Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə95/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   113

Maddə 97. Qanunların imzalanmaq üçün təqdim 

olunması müddəti 

I,

 



Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində 

Azərbaycan  Respublikasının  Prezidentinə  imzalanmaq  üçün 

təqdim edilir. 

II.


 

Təcili  elan  olunan  qanun  layihəsi  Azərbaycan 

Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi 

gündən 24 saat ərzində təqdim edilir. 



Maddə  98.  Azərbaycan  Respublikası  Milli 

Məclisinin aktlarının qüvvəyə minməsi 

Qanunun 


və  Azərbaycan  Respublikası  Milli 

Məclisinin  qərarının  özündə  başqa  qayda  nəzərdə 

tutulmayıbsa,  qanun  və  qərar  dərc  edildiyi  gündən  qüvvəyə 

minir. 


VI

 

fəsil. İCRA HAKİMİYYƏTİ 

Maddə 99. İcra hakimiyyətinin mənsubiyyət 

Azərbaycan  Respublikasında  icra  hakimiyyəti 

Azərbaycan Respublikası Prezidentinə mənsubdur. 

Maddə 

100. 

Azərbaycan 

Respublikasının 

Prezidentliyinə namizədlərə aid tələblər 

Yaşı  otuz  beşdən  aşağı  olmayan,  Azərbaycan 

Respublikasının  ərazisində  10  ildən  artıq  daimi  yaşayan, 

seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır 

cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında 

öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı ol 



- 3 4 9 -  


mayan  Azərbaycan  Respublikasının  vətəndaşı  Azərbaycan 

Respublikasının Prezidenti seçilə bilər. 



Maddə  101.  Azərbaycan  Respublikası  Prezidenti 

seçkilərinin əsasları 

I.

 



Azərbaycan  Respublikasının  Prezidenti  ümumi, 

bərabər  və  birbaşa  seçki  hüququ  əsasında,  sərbəst,  şəxsi  və 

gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. 

II.


 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu 

ilə seçilir. 

III.

 

Bu  səs  çoxluğu  səsvermənin  birinci  dövrəsində 



toplanmayıbsa,  səsvermə  günündən  sonra  ikinci  bazar  günü 

səsvermənin  ikinci  dövrəsi  keçirilir,  İkinci  dövrədə  ancaq 

birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox 

səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən 

sonra gələn iki namizəd iştirak edir. 

IV.


 

Səsvermənin  ikinci  dövrəsində  sadə  səs  çoxluğu 

toplayan  namizəd  Azərbaycan  Respublikasının  Prezidenti 

seçilmiş sayılır. 

V.

 

Müharibə 



şəraitində 

hərbi 


əməliyyatların 

aparılması  Azərbaycan  Respublikası  Prezidenti  seçkilərinin 

keçirilməsini  mümkün  etmədikdə,  Azərbaycan  Respublikası 

Prezidentinin  səlahiyyət  müddəti  hərbi  əməliyyatların  sonu- 

nadək  uzadılır.  Bu  barədə  qərar  seçkilərin  (referendumun) 

keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi 

tərəfindən qəbul edilir. 

VI.

 

Bu maddənin tətbiqi qaydası qanunla müəyyən 



edilir. 

- 3 5 0 -  


Maddə 102. Azərbaycan Respublikası Prezidenti 

seçkilərinin yekunları 

Azərbaycan  Respublikası  Prezidenti  seçkilərinin 

yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün 

ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

rəsmən elan edir. 

Maddə 

103. 

Azərbaycan 

Respublikasının 

Prezidenti seçilmiş şəxsin andı 

I.

 



Azərbaycan  Respublikasının  Prezidenti  seçilmiş 

şəxs  Azərbaycan  Respublikası  Prezidenti  seçkilərinin 

yekunları  haqqında  məlumatın  elan  olunduğu  gündən 

başlayaraq  3  gün  ərzində  Konstitusiya  Məhkəməsi 

hakimlərinin  iştirakı  ilə  belə  bir  and  içir:  «Azərbaycan 

Respublikası  Prezidentinin  səlahiyyətlərini  həyata  keçirərkən 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasına 

əməl 


edəcəyimə,  dövlətin  müstəqilliyini  və  ərazi  bütövlüyünü 

qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm». 

II.

 

And  içdiyi  gündən  Azərbaycan  Respublikasının 



Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. 

Maddə 

104. 

Azərbaycan 

Respublikası 

Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi 

I.  Azərbaycan  Respublikasının  Prezidenti  istefa 

verdikdə,  səhhətinə  görə  öz  səlahiyyətlərini  icra  etmək 

qabiliyyətini  tamamilə  itirdikdə,  bu  Konstitusiya  ilə  nəzərdə 

tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıl- dıqda 

vaxtından əvvəl vəzifədən getmiş sayılır. 



- 3 5 1 -  


II.

 

Azərbaycan  Respublikasının  Prezidenti  istefa 



verdikdə  onun  istefa  ərizəsi  Azərbaycan  Respublikasının 

Konstitusiya  Məhkəməsinə  təqdim  olunur.  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsi  istefa  ərizəsini 

Azərbaycan  Respublikası  Prezidentinin  özünün  verdiyinə 

əmin 

olduğu 


təqdirdə 

Azərbaycan 

Respublikasının 

Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul 

edir.  Həmin  andan  Azərbaycan  Respublikasının  Prezidenti 

istefa verdiyinə görə vəzifədən getmiş sayılır. 

III.

 

Azərbaycan 



Respublikasının 

Prezidentinin 

səhhətinə  görə  ÜZ  səlahiyyətlərini  icra  etmək  qabiliyyətini 

tamamilə  itirdiyi  barədə  məlumat  verildikdə  Azərbaycan 

Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə 

müraciət  edir.  Azərbaycan  Respublikasının  Konstitusiya 

Məhkəməsi  bu  barədə  qərarı  hakimlərin  6  səs  çoxluğu  ilə 

qəbul  edir.  Əgər  Azərbaycan  Respublikasının  Konstitusiya 

Məhkəməsi  bu  Ikktı  təsdiq  etməzsə,  məsələ  bununla  bitmiş 

sayılır. 

Maddə 

105. 

Azərbaycan 

Respublikasının 

Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası 

I.

 



Azərbaycan  Respublikasının  Prezidenti  vaxtından 

əvvəl  vəzifədən  getdikdə  üç.  ay  ərzində  növbədənkənar 

Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu 

halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək 

Azərbaycan  Respublikasının  Prezidenti  səlahiyyətlərini 

Azərbaycan Respublikasının baş naziri icra edir. 

II.

 

Bu  müddət  ərzində  Azərbaycan  Respublikası 



Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respub- 

- 3 5 2 -  


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə