Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə91/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   113

VIII.

 

Heç  kəs  törədildiyi  zaman  hüquq  pozuntusu 



sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu 

törədildikdən  sonra  yeni  qanunla  bu  cür  hərəkətlərə  görə 

məsuliyyət  aradan  qaldırılmışsa  və  ya  yüngülləşdirilmişsə, 

yeni qanun tətbiq edilir. 

IX.

 

Hər kəs qanunla qadağan olunmayan hərəkətləri 



edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri 

etməyə məcbur edilə bilməz. 

X.

 

Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, 



qanunla  müəyyən  edilmiş  qaydada  və  hüdudlarda  fəaliyyət 

göstərə bilərlər. 



IV

 

fəsil. VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ 

Maddə 72. Vətəndaşların vəzifələrinin əsası 

I.

 



Dövlət  və  cəmiyyət  qarşısında  hər  bir  şəxs  onun 

hüquq  və  azadlıqlarından  bilavasitə  irəli  gələn  vəzifələr 

daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə 

və ya qanunla qoyula bilər. 

II.

 

Hər  bir  şəxs  Azərbaycan  Respublikasının 



Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin 

hüquq  və  azadlıqlarına  hörmət  bəsləməli,  qanunla  müəyyən 

edilmiş digər vəzifələri yerinə yetirməlidir. 

III.


 

Qanunu bilməmək məsuliyyətdən azad etmir. 



Maddə 73. Vergilər və başqa dövlət ödənişləri 

I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət 

ödənişlərini  tam  həcmdə  və  vaxtında  ödəmək  hər  kəsin 

borcudur. 



3 3 4   ■  


II.

 

Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan 



və  qanunda  göstərilmiş  həcmdən  əlavə  vergiləri  və  başqa 

dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. 



Maddə 74. Vətənə sədaqət 

I.

 



Vətənə sədaqət müqəddəsdir. 

II.


 

Vəzifəyə  seçilmə  və  ya  təyinat  yolu  ilə 

qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında 

işləyən  şəxslər  öz  vəzifələrini  dürüst  və  layiqincə  yerinə 

yetirməməyə  görə məsuliyyət  daşıyırlar və qanunla müəyyən 

edilmiş hallarda and içirlər. 

III.

 

Vəzifəyə  seçilmə  və  ya  təyinat  yolu  ilə 



qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında 

işləyən,  Azərbaycan  Respublikası  Konstitusiyasına  sadiq 

qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o cümlədən 

dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə 

və  bu  ittiham  əsasında  məhkum  olunubsa,  həmin  vəzifədən 

getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz. 



Maddə 75. Dövlət rəmzlərinə hörmət 

I.

 



Hər  bir  vətəndaş  Azərbaycan  Respublikasının 

dövlət  rəmzlərinə-bayrağına,  gerbinə  və  himninə  hörmət 

etməlidir. 

II.


 

Dövlət 


rəmzlərinə 

hörmətsizliyin 

nümayiş 

etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 



- İ İ 5 -  


Maddə 76. Vətəni müdafiə 

I.

 



Vətəni  müdafiə  hər  bir  vətəndaşın  borcudur. 

Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət 

keçirlər. 

II.


 

Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə 

ziddirsə,  qanunla  müəyyən  edilmiş  hallarda  həqiqi  hərbi 

xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. 



Maddə  77.  Tarix  və  mədəniyyət  abidələrinin 

qorunması 

Tarix  və  mədəniyyət  abidələrini  qorumaq  hər  bir 

şəxsin borcudur. 

Maddə 78. Ətraf mühitin qorunması 

Ətraf mühitin qorunması hər bir şəxsin borcudur. 



Maddə  79.  Qanuna  zidd  vəzifələrin  icrasına  yol 

verilməməsi 

Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına 

və  ya  qanunlarına  zidd  vəzifələrin  icrasına  məcbur  edilə 

bilməz. 


Maddə 80. Məsuliyyət 

Konstitusiyanın və qanunların pozulması, o cümlədən 

Konstitusiyada  və  qanunlarda  nəzərdə  tutulan  hüquqlardan 

sui-istifadə  və  ya  vəzifələrin  yerinə  yetirilməməsi  qanunla 

müəyyən edilən məsuliyyətə səbəb olur. 

-

336

-

 



V

 

fəsil. QANUNVERİCİLİK HAKİMİYYƏTİ 

Maddə  81.  Qanunvericilik  hakimiyyətinin  həyata 

keçirilməsi 

Azərbaycan  Respublikasında  qanunvericilik  haki- 

mi}'yətini  Azərbaycan  Respublikasının  Milli  Məclisi  həyata 

keçirir. 



Maddə  82.  Azərbaycan  Respublikası  Milli 

Məclisinin say tərkibi 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  125 

deputatdan ibarətdir. 

Maddə  83.  Azərbaycan  Respublikası  Milli 

Məclisinin deputatlarının seçkilərinin əsasları 

Azərbaycan Respublikası Milli Məclisinin deputatları 

majoritar  seçki  sistemi  ümumi,  bərabər  və  birbaşa  seçki 

hüququ  əsasında  sərbəst,  şəxsi  və  gizli  səsvermə  yolu  ilə 

seçilirlər. 

Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi 

çağırışının səlahiyyət müddəti 

I.

 



Azərbaycan 

Respublikası 

Milli 

Məclisinin 



çağırışının  səlahiyyət  müddəti  5  ildir.  Müharibə  şəraitində 

hərbi  əməliyyatların  aparılması  Azərbaycan  Respublikasının 

Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə

-

337

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə