini
biznesdə qabiliyyət qazanmağa yönəldə bilər.
Mersey Televiziyasının "Brookside" və
“Hollyoaks” serialları ilə ilkin müqavilələrin
imzalanması digər müştərilər, o cümlədən
beynəlxalq kompüter oyunları nəhəngi hesab
olunan Capcom üçün yol açdı.
Group mükəmməl səviyyədə xidmət göstərə
bildiyi müştərilərin profili ilə uyğunluq təşkil
etməyən potensial müştərilərə "Yox" deməklə,
əsas diqqətini demək olar ki, tamamilə dövlət
sektoruna və daha böyük KOS-lara yönəldir.
Bu fəaliyyət profili şirkətin ölçüsünə, yerləşdiyi
əraziyə və digər amillər sırasında kredit
reytinqlərinə əsaslanır. Mett etiraf edir ki, onlar ilk
vaxtlarda biznesdən imtina etmək üçün "kifayət
qədər ürəkli" deyildilər və nağd pul vəsaitlərinə
son dərəcə ehtiyac duyduqlarına görə "ən çətin
müştərilər"lə işləməyə məcbur olmuşdular, həmin
müştərilərlə işləmək isə sadəcə olaraq lazımi
miqdarda borc götürməkdən daha baha başa
gəlmişdi.
Mando biznes fəaliyyətinin effektivliyini həftəlik
və aylıq əsasda ölçmək üçün Əsas Effektivlik
Göstəricilərindən (ƏEG) istifadə edir. Sözügedən
Əsas Effektivlik Göstəricilərinin (ƏEG) sırasına
satışlar, yeni tapılmış və artıq işlənilmiş
istiqamətlər, müştərilərə göndərilmiş təkliflər, əldə
edilmiş nağd pul vəsaitləri, bilinq proqnozları və
debitorun təhlili, habelə rentabellik daxildir.
Bu məlumatlar idarəetmə məlumatları qismində
gündəlik istifadə olunur və Şuraya təqdim edilən
hesabatların əsasını təşkil edir.
Mettin fikrincə, həmin Əsas Effektivlik
Göstəricilərinin formalaşdırdığı biznes
göstəriciləri paneli biznesi uğurla inkişaf
hədəflərinə doğru aparır.
www.mandogroup.com


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə