Фяхряддин Вейсялли. СЕМИОТИКА
54
bağlıdır. Bu bağlılıq tarixən yaranır. Müəyyən mənada bu ikinci
alternativə aiddir. O mənada konvensiallıqdan danıĢmaq olar ki,
sözlər əks etdirdikləri, bildirdikləri obyektlərdən yaranmır, hətta heç
onlara oxĢar da deyil. Əks təqdirdə müxtəlif dillərdə müxtəlif sözlər
eyni anlayıĢlar ifadə edə bilməzdi. Ancaq onlar müəyyən konstruk-
siyalar mənasında konvensial deyildir. Sözlər bir dəfə yaranır, öz
nisbi həyatını qazanır, artıq onlar ayrı-ayrı insanların iradəsindən
asılı
olaraq deyil, cəmiyyətin inkiĢaf mübarizəsində formalaĢır.
Azərbaycan xalqı XX əsrin axırlarında müstəqilliyi uğrunda
mübarizəyə atılanda dildə də müəyyən dönüĢ yaranması ehtiyacı
vardı. Bu zaman XIX əsrin axırlarına qədər malı-mülkü olan
kiĢilərə müraciət forması olan /bəy/ sözündən geniĢ istifadə
olunmağa baĢlanır. Sovet dönəmində cəmiyyət /yoldaĢ/ sözündən
bezmiĢdi, tezliklə /bəy/ sözü leksikona daxil oldu və cəmiyyətdə
sosial tarazlığı bildirən /xanım-bəy/ qarĢılaĢmasının tamhüquqlu
tərəfi kimi qəbul edildi. Sonralar bunu çıxardıb əvəzində ərəb
mənĢəli /cənab/ sözünü qəbul etdirməyə çalıĢsalar da, bu uğur
qazanmadı. Düzdür, bu gün rəsmi dairələrdə /cənab/ iĢlənir, amma
dil baxımından o, /xanım-bəy/ qarĢılaĢmasının hüdudlarına sığmır.
Təbii dildə yüksək dərəcədə abstraksiya və müxtəlif tarixi
inkiĢaf yolu keçmiĢ ifadələr var. Onların yanbayan iĢlənməsi dilin
zənginliyi baxımından üstünlük kimi götürülə bilər. Eyni zamanda
onlar insanın Ģüurlu və fiziki fəaliyyətinin bütün sahələrini ifadə
etmək gücündədir. Ancaq bu yanbayan mövcudluq bəzən çətin-
liklərə, anlaĢilmazlıqlara, hətta ziddiyyətlərə gətirib çıxardır.
Bəzən deyirlər ki, dil formaları ifadə etdikləri fikirlərdən qə-
dimdir. Burada müəyyən həqiqət var. XX əsrin sonlarına qədər dil
hər Ģeyi ifadə etməyə qadir idi. Ancaq kompyuter texnologiyası və
internet Ģəbəkəsi yarananda dillərin çoxu bu yeniliyi adekvat ifadə
etməkdə çətinlik çəkirdi. Bu gün /kompyuter/, /internet/, /mobil/,
/mesaj/ v. s. kimi yeni sözlər dediklərimizə bariz nümunədir. Bəzən
bizdə /kompüteri/ bilgisayar kimi vermək istəsək də, redaksiyalarda
orfoqrafiya lüğətlərini göstərib deyirlər ki, dildə olmayan sözü necə