Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə86/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   113

II.

 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı 



bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, 

orta  zolaq  qırmızı,  aşağı  zolaq  yaşıl  rəngdədir  və  qırmızı 

zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə 

səkkizguşəli  ulduz  təsvir  edilmişdir.  Bayrağın  eninin 

uzunluğuna nisbəti l:2-dir. 

III.


 

Azərbaycan  Respublikası  Dövlət  bayrağının  və 

Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan 

Respublikası Dövlət Himninin musiqisi və mətni Konstitusiya 

Qanunu ilə müəyyən edilir. 

III fəsil. ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI 

AZADLIQLARI 

Maddə  24.  İnsan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının əsas prinsipi 

I.

 



Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz 

və ayrılmaz hüquqları və azadlıqları vardır. 

II.

 

Hüquqlar  və  azadlıqlar  hər  kəsin  cəmiyyət  və 



başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə 

edir. 


Maddə 25. Bərabərlik hüququ 

dır. 


I.

 

Hamı qanun və məhkəmə qarşısında bərabərdir. 



II.

 

Kişi ilə qadının eyni hüquqları və azadlıqları var 



III.

 

Dövlət  irqindən,  milliyyətindən,  dinindən, 



dilindən,  cinsindən,  mənşəyindən,  əmlak  vəziyyətindən, 

qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi  partiyalara, 

həmkarlar 

-

314

-

 



ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı 

olmayaraq  hər  kəsin  hüquq  və  azadlıqlarının  bərabərliyinə 

təminat  verir.  İnsan  və  vətəndaş  hüquqlarını  və  azadlıqlarını 

irqi,  milli,  dini,  dil,  cinsi,  mənşəyi,  əqidə,  siyasi  və  sosial 

mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. 

IV.


 

Heç kəsə bu maddənin III hissəsində göstərilən 

əsaslara  görə  zərər  vurula  bilməz,  güzəştlər  və  ya  imtiyazlar 

verilə  bilməz,  yaxud  güzəştlərin  və  ya  imtiyazların 

verilməsindən imtina oluna bilməz. 

V.

 



Hüquq  və  vəzifələrlə  bağlı  qərarlar  qəbul  edən 

dövlət  orqanları  və  dövlət  hakimiyyəti  səlahiyyətlərinin 

daşıyıcıları  ilə  münasibətlərdə  hər  kəsin  bərabər  hüquqları 

təmin edilir. 



Maddə  26.  İnsan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının müdafiəsi 

I.

 



Hər  kəsin  qanunla  qadağan  olunmayan  üsul  və 

vasitələrlə  öz  hüquqlarını  və  azadlıqlarını  müdafiə  etmək 

hüququ vardır. 

II.


 

Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının 

müdafiəsinə təminat verir. 

Maddə 27. Yaşamaq hüququ 

I.

 



hər kəsin yaşamaq hüququ vardır. 

II.


 

Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin 

öldürülməsi,  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmünə 

əsasən  ölüm  cəzasının  tətbiqi  və  qanunla  nəzərdə  tutulmuş 

digər  hallar  istisna  olmaqla  hər  bir  şəxsin  yaşamaq  hüququ 

toxunulmazdır. 



-

315

-

 


III.

 

Müstəsna cəza tədbiri kimi öiüm cəzası, tam ləğv 



edilənədək,  yalnız  dövlətə,  insan  həyatına  və  sağlamlığına 

qarşı  xüsusilə  ağır  cinayətlərə  görə  qanunla  müəyyən  edilə 

bilər. 

IV.


 

Qanunla  nəzərdə  tutulmuş  zəruri  müdafiə,  son 

zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın 

həbs  yerindən  qaçmasının  qarşısının  alınması,  dövlətə  qarşı 

qiyamın  yatırılması  və  ya  dövlət  çevrilişinin  qarşısının 

alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla 

insana qarşı silah işlədilməsinə yol verilmir. 

Maddə 28. Azadlıq hüququ 

I.

 



Hər kəsin azadlıq hüququ vardır. 

II.


 

Azadlıq  hüququ  yalnız  qanunla  nəzərdə  tutulmuş 

qaydada  tutulma,  həbsəalma  və  ya  azadlıqdan  məhrumetmə 

yolu ilə məhdudlaşdırıla bilər. 

III.

 

Qanuni  surətdə  Azərbaycan  Respublikasının 



ərazisində  olan  hər  kos  sərbəst  hərəkət  edə  bilər,  özünə 

yaşayış  yeri  seçə  bilər  və  Azərbaycan  Respublikasının 

ərazisindən kənara gedə bilər. 

IV.


 

Azərbaycan Respublikası vətəndaşının hər zaman 

maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. 

Maddə 29. Mülkiyyət hüququ 

I.

 



Hər kəsin mülkiyyət hüququ vardır. 

II.


 

Mülkİ


5

^ətin  heç  bir  növünə  üstünlük  verilmir. 

Mülkiyyət  hüququ,  o  cümlədən  xüsusi  mülkiyyət  hüququ 

qanunla qonmur. 



- 3 1 6 -  


III.

 

Hər  kəsin  mülkiyyətində  daşınar  və  daşınmaz 



əmlak  ola  bilər.  Mülkiyyət  hüququ  mülkiyyətçinin  təkbaşına 

və  ya  başqaları  ilə  birlikdə  əmlaka  sahib  olmaq,  əmlakdan 

istifadə  etmək  və  onun  barəsində  sərəncam  vermək 

hüquqlarından ibarətdir. 

IV.

 

Heç 



kəs 

məhkəmənin 

qərarı 

olmadan 


mülkiyyətindən  məhrum  edilə  bilməz.  Əmlakın  tam 

müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin 

özgənin-  kiləşdirilməsinə  yalnız  qabaqcadan  onun  dəyərini 

ədalətli ödəmək şərti ilə yol verilə bilər. 

V.

 

Dövlət vərəsəlik hüququna təminat verir. 



Maddə 30. Əqli mülkiyyət hüququ 

I.

 



Hər kəsin əqli mülkiyyət hüququ vardır. 

II.


 

Müəlliflik  hüququ,  ixtiraçılıq  hüququ  və  əqli 

mülkiyy^ət hüququnun başqa növləri qanunla qorunur. 

Maddə 31. Təhlükəsiz yaşamaq hüququ 

I.

 



Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. 

II.


 

Qanunla  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 

şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, 

mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 



Maddə 32. Şəxsi toxunulmazlıq hüququ 

I.

 



Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 

II.


 

Hər  kəsin  şəxsi  və  ailə  həyatının  sirrini  saxlamaq 

hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa 

- 3 1 7 -  



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə