Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə
yol verilməməsi
Hər kəsin onun işinə qanunla müəyyən edilmiş
məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan
onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Maddə 63. Təqsirsizlik prezumpsiyası
I.
Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ
vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs,
onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta
yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
II.
Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa,
onun təqsirli bilinməsinə yol verilmir.
III.
Cinayətin törədilməsində təqsirləndirilən şəxs
özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
IV.
Ədalət mühakiməsi həyata keçirilərkən qanunu
pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
V.
Məhkəmənin hökmü olmasa kimsə cinayətdə
təqsirli sayıla bilməz.
Maddə 64. Bir cinayətə görə təkrarən məhkum
etməyə yol verilməməsi
Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə
bilməz.
-
330
-
Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ
Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz
barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada
yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv
edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət
etmək hüququ vardır.
Maddə 66. Qohumların əleyhinə ifadə verməyə
məcbur etməyə yol verilməməsi
Heç kəs özünə, arvadına (ərinə), övladlarına,
valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur
edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan
qohumların tam siyahısı qanunla müəyyən edilir.
Maddə 67. Tutulan, həbsə alman və cinayət
törədilməsində təqsirləndirilən şəxslərin hüquqları
I.
Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə
aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə
dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə
alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin
səbəbləri izah edilir.
II.
Cinayət törədilməsində təqsirləndirilən hər bir
şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.
Maddə 68. Zərərin ödənilməsini tələb etmək
hüququ
I. Cinayət, habelə hakimiyyətdən sui-istifadə
nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur.
Zərər
-
331
-
çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona
vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
II. Hər kəsin dövlət orqanlarının, yaxud onların
vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya
hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən
ödənilməsi hüququ vardır.
Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin hüquqları
I.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında olarkən, qanunla və ya
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan
Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan
istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
II.
Azərbaycan Respublikası ərazisində daimi yaşayan
və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq
normalarına və Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq məhdudlaşdırıla bilər.
Maddə 70. Siyasi sığınacaq hüququ
I.
Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq
normalarına uyğun olaraq Azərbaycan Respublikası
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq
verir.
II.
Siyasi əqidəsinə görə, habelə Azərbaycan
Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən
şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.
332-
Maddo 71. İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təminatı
I.
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş
hüquqlarım və azadlıqlarını gözləmək və qorumaq
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının
borcudur.
II.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin
hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda
müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və
azadlıqları ilə məhdudlaşır.
III.
Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət,
habelə səfərbərlik elan edilərkən insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan
Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə
qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi
məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə
qabaqcadan məlumat verilir.
IV.
Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini
açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə
bilməz.
V.
Bu Konstitusiyanın heç bir müddəası insan və
vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş
müddəa kimi təfsir edilə bilməz.
VI.
Azərbaycan Respublikası ərazisində insan və
vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
VII.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.
-
333
-
Dostları ilə paylaş: |