Azərbaycan Respublikası Milli Məclisinin çağırışının
səlahiyyət müddəti hərbi əməli>y'atlann sonunadək uzadılır.
Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin
edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul
edilir.
II.
Azərbaycan Respublikası Milli Məclisinin hər
çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci
bazar günü keçirilir.
III.
Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası
Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə
məhdudlaşır.
IV.
Azərbaycan Respublikası Milli Məclisinin
deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə,
yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan
çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.
Maddə 85. Azərbaycan Respublikası Milli
Məclisinin deputatlığına namizədlərə aid tələblər
I.
Azərbaycan Respublikasının yaşı 25-dən aşağı
olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə
bilər.
II.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında
öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində
qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna
olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din
xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən
təsdiq edilən, ağır cinayətlərə görə məhkum
-338-
olunmuş şəxslər, məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü
ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər
Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə
bilməzlər.
Maddə 86. Azərbaycan Respublikası Milli Məclisi
deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və
təsdiqi
Seçkilərin nəticələrinin düzgünlüyünü Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq
edir.
Maddə 87. Azərbaycan Respublikası
Məclisi deputatlarının səlahiyyətinin bitməsi
Milli
I.
Azərbaycan
Respublikası
Milli
Məclisi
deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli
Məclisinin yeni çağırışının ilk iclas günü bitir.
n.
Azərbaycan
Respublikası
Milli
Məclisi
deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə
120 gündən az müddət qalarsa, keçirilmir.
III.
Azərbaycan Respublikasının Milli Məclisi 83
deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.
339-
Maddə 88. Azərbaycan Respublikası Milli Məcli
sinin sessiyaları
I. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki
növbəti yaz və payız sessiyalarına yığılır.
Azərbaycan
Respublikasının
Milli
Məclisinə
seçkilərdən sonra martın 1 O-dək onun 83 deputatının
səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikası
Milli Məclisinin ilk iclasının keçirilmə vaxtım Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.
TT. Azərbaycan Respublikası Milli Məclisinin
növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli
Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya
Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının
tələbi əsasında çağırır.
III.
Azərbaycan Respublikası Milli Məclisinin
növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun
çağırılmasını tələb edənlər müə}q/ənləşdirir. Bu gündəlikdəki
məsələlərə baxıldıqdan sonra növbədən kənar sessiyanın işi
bitir.
IV.
Azərbaycan Respublikası Milli Məclisinin
sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası
Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan
Respublikası
Prezidentinin
təklifi
ilə
Azərbaycan
Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası
keçirilə bilər.
340
Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi
deputatlığından məhrumetmə və Azərbaycan Respublikası
Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi
I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı
aşağıdakı hallarda mandatdan məhnım edilir:
1)
seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar
olunduqda;
2)
Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və
ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3)
cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü olduqda;
4)
dövlət orqanlarında vəzifə tutduqda, din xadimi
olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə
məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna
olmaqla);
5)
özü imtina etdikdə.
Azərbaycan
Respublikası
Milli
Məclisinin
deputatlığından məhrumetmə haqqında qərar qanunla
müəyyən edilmiş qaydada qəbul edilir.
II.
Azərbaycan
Respublikası
Milli
Məclisinin
deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və
qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri
itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla
müəyyən edilir.
3 4 1 -