Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə87/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   113

şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin 

şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ 

vardır. 

III.


 

Öz  razılığı  olmadan  kimsənin  şəxsi  həyatı 

haqqında 

məlumatın 

toplanılmasına, 

saxlanılmasına, 

istifadəsinə  və  yayılmasına  yol  verilmir.  Qanunla  müəyyən 

edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və 

ya  etirazına  baxmadan  izlənilə  bilməz,  video  və  foto 

çəkilişinə,  səs  yazısına  və  digər  bu  cür  hərəkətlərə  məruz 

qoyula bilməz. 

IV.


 

Hər  kəsin  yazışma,  telefon  danışıqları,  poçt, 

teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini 

saxlamaq  hüququna  dövlət  təminat  verir.  Bu  hüquq  qanunla 

nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya 

cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü 

məhdudlaşdırıla bilər. 

V.

 



Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 

hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. 

Hər  kəsin  onun  barəsində  toplanmış  və  həqiqətə  uyğun 

olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla 

əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını 

(ləğv edilməsini) tələb etmək hüququ vardır. 



Maddə 33. Mənzil toxunulmazlığı hüququ 

I.

 



Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 

II.


 

Qanunla  müəyyən  edilmiş  hallar  və  ya  məhkəmə 

qərarı  istisna  olmaqla  mənzildə  yaşayanların  iradəsi  ziddinə 

heç kəs mənzilə daxil ola bilməz. 



-

318

-

 


Maddə 34. Nikah hüququ 

I.

 



Hər  kəsin  qanunla  nəzərdə  tutulmuş  yaşa  çatdıqda 

ailə qurmaq hüququ vardır. 

II.

 

Nikah  könüllü  razılıq  əsasında  bağlanılır.  Heç  kəs 



zorla evləndirilə (ərə verilə) bilməz. 

III.


 

Nikah  və  ailə  dövlətin  himayəsindədir.  Analıq, 

atalıq,  uşaqlıq  qanunla  mühafizə  edilir.  Dövlət  çoxuşaqlı 

ailələrə yardım göstərir. 

IV.

 

Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı 



göstərmək,  onları  tərbiyə  etmək  valideynlərin  həm  hüququ, 

həm də borcudur. 

V.

 

Valideynlərə  hörmət  etmək,  onların  qayğısına 



qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli 

uşaqlar  əmək  qabiliyyəti  olmayan  valideynlərini  saxlamağa 

borcludurlar. 

Maddə 35. Əmək hüququ 

I.

 



Əmək fərdi və ictimai rifahın əsasıdır. 

II.


 

Hər kəsin əməyə olan qabilİ

3

ryoti əsasında sərbəst 



surətdə  özünə  fəaliyyət  növü,  peşə,  məşğuliyyət  və  iş  yeri 

seçmək hüququ vardır. 

III.

 

Heç kəs zorla işlədilə bilməz. 



IV.

 

Əmək  müqavilələri  sərbəst  bağlanılır.  Heç  kəs 



əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 

V.

 



Məhkəmə  qərarı  əsasında  şərtləri  və  müddətləri 

qanunla  nəzərdə  tutulan  məcburi  əməyə  cəlb  etmək,  hərbi 

xidmət  zamanı  səlahiyyətli  şəxslərin  əmrlərinin  yerinə 

yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və 



-

319

-

 


hərbi  vəziyyət  zamanı  vətəndaşlara  tələb  olunan  işləri 

gördürmək hallarına yol verilir. 

VI.

 

Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, 



heç  bir  ayrı-seçkilik  qoyulmadan  öz  işinə  görə  dövlətin 

müəyyənləşdirdiyi  minimum  əmək  haqqı  miqdarından  az 

olmayan haqq almaq hüququ vardır. 

VII.


 

İşsizlərin  dövlətdən  sosial  müavinət  almaq 

hüququ vardır. 

VIII.


 

Dövlət işsizliyin aradan qaldırılması üçün bütün 

imkanlarından istifadə edir. 

Maddə 36, Tətil hüququ 

I.

 



Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil 

etmək hüququ vardır. 

II.

 

Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək 



hüququ 

yalnız  qanunla  nəzərdə  tutulmuş  hallarda 

məhdudlaşdırıla  bilər.  Azərbaycan  Respublikasının  Silahlı 

Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi 

qulluqçular və mülki şəxslər tətil edə bilməzlər. 

III.


 

Fərdi  və  kollektiv  əmək  mübahisələri  qanunla 

müəyyənləşdirilmiş qaydada həll edilir. 

Maddə 37. İstirahət hüququ 

I.

 



Hər kəsin istirahət hüququ vardır. 

II.


 

Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən 

edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət 

və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən , az 

olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir, 

- 3 2 0 -  



Maddə 38. Sosial təminat hüququ 

I.

 



Hər kəsin sosial təminat hüququ vardır. 

II.


 

Yardıma  möhtac  olanlara  kömək  etmək,  ilk 

növbədə, onların ailə üzvlərinin borcudur. 

III.


 

Hər  kəs  qanunla  müəyyən  edilmiş  yaş  həddinə 

çatdıqda, xəstəli)dnə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək 

qabiliyyətini  itirdiyinə,  işsizliyə  görə  və  qanunla  nəzərdə 

tutulmuş  digər  hallarda  sosial  təminat  almaq  hüququna 

malikdir. . 

IV.

 

Təqaüdlərin  və  sosial  müavinətlərin  minimum 



məbləği qanunla müəyyən edilir. 

V.

 



Dövlət  xeyriyyəçilik  fəaliyyətinin,  könüllü  sosial 

sığortanın  və  sosial  təminatın  başqa  növlərinin  inkişafı  üçün 

imkanlar yaradır. 

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq 

hüququ 

I.

 



Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ 

vardır. 


II.

 

Hər  kəsin  ətraf  mühitin  əsl  vəziyyəti  haqqında 



məlumat toplamaq və ekoloji  hüquqpozma ilə əlaqədar onun 

sağlamlığına  və  əmlakına  vmmlmuş  zərərin  əvəzini  almaq 

hüququ vardır. 

III.


 

Heç  kəs  ətraf  mühitə,  təbii  ehtiyatlara  qanunla 

müəyyən  edilmiş  hədlərdən  artıq  təhlükə  törədə  və  ya  zərər 

vura bilməz. 

IV.

 

Dövlət  ekoloji  tarazlığın  saxlanılmasına,  yabanı 



bitkilərin  və  vəhşi  heyvanların  qanunla  müəyyən  edilmiş 

növlərinin qorunmasına təminat verir. 



- 3 2 1 -  


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə