Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə


Maddə 117. Azərbaycan Respublikası Nazirlər



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə98/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   113

Maddə 117. Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin iclasları 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş 

naziri sədrlik edir. 



Maddə  118.  Azərbaycan  Respublikası  Baş 

nazirinin təyin edilməsi qaydası 

I.

 



Azərbaycan 

Respublikasının 

Baş 

nazirini 



Azərbaycan  Respublikası  Milli  Məclisinin  razılığı  ilə 

Azərbaycan Respublikasının Prezidenti təyin edir. 

II.

 

Azərbaycan  Respublikasının  Baş  naziri  vəzifəsinə 



namizədlik  haqqında  təklifi  Azərbaycan  Respublikasının 

Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir 

ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa 

verdiyi  gündən  iki  həftə  müddətindən  gec  olmayaraq 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  müzakirəsinə 

təqdim edir. 

III.

 

Azərbaycan 



Respublikasının  Milli  Məclisi 

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik 

haqqında qərarı həmin namizədliyin təqdini edildiyi gündən bir 

həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa 

və  ya  Azərbaycan  Respublikası  Prezidentinin  təqdim  etdiyi 

namizədlərin  Azərbaycan  Respublikasının  Baş  naziri 

vəzifəsinə  təyin  olunmasına  üç  dəfə  razılıq  verilməzsə, 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

Azərbaycan 

Respublikasının  Baş  nazirini  Azərbaycan  Respublikası  Milli 

Məclisinin razılığı olmadan təyin edə bilər. 

361-  



Maddə 119. Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin səlahiyyətləri 

Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

■  Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  layihəsini 

hazırlayıb  Azərbaycan  Respublikasının  Prezidentinə  təqdim 

edir; 

■Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  icrasını  tərnin 



edir; 

■maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin 

edir; 

■dövlət  iqtisadi  proqramlarının  həyata  keçirilməsini  təmin 



edir; 

■dövlət  sosial  təminat  proqramlarının  həyata  keçirilməsini 

təmin edir; 

■nazirliklərə  və  digər  mərkəzi  icra  hakimiyyəti  orqanlarına 

rəhbərlik edir, onların aktlarım ləğv edir; 

■Azərbaycan 

Respublikası 

Prezidentinin 

onun 

səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir. 



Maddə  120.  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin aktları 

T.  Ümumi  qaydalar  müəyyən  etdikdə  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti  qərarlar,  başqa  məsələlər 

üzrə sərəncamlar qəbul edir. 

II.

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 



qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, 

onlar dərc edildiyi gündən qüvvəyə minir. 



-362  


Maddə 121. Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər 

I.

 



Azərbaycan 

Respublikasının 

Baş 

naziri 


vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək 

hüququna malik,  ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi 

olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir. 

II.


 

Azərbaycan 

Respublikası 

Baş 


nazirinin 

müavini,  nazir,  digər  mərkəzi  icra  hakimiyyəti  orqanının 

rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak 

etmək  hüququna  malik,  ali  təhsilli,  başqa  dövlət  qarşısında 

öhdəliyi  olmayan  Azərbaycan  Respublikası  vətəndaşı  təyin 

edilir. 


Maddə  122.  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin üzvlərinə aid tələblər 

Azərbaycan  Respublikasının  Baş  naziri,  onun 

müavinləri,  nazirlər,  digər  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının  rəhbərləri  heç  bir  başqa  seçkili  və  ya  təyinatlı 

vəzifə  tuta  bilməzlər,  elmi,  pedaqoji  və  yaradıcılıq 

fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər 

ödənişli  fəaliyyətlə  məşğul  ola  bilməzlər,  vəzifə  maaşından, 

habelə  elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyətinə  görə  aldığı 

vəsaitdən başqa məvacib ala bilməzlər. 

Maddə  123.  Azərbaycan  Respublikası  Baş 

nazirinin toxunulmazlığı 

I.

 



Səlahiyyət  müddəti  ərzində  Azərbaycan 

Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır. 



- 3 6 3 -  


II.

 

Azərbaycan  Respublikasının  Baş  naziri  cinayət 



başında  yaxalanma  hallarından  başqa  tutula  bilməz,  cinayət 

məsuliyyətinə  cəlb  edilə  bilməz,  onun  barəsində  məhkəmə 

qaydasında  inzibati  tənbeh  tədbirləri  tətbiq  edilə  bilməz, 

axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. 

III.

 

Azərbaycan  Respublikasının  Baş  naziri  cinayət 



başında yaxalanarsa tutula bilər. Belə olduqda onu tutan orqan 

bu  barədə  dərhal  Azərbaycan  Respublikasının  Baş 

prokuroruna xəbər verməlidir. 

IV.


 

Azərbaycan 

Respublikası 

Baş 


nazirinin 

toxunulmazlığına  yalnız  Azərbaycan  Respublikası  Baş 

prokurorunun  təqdimatına  əsasən  Azərbaycan  Respublikası 

Prezidenti tərəfindən xitam verilə bilər. 



Maddə 124. Yerlərdə icra hakimiyyəti 

I.

 



Yerlərdə 

icra 


hakimiyyətini 

yerli 


icra 

hakimiyyətlərinin başçıları həyata keçirirlər. 

II.

 

İcra 



hakimiyyəti 

başçılarını 

Azərbaycan 

Respublikasının  Prezidenti  vəzifəyə  təyin  və  vəzifədən  azad 

edir. 

III.


 

Yerli  icra  hakimiyyətlərinin  səlahiyyətlərini 

Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. 

VII

 

fəsil. MƏHKƏMƏ HAKİMİYYƏTİ 

Maddə  125.  Məhkəmə  hakimiyyətinin  həyata 

keçirilməsi 

I. 


Azərbaycan 

Respublikasında 

məhkəmə 

hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr 

həyata keçirirlər. 

- 364-  



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə