Maddə 52. Vətəndaşlıq hüququ
Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və
hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan
şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan
Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının
vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının
vətəndaşıdır.
Valideynlərindən
biri
Azərbaycan
Respublikasının
vətəndaşı
olan
şəxs
Azərbaycan
Respublikasının vətəndaşıdır.
Maddə 53. Vətəndaşlıq hüququnun təminatı
I.
Azərbaycan Respublikasının vətəndaşı heç bir
halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum
edilə bilməz.
II.
Azərbaycan Respublikasının vətəndaşı heç bir
halda Azərbaycan Respublikasından qovula və ya xarici
dövlətə verilə bilməz.
III.
Az.ərbaycan Respublikası onun ərazisindən
kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat
verir və onlara hamilik edir.
Maddə 54. Cəmiyyətin və dövlətin siyasi həyatında
iştirak hüququ
I.
Azərbaycan
Respublikası
vətəndaşlarının
cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak
etmək hüququ vardır.
- 3 2 6 -
II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə
müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının
hər bir vətəndaşının hüququdur.
Maddə 55, Dövlətin idarə olunmasında iştirak
etmək hüququ
I.
Azərbaycan Respublikası vətəndaşlarının dövlətin
idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ
onlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə
bilərlər.
II.
Azərbaycan Respublikasının vətəndaşları dövlət
orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət
orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının
vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla
müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.
Maddə 56. Seçki hüququ
I.
Azərbaycan Respublikası vətəndaşlarının dövlət
orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak
etmək hüququ vardır.
II.
Məhkəmənin
qərarı
ilə
fəaliyyət
qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə
referendumda iştirak etmək hüququ yoxdur.
III.
Hərbi
qulluqçuların,
hakimlərin,
dövlət
məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə
azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və
qanımda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak
etmək hüququ qanunla məhdudlaşdırıla bilər.
-
327
-
Maddə 57. Müraciət etmək hüququ
I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət
orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv
yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir
müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə
yazılı cavab verilməlidir.
TI. Azərbaycan Respublikası vətəndaşlarının dövlət
orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların,
həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə
ayn-ayn vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək
hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və
böhtan tənqid sayıla bilməz.
Maddə 58. Birləşmək hüququ
I.
Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.
II.
Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya,
həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya
mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün
birliklərin sərbəst fəaliyyətinə təminat verilir.
III.
Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun
üzvlüyündə qalmağa məcbur edilə bilməz.
IV.
Azərbaycan Respublikasının bütün ərazisində və
ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla
devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı
və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə
qaydasında xitam verilə bilər.
-
328
-
Maddə 59. Azad sahibkarlıq hüququ
Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz
imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə
edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq
fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi
fəaliyyət növü ilə məşğul ola bilər.
Maddə 60. Hüquq və azadlıqların məhkəmə
təminatı
I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə
müdafiəsinə təminat verilir.
TI. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların,
həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli
şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən)
məhkəməyə şikayət edə bilər.
Maddə 61. Hüquqi yardım almaq hüququ
I.
Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq
hüququ vardır.
II.
Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım
ödənişsiz, dövlət hesabına göstərilir.
III.
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları
tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində
ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə
etmək hüququ vardır.
-
329
-
Dostları ilə paylaş: |