Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə


Maddə 40. Mədənij^ət hüququ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə88/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   113

Maddə 40. Mədənij^ət hüququ 

I.  Hər  kəsin  mədəni  həyatda  iştirak  etmək, 

mədəniyyət  təsisatlarından  və  mədəni  sərvətlərdən  istifadə 

etmək hüququ vardır. 

TT.  Hər  kəs  tarixi,  mədəni  və  mənəvi  irsə  hörmətlə 

yanaşmalı,  ona  qayğı  göstərməli,  tarix  və  mədəniyyət 

abidələrini qorumalıdır. 

Maddə 41. Sağlamlığın qorunması hüququ 

I.

 



Hər  kəsin  sağlamlığım  qorumaq  və  tibbi  yardım 

almaq hüququ vardır. 

II.

 

Dövlət  müxtəlif  mülkiyyət  növləri  əsasında 



fəaliyyət  göstərən  səhiyyənin  bütün  növlərinin  inkişafı  üçün 

zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına 

təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar 

yaradır. 

III.

 

İnsanların  həyatı  və  sağlamlığı  üçün  təhlükə 



törədən  faktları  və  halları  gizlədən  vəzifəli  şəxslər  qanun 

əsasında məsuliyyətə cəlb edilirlər. 



Maddə 42. Təhsil hüququ 

I.

 



Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 

II.


 

Dövlət  pulsuz  icbari  ümumi  orta  təhsil  almaq 

hüququnu təmin edir. 

III.


 

Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. 

IV.

 

Maddi  vəziyyətindən  asılı  olmayaraq  istedadlı 



şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. 

V.

 



Dövlət  minimum  təhsil  standartlarını  müəyyən 

edir. 


- 3 2 2 -  


Maddə 43. Mənzil hüququ 

I.

 



Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə 

bilməz. 


II.

 

Dövlət  yaşayış  binalarının  və  evlərin  tikintisinə 



rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün 

xüsusi tədbirlər görür. 



Maddə 44. Milli mənsubiyyət hüququ 

I.

 



Hər  kəsin  milli  mənsubiyyətini  qoruyub  saxlamaq 

hüququ vardır. 

II.

 

Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur 



edilə bilməz. 

Maddə 45. Ana dilindən istifadə hüququ 

I.

 



Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. 

Hər  kəsin  istədiyi  dildə  tərbiyə  və  təhsil  almaq,  yaradıcılıqla 

məşğul olmaq hüququ vardır. 

II.


 

Heç kəs ana dilindən istifadə hüququndan məhrum 

edilə bilməz. 

Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ 

I.

 



Hər  kəsin  öz  şərəf  və  ləyaqətini  müdafiə  etmək 

hüququ vardır. 

II.

 

Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç 



bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 

- S 2 S -  


III.

 

Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs 



insan  ləyaqətini  alçaldan  rəftara  və  ya  cəzaya  məruz  qala 

bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində 

tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. 

Maddə 47. Fikir və söz azadlığı 

I.

 



Hər kəsin fikir və söz azadlığı vardır. 

II.


 

Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir 

və əqidəsindən dönməyə məcbur edilə bilməz. 

III.İrqi,  milli,  dini,  sosial  ədavət  və  düşmənçilik 

oyadan təşviqat və təbliğata yol verilmir. 

Maddə 48. Vicdan azadlığı 

I.

 



Hər kəsin vicdan azadlığı vardır, 

II.


 

Hər 


kəsin 

dinə 


münasibətini 

müstəqil 

müəyyənləşdirmək,  hər  hansı  dinə  təkbaşına  və  ya  başqaları 

ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, 

dinə  münasibəti  ilə  bağlı  əqidəsini  ifadə  etmək  və  yaymaq 

hüququ vardır. 

III.

 

Dini  mərasimlərin  yerinə  yetirilməsi,  ictimai 



qaydanı  pozmursa .və  ya ictimai  əxlaqa zidd  deyildirsə, sər- 

bəstdir. 

IV.

 

Dini etiqad və ya əqidə hüquq pozuntusunu bəraət 



qazandırmır. 

V.

 



Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə 

(nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya 

dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. 

-

324

-

 



Maddə 49. Sərbəst toplaşmaq azadlığı 

I.

 



Hər  kəsin  başqaları  ilə  birlikdə  sərbəst  toplaşmaq 

azadlığı vardır. 

II.

 

Hər  kəsin  başqaları  ilə  birlikdə  müvafiq  dövlət 



orqanlarım  qabaqcadan  xəbərdar  etməklə  dinc,  silahsız 

yığışmaq,  yığıncaqlar,  mitinqlər,  nümayişlər,  küçə  yürüşləri 

keçirmək, piketlər düzəltmək hüququ vardır. 

Maddə 50. Məlumat azadlığı 

I.

 



Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, 

əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. 

II.

 

Kütləvi  informasiyanın  azadlığına  təminat  verilir. 



Kütləvi  informasiya  vasitələrində,  o  cümlədən  mətbuatda 

dövlət senzurası qadağandır. 

III.

 

Hər  kəsin  kütləvi  informasiya  vasitələrində  dərc 



edilən  və  onun  hüquqlarını  pozan  və  ya  mənafelərinə  xələl 

gətirən  məlumatı  təkzib  etmək  və  ya  ona  cavab  vermək 

hüququna təminat verilir. 

Maddə 51. Yaradıcılıq azadlığı 

I.

 



Hər kəsin yaradıcılıq azadlığı vardır. 

II.


 

Dövlət  ədəbi-bədii,  elmi-texniki  və  başqa 

yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. 

-

325

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə