Gerçəkləşən İdeyalar
Windows Layihəsi
İctimai xarakterli Yazı Layihəsi
102
Windows
Layihəsi cəmiyyətin bütün
təbəqələrində insanlara yaradıcılıq qabiliyyətlərini
yazı vasitəsilə inkişaf etdirmək imkanı verən
layihələrin təşəbbüskarı olmaq missiyası
əsasında fəaliyyət göstərən qeyri-kommersiya
təşkilatıdır.
Əsası 25 il bundan əvvəl Deyv Uord və Deyv
Kolder tərəfindən qoyulmuş təşkilat oyunlar
çərçivəsində, habelə gənclər mərkəzlərində və
məktəblərdə yazı üzrə seminarların
keçirilməsində innovativ xarakter daşıyırdı. Onun
üzvləri sırasında 40-dan çox yazıçı, o cümlədən
beynəlxalq miqyasda tanınmış Levi Tafari yer alır
və o, yazıçılar ilə cəmiyyət arasında əlaqə yaradan
agentlik qismində fəaliyyət göstərir.
Sürətlə dəyişən dünyada yeni maraqlı
imkanlar
axtarışında olarkən öz missiyasına sadiq qalmaq
Windows Layihəsinin gələcək planlarının
mahiyyətini təşkil edir. O, daha böyük cəmiyyətin
yeni sahələrində onlayn və virtual cəmiyyətlərlə
layihələrin həyata keçirilməsinin təşəbbüskarı
olmağı planlaşdırır.
Uzun illər ərzində layihənin uğuru müxtəlif
şəraitlərdə formalaşmışdır və Windows Layihəsi
imkanlar və
təhlükələrin müəyyən edilməsi
məqsədilə ICEDRIPS yoxlama siyahısından
istifadə edərək xarici mühitin təhlilinin həyata
keçirilməsi yolu ilə gələcəyini planlaşdırmışdır.
Məktəblərin maliyyələşdirilməsi üsulunda edilən
dəyişikliklər, uşaqların müdafiəsinə dair ciddi
qaydaların gənclərlə işləyən insanlara tətbiqi, o
cümlədən, Cinayətlərin Qeydiyyatı Bürosunun
yoxlamaları, incəsənətin
maliyyələşdirilməsi
sisteminin yenidən təşkili, milli təhsil proqramı və
"Ofsted" Təhsildə Standartlar İdarəsinin məktəb
yoxlamaları - bütün bunlar Windows Layihəsinin
öhdəsindən gəlməli olduğu cari problemlərdir.
Digər tərəfdən, burada "Yaradıcı Tərəfdaşlıqlar"
proqramı, İngiltərə İncəsənət Şurası, Milli
Səhiyyə Xidməti və 2008-ci ildə Avropanın
Mədəniyyət Paytaxtı seçilmiş Liverpul şəhəri ilə
əməkdaşlıq münasibətlərinin qurulması üçün
çoxsaylı imkanlar mövcuddur. İnternet həmçinin
onlayn cəmiyyətlər ilə yeni üsullarla əməkdaşlıq
etmək və beynəlxalq
əlaqələri daha da inkişaf
etdirmək imkanlarının genişləndirilməsini təmin
edir.
Windows Layihəsi yeni İnkişaf Planının (təşkilat
biznes planı məhz bu şəkildə adlandırmağa
üstünlük verir) işlənib hazırlanması üçün bu işdə
payı olan bütün maraqlı tərəfləri sistematik
prosesə cəlb etmişdir. Sözügedən proses
layihənin gələcək inkişafı üçün ortaq baxışın
razılaşdırılmasından, güclü və zəif cəhətlərin
təhlilindən və strateji məqsədlərin prioritetlərinin
müəyyən edilməsindən ibarətdir.
Windows Layihəsi qeydiyyatdan keçmiş xeyriyyə
təşkilatıdır və onun
əksər fəaliyyət istiqamətləri
üçün ticarət qanadı hesab olunan Assosiasiya ilə
qarşılıqlı əlaqədədir. Bu kombinasiya xeyriyyə
məqsədli maliyyələşdirmənin əldə olunması və
xidmətlərin göstərilməsinə dair müqavilələrdən
gəlir götürülməsi baxımından maksimal çevikliyi
təmin edir. Assosiasiya faktiki olaraq, sosial
müəssisə hesab edilir və İctimai
Maraqlar
Naminə Fəaliyyət Göstərən yeni Şirkət qismində
müəyyən olunması üçün bütün meyarlara cavab
verir. O, ictimai məqsədə malikdir və Assosiasiya
üzvlərindən, əməkdaşlardan, müştəri
www.windowsproject.demon.co.uk
Kitabda yer alan müvafiq ideya və mövzulara keçidlər:
Qeyri-kommersiya təşkilatları
(səhifə 9-a baxın)
Korporativ Strukturlar
(səhifə 75-ə baxın)
Sosial Müəssisə
(səhifə 74-ə baxın)
ICEDRIPS yoxlama siyahısı
(səhifə 28-ə baxın)
Missiya
(səhifə 11-ə baxın)
Baxış
(səhifə 11-ə baxın)
Dəyərlər
(səhifə 11-ə baxın)
Biznes Plan / İnkişaf Planı
(səhifə 100-ə baxın)
Mümkünlük Filtri
(səhifə 90-a baxın)
təşkilatlarından, maliyyə tərəfdaşlarından,
himayədarlardan və
digər tərəfdarlardan ibarət
olan maraqlı tərəflər qarşısında məsuliyyət
daşıyır.
Windows Layihəsinin gələcək inkişafla bağlı
baxışı onun əsas Missiya və Dəyərləri ilə
ziddiyyət təşkil etmir, beləliklə, bu sahədə güclü
cəhətlərə və bacarıqlara
malik olduğunu qəbul
edərək, o, icmalara xüsusi diqqət yetirməyə
davam edəcəkdir. Layihə qrantlardan və xidmət
müqavilələrindən ibarət olan "qarışıq
iqtisadiyyat"dan istifadə edərək yaradıcı və sosial
missiyası ilə iqtisadi reallıqlar arasında tarazlıq
yaratmağa davam edəcəkdir. Gələcəkdə
Windows Layihəsi Mümkünlük Filtrinin
prinsiplərinə
əsaslanan metoddan istifadə
etməklə, ikili meyarlara cavab verən, daha dəqiq
desək, həm Layihənin ictimai missiyasını yerinə
yetirən, həm də onun maliyyə dayanıqlılığını
təmin edən layihələri seçəcəkdir.
Bunu əsas götürərək, Windows Layihəsi şərait
dəyişdikdə belə öz Dəyərlərinə və Missiyasına
sadiq qalmağı və növbəti 25 il ərzində də yeni
layihələrin təşəbbüskarı qismində çıxış etməyi
nəzərdə tutur.