Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə85/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   113

olan  bölməsi,  Azərbaycan  Respublikasının  üzərindəki  hava 

məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. 

III.

 

Azərbaycan  Respublikasının  ərazisi  özgəninki- 



ləşdirilə  bilməz.  Azərbaycan  Respublikası  öz  ərazisinin  heç 

bir  hissəsini  heç  bir  şəkildə  kimsəyə  vermir;  yalnız 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  qərarı  ilə 

Azərbaycanın  bütün  əhalisi  arasında  referendum  keçirmək 

yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri 

dəyişdirilə bilər. 



Maddə 12. Dövlətin ali məqsədi 

I.

 



İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının, 

Azərbaycan  Respublikasının  vətəndaşlarına  layiqli  həyat 

səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 

II.


 

Bu  Konstitusiyada  sadalanan  insan  və  vətəndaş 

hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar 

çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 



Maddə 13. Mülkiyyət 

I.Azərbaycan 

Respublikasında 

mülkiyyət 

toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 

II.


 

Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və 

bələdiyyə mülki}^əti növündə ola bilər. 

III.


 

Mülkiyyətdən  insan  və  vətəndaş  hüquqları  və 

azadlıqları,  cəmiyyətin  və  dövlətin  mənafeləri,  şəxsiyyətin 

ləyaqəti əleyhinə istifadə edilə bilməz. 



-310- 


Maddə 14. Təbii ehtiyatlar 

Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin 

hüquqlarına  və  mənafelərinə  xələl  gətirmədən  Azərbaycan 

Respublikasına mənsubdur. 



Maddə 15. İqtisadi inkişaf və dövlət 

I.

 



Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı 

müxtəlif  mülkiyyət  növlərinə  əsaslanaraq  xalqın  rifahının 

yüksəldilməsinə xidmət edir. 

II.


 

Azərbaycan  dövləti  bazar  münasibətləri  əsasında 

sosial  yönümlü  iqtisadiyyatın  inkişafına  şərait  yaradır,  azad 

sahibkarlığa  təminat  verir,  iqtisadi  münasibətlərdə  inhisar- 

çıhğa və haqsız rəqabətə yol vermir. 

Maddə 16. Sosial inkişaf və dövlət 

I.

 



Azərbaycan  dövləti  xalqın  və  hər  bir  vətəndaşın 

rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat 

səviyyəsi qayğısına qalır. 

II.


 

Azərbaycan 

dövləti 

mədəniyyətin, 

təhsilin, 

səhiyyənin,  elmin,  incəsənətin  inkişafına  yardım  göstərir, 

ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qomyur. 

Maddə 17. Ailə, uşaqlar və dövlət 

I.

 



Cəmiyyətin  əsas  özəyi  kimi  ailə  dövlətin  xüsusi 

himayəsindədir. 



-

311

-

 


II.

 

 Uşaqların  qayğısına  qalmaq  və  onları  tərbiyə 



etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə 

dövlət nəzarət edir. 

III.

 

Valideynləri və ya qəyyumları olmayan, valideyn 



qayğısından  məhrum  olan  uşaqlar  dövlətin  himayəsin- 

dədirlər. 

IV.

 

Uşaqları  onların  həyatına,  sağlamlığına  və  ya 



mənəviyyatına  təhlükə  törədə  bilən  fəaliyyətə  cəlb  etmək 

qadağandır, 

V.

 

15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. 



VI.

 

Uşaq  hüquqlarının  həyata  keçirilməsinə  dövlət 



nəzarət edir. 

Maddə 18. Din və dövlət 

I.

 



Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. 

Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. 

II.

 

İnsan  ləyaqətini  alçaldan  və  ya  insanpərvərlik 



prinsiplərinə zidd  olan dinlərin (dini cərəyanların)  yayılması 

və təbliği qadağandır. 

III.

 

Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. 



Maddə 19. Pul vahidi 

I.

 



Azərbaycan Respublikasının pul vahidi manatdır. 

II.


 

Pul  nişanlarının  tədavülə  buraxılması  və 

tədavüldən  çıxarılması  hüququ  yalnız  Mərkəzi  Banka 

mənsubdur.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 

dövlətin müstəsna mülkiyyətindədir. 

-

312

-

 



III.

 

Azərbaycan  Respublikasının  ərazisində  manatdan 



başqa  pul  vahidlərinin  ödəniş  vasitəsi  kimi  işlədilməsi 

qadağandır. 



Maddə 

20. 

Dövlətin 

borclarına 

qoyulan 

məhdudiyyətlər 

Azərbaycan  dövlətinə  qarşı  qiyama  və  ya  dövlət 

çevrilişinə  kömək  məqsədi  ilə  alınmış  borclar  Azərbaycan 

Respublikası  tərəfindən  öhdəlik  kimi  qəbul  edilə  və  ödənilə 

bilməz. 

Maddə 21. Dövlət dili 

I.

 



Azərbaycan Respublikasının dövlət dili Azərbaycan 

dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını 

təmin edir. 

II.


 

Azərbaycan  Respublikası  əhalinin  danışdığı  başqa 

dillərin sərbəst işlədilməsin! və inkişafını təmin edir. 

Maddə 22. Paytaxt 

.Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. 



Maddə 23. Azərbaycan dövlətinin rəmzləri 

I.

 



Azərbaycan  Respublikasının  dövlət  rəmzləri 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı,  Azərbaycan 

Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının 

Dövlət Himnidir. 



-

313

-

 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə