Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə96/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   113

likasmın  baş  naziri  istefa  verdikdə,  səhhətinə  görə  öz 

səlahiyyətlərini  icra  etmək  qabiliyyətini  tamamilə  itirdikdə 

Azərbaycan  Respublikası  .  Prezidentinin  səlahiyyətlərini 

Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. 

III.

 

Bu maddənin ikinci hissəsində göstərilən səbəblərə 



görə  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərini 

Azərbaycan  Respublikası  Milli  Məclisi  sədrinin  icra  etməsi 

mümkün olmadıqda Azərbaycan Respublikasının Milli Məclisi 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa 

vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir. 

Maddə 

106. 

Azərbaycan 

Respublikası 

Prezidentinin toxunulmazlığı 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

toxunulmazlıq  hüququna  malikdir.  Azərbaycan  Respublikası 

Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur. 



Maddə 

107. 

Azərbaycan 

Respublikası 

Prezidentinin vəzifədən kənarlaşdırılması 

I.  Azərbaycan  Respublikası  Prezidentinin  vəzifədən 

kənarlaşdırılması  təşəbbüsü  Azərbaycan  Respublikasının 

Prezidenti  ağır  cinayət  törətdikdə  Azərbaycan  Respublikası 

Konstitusiya  Məhkəməsinin  təşəbbüsü  ilə  Azərbaycan 

Respublikası  Ali  Məhkəməsinin  30  gün  müddətində  verilən 

rəyi  əsasında  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

qarşısında irəli sürülə bilər. 



- 3 5 3 -  


II.

 

Azərbaycan 



Respublikası 

Milli 


Məclisinin 

deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında 

Azərbaycan  Respublikasının  Prezidenti  vəzifədən  kənarlaş- 

dırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya 

Məhkəməsinin  sədri  imzalayır.  Azərbaycan  Respublikasının 

Konstitusiya  Məhkəməsi  həmin  qərarın  imzalanmasına  bir 

həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir. 

III.


 

Azərbaycan Respublikası Prezidentinin vəzifədən 

kənarlaşdırılması  haqqında  qərar  Azərbaycan  Respublikası 

Konstitusiya  Məhkəməsinin  Azərbaycan  Respublikasının 

Milli  Məclisinə  müraciət  etdiyi  gündən  başlayaraq  2  ay 

ərzində  qəbul  olunmalıdır.  Bu  müddətdə  göstərilən  qərar 

qəbul  edilməsə,  Azərbaycan  Respublikasının  Prezidentinə 

qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır. 



Maddə 

108. 

Azərbaycan 

Respublikası 

Prezidentinin təminatı 

I.

 



Azərbaycan  Respublikasının  Prezidenti  və  onun 

ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası 

Prezidentinin  və  onun  ailəsinin  təhlükəsizliyini  xüsusi 

mühafizə xidmətləri təmin edir. 

II.

 

Əvvəllər  Azərbaycan  Respublikasının  Prezidenti 



seçilmiş  şəxsin  təminatı  qaydaları  Konstitusiya  qanunu  ilə 

müəyyən edilir. 



354

-

 


Maddə 109. Azərbaycan Respublikası Prezidenti 

nin səlahiyyətləri 

Azərbaycan Respublikasının Prezidenti; 

1)

 

Azərbaycan  Respublikasının  Milli  Məclisinə 



seçkiləri təyin edir

2)

 



Azərbaycan  Respublikasının  dövlət  büdcəsini 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  təsdiqinə  təqdim 

edir; 

3)

 



dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir; 

4)

 



Azərbaycan  Respublikası  Milli  Məclisinin  razılığı 

ilə  Azərbaycan  Respublikasının  Baş  nazirini  vəzifəyə  təyin 

edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad 

edir; 


5)

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 



üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  iclaslarına 

sədrlik edir; 

6)

 



Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

istefası haqqında qərar qəbul edir

7)

 

Azərbaycan Respublikasının dövlət büdcəsində icra 



hakimiyyəti  üçün  nəzərdə  tutulmuş  xərclər  çərçivəsində 

mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır; 

8)

 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin 



və  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabinetinin 

qərar  və  sərəncamlarını,  mərkəzi  və  yerli  icra  hakimiyyəti 

orqanlarının aktlarını ləğv edir; 

9)

 



Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  və  Azərbaycan 

Respublikasının apelyasiya məhkəmələri hakimlərinin 

-

355

-

 



vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının 

Milli 


Məclisinə 

təqdimatlar 

verir; 

Azərbaycan 



Respublikasının  digər  məhkəmələrinin  hakimlərini  vəzifəyə 

təyin  edir;  Azərbaycan  Respublikasının  Baş  prokuromnu 

Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə 

təyin və vəzifədən azad edir; 

10)

 

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə 



Heyəti  üzvlərinin  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilməsi 

barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat 

verir;  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  İdarə 

Heyətinin  üzvləri  sırasından  Azərbaycan  Respublikası 

Mərkəzi Bankının sədrini təyin edir

11)


 

Azərbaycan Respublikasının hərbi doktrinasını 

Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir; 

12)


 

Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin 

ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir

13)


 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir; 

14)


 

Azərbaycan  Respublikasının  İnsan  hüquqları 

üzrə 

müvəkkilinin 



seçilməsi 

haqqında 

Azərbaycan 

Respublikası Milli Məclisinə təqdimat verir

15)

 

Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və 



beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis 

edilməsi  haqqında  Azərbaycan  Respublikası  Milli  Məclisinə 

təqdimat  verir,  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə 

və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin 

edir və geri çağırır; 

16)


 

xarici dövlətlərin diplomatik nümayəndələrinin 

etimadnamə və övdətnamələrini qəbul edir; 



356 




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə