Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə101/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   113

müqavilələri 

Azərbaycan 

Respublikası 

Konstitusiya 

Məhkəməsinin  qərarında  müəyyən  edilmiş  müddətdə 

qüvvədən  düşür;  Azərbaycan  Respublikasının  dövlətlərarası 

müqavilələri qüvvəyə minmir. 

Maddə  131.  Azərbaycan  Respublikasının  Ali 

Məhkəməsi 

I.

 



Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi 

ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən 

mülki,  cinayət  və  digər  işlər  üzrə  ali  məhkəmə  orqanıdır;  o, 

kasasiya  qaydasında  ədalət  mühakiməsini  həyata  keçirir; 

məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. 

II.


 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı 

ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. 

III.

 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 



qərarları dərc edilməlidir. 

Maddə 

132. 

Azərbaycan 

Respublikasının 

apelyasiya məhkəmələri 

I.

 



Azərbaycan 

Respublikasının 

apellyasiya 

məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər 

üzrə yuxarı instansiya məhkəmələridir. 

II.


 

Azərbaycan 

Respublikasının 

apellyasiya 

məhkəmələrinin  hakimlərini  Azərbaycan  Respublikası 

prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli 

Məclisi təyin edir. 

-372- 



Maddə 

133. 

Azərbaycan 

Respublikasının 

Prokurorluğu 

I.

 



Azərbaycan  Respublikasının  Prokurorluğu  qanunla 

nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq 

olunmasına  nəzarət  edir;  qanunla  nəzərdə  tutulmuş  hallarda 

cinayət  işləri  başlayır  və  istintaq  aparır;  məhkəmədə  dövlət 

ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə 

qərarlarından protest verir. 

II.

 

Azərbaycan Respublikasının Prokurorluğu ərazi və 



ixtisaslaşdırılmış  prokurorların  Azərbaycan  Respublikası  Baş 

prokuromna  tabeliyinə  əsaslanan  vahid  mərkəzləşdirilmiş 

orqandır. 

III.


 

Azərbaycan  Respublikasının  Baş  prokurorunu 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

Azərbaycan 

Respublikası  Milli  Məclisinin  razılığı  ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edir. 

IV.

 

Azərbaycan  Respublikası  Baş  prokurorunun 



müavinlərini,  respublika  ixtisaslaşdırılmış  prokurorluqlara 

rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının 

Prokurorunu  Azərbaycan  Respublikası  Baş  prokıu'o-  runun 

təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə 

təyin və vəzifədən azad edir. 

V.

 



Ərazi 

və 


ixtisaslaşdırılmış 

prokmrorları 

Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan 

Respublikasının  Baş  prokuroru  vəzifəyə  təyin  və  vəzifədən 

azad edir. 

37S 



VIII

 

fəsil. NAXÇIVAN MUXTAR RESPUBLİKASI 

Maddə  134.  Naxçıvan  Muxtar  Respublikasının 

statusu 

L  Naxçıvan  Muxtar  Respublikası  Azərbaycan 

Respublikasının tərkibində muxtar dövlətdir. 

II.


 

Naxçıvan  Muxtar  Respublikasının  statusu  bu 

Konstitusiya ilə müəyyən edilir. 

III.


 

Naxçıvan  Muxtar  Respublikası  Azərbaycan 

Respublikasının ayrılmaz tərkib hissəsidir. 

IV.


 

Azərbaycan 

Respublikası 

Konstitusiyası, 

qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları 

və  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarları 

Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir. 

V.

 



Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası 

və  qanunları  müvafiq  olaraq  Azərbaycan  Respublikasının 

Konstitusiyasına  və  qanunlarına;  Naxçıvan  Muxtar 

Respublikasının  Nazirlər  Kabinetinin  qəbul  etdiyi  qərarlar 

Azərbaycan  Respublikası  Konstitusiyasına,  qanunlarına, 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

fərmanlarına, 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarlarına 

zidd olmamalıdır. 

VI.

 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası 



Azərbaycan  Respublikasının  Milli  Məclisinə  Azərbaycan 

Respublikasının  prezidenti  tərəfindən  təqdim  edilir  və 

Konstitusiya Qanunu ilə təsdiq edilir. 

374-  



Maddə  135.  Naxçıvan  Muxtar  Respublikasında 

hakimiyyətlərin bölünməsi 

I.  Naxçıvan  Muxtar  Respublikasının  qanunvericilik 

hakimiyyətini  Naxçıvan Muxtar Respublikasının Ali  Məclisi, 

icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər 

Kabineti,  məhkəmə  hakimiyyətini  Naxçıvan  Muxtar 

Respublikasının məhkəmələri həyata keçirir. 

IT.  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi 

Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunları  ilə 

onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan 

Muxtar  Respublikasının  Nazirlər  Kabineti  Azərbaycan 

Respublikasının  Konstitusiyası,  qanunları  və  Azərbaycan 

Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə 

aid  edilən  məsələlərin  həllində,  Naxçıvan  Muxtar 

Respublikasının  məhkəmələri  isə  Azərbaycan  Respublikası 

Konstitusiyası  və  qanunları  ilə  onların  səlahiyyətlərinə  aid 

edilən məsələlərin həllində müstəqildir. 



Maddə 136. Naxçıvan Muxtar Respublikasının ali 

vəzifəli şəxsi 

Naxçıvan  Muxtar  Respublikasının  ali  vəzifəli  şəxsi 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. 

Maddə 137. Naxçıvan Muxtar Respublikasının Ali 

Məclisi 

I.

 



Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  45 

üzvdən ibarətdir. 

II.

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 



səlahiyyət müddəti 5 ildir. 

-

375

-

 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə