Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə


Maddə 52. Vətəndaşlıq hüququ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə89/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   113

Maddə 52. Vətəndaşlıq hüququ 

Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və 

hüquqi  bağlılığı,  habelə  qarşılıqlı  hüquq  və  vəzifələri  olan 

şəxs  Azərbaycan  Respublikasının  vətəndaşıdır.  Azərbaycan 

Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının 

vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının 

vətəndaşıdır. 

Valideynlərindən 

biri 

Azərbaycan 



Respublikasının 

vətəndaşı 

olan 

şəxs 


Azərbaycan 

Respublikasının vətəndaşıdır. 



Maddə 53. Vətəndaşlıq hüququnun təminatı 

I.

 



Azərbaycan  Respublikasının  vətəndaşı  heç  bir 

halda  Azərbaycan  Respublikası  vətəndaşlığından  məhrum 

edilə bilməz. 

II.


 

Azərbaycan  Respublikasının  vətəndaşı  heç  bir 

halda  Azərbaycan  Respublikasından  qovula  və  ya  xarici 

dövlətə verilə bilməz. 

III.

 

Az.ərbaycan  Respublikası  onun  ərazisindən 



kənarda  müvəqqəti  və  ya  daimi  yaşayan  Azərbaycan 

Respublikası  vətəndaşlarının  hüquqi  müdafiəsinə  təminat 

verir və onlara hamilik edir. 

Maddə 54. Cəmiyyətin və dövlətin siyasi həyatında 

iştirak hüququ 

I.

 



Azərbaycan 

Respublikası 

vətəndaşlarının 

cəmiyyətin  və  dövlətin  siyasi  həyatında  maneəsiz  iştirak 

etmək hüququ vardır. 

- 3 2 6 -  



II.  Dövlətə  qarşı  qiyama  və  ya  dövlət  çevrilişinə 

müstəqil  müqavimət  göstərmək  Azərbaycan  Respublikasının 

hər bir vətəndaşının hüququdur. 

Maddə  55,  Dövlətin  idarə  olunmasında  iştirak 

etmək hüququ 

I.

 



Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlətin 

idarə  olunmasında  iştirak  etmək  hüququ  vardır.  Bu  hüququ 

onlar  bilavasitə  və  ya  nümayəndələr  vasitəsilə  həyata  keçirə 

bilərlər. 

II.

 

Azərbaycan Respublikasının vətəndaşları dövlət 



orqanlarında  qulluq  etmək  imkanına  malikdirlər.  Dövlət 

orqanlarının  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikasının 

vətəndaşları  sırasından  təyin  edilirlər.  Əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  dövlət  qulluğuna  qanunla 

müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər. 

Maddə 56. Seçki hüququ 

I.

 



Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlət 

orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak 

etmək hüququ vardır. 

II.


 

Məhkəmənin 

qərarı 

ilə 


fəaliyyət 

qabiliyyətsizliyi  təsdiq  olunmuş  şəxslərin  seçkilərdə,  habelə 

referendumda iştirak etmək hüququ yoxdur. 

III.


 

Hərbi 


qulluqçuların, 

hakimlərin, 

dövlət 

məmurlarının,  din  xadimlərinin,  məhkəmənin  hökmü  ilə 



azadlıqdan  məhrum  edilmiş  şəxslərin  bu  Konstitusiyada  və 

qanımda  nəzərdə  tutulan  digər  şəxslərin  seçkilərdə  iştirak 

etmək hüququ qanunla məhdudlaşdırıla bilər. 

-

327

-

 



Maddə 57. Müraciət etmək hüququ 

I.  Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlət 

orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv 

yazılı  müraciətlər  göndərmək  hüququ  vardır.  Hər  bir 

müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə 

yazılı cavab verilməlidir. 

TI.  Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlət 

orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, 

həmkarlar  ittifaqlarının  və  digər  ictimai  birliklərin,  habelə 

ayn-ayn  vətəndaşların  fəaliyyətini  və  ya  işini  tənqid  etmək 

hüququ  vardır.  Tənqidə  görə  təqib  qadağandır.  Təhqir  və 

böhtan tənqid sayıla bilməz. 



Maddə 58. Birləşmək hüququ 

I.

 



Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. 

II.


 

Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, 

həmkarlar  ittifaqı  və  digər  ictimai  birlik  yaratmaq  və  ya 

mövcud  birliyə  daxil  olmaq  hüququna  malikdir.  Bütün 

birliklərin sərbəst fəaliyyətinə təminat verilir. 

III.


 

Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun 

üzvlüyündə qalmağa məcbur edilə bilməz. 

IV.


 

Azərbaycan  Respublikasının  bütün  ərazisində  və 

ya  hər  hansı  hissəsində  qanuni  dövlət  hakimiyyətini  zorla 

devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı 

və  qanunları  pozan  birliklərin  fəaliyyətinə  yalnız  məhkəmə 

qaydasında xitam verilə bilər. 



-

328

-

 


Maddə 59. Azad sahibkarlıq hüququ 

Hər  kəs  qanunla  nəzərdə  tutulmuş  qaydada  öz 

imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə 

edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq 

fəaliyyəti  və  ya  qanunla  qadağan  edilməmiş  digər  iqtisadi 

fəaliyyət növü ilə məşğul ola bilər. 



Maddə  60.  Hüquq  və  azadlıqların  məhkəmə 

təminatı 

I.  Hər  kəsin  hüquq  və  azadlıqlarının  məhkəmədə 

müdafiəsinə təminat verilir. 

TI.  Hər  kəs  dövlət  orqanlarının,  siyasi  partiyaların, 

həmkarlar  ittifaqlarının  və  digər  ictimai  birliklərin,  vəzifəli 

şəxslərin  qərar  və  hərəkətlərindən  (yaxud  hərəkətsizliyindən) 

məhkəməyə şikayət edə bilər. 

Maddə 61. Hüquqi yardım almaq hüququ 

I.

 



Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq 

hüququ vardır. 

II.

 

Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım 



ödənişsiz, dövlət hesabına göstərilir. 

III.


 

Hər  bir  şəxsin  səlahiyyətli  dövlət  orqanları 

tərəfindən  tutulduğu,  həbsə  alındığı,  cinayət  törədilməsində 

ittiham  olunduğu  andan  müdafiəçinin  köməyindən  istifadə 

etmək hüququ vardır. 

-

329

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə