VIII.
Heç kəs törədildiyi zaman hüquq pozuntusu
sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu
törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə
məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə,
yeni qanun tətbiq edilir.
IX.
Hər kəs qanunla qadağan olunmayan hərəkətləri
edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri
etməyə məcbur edilə bilməz.
X.
Dövlət orqanları yalnız bu Konstitusiya əsasında,
qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət
göstərə bilərlər.
IV
fəsil. VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ
Maddə 72. Vətəndaşların vəzifələrinin əsası
I.
Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun
hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr
daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə
və ya qanunla qoyula bilər.
II.
Hər bir şəxs Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin
hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən
edilmiş digər vəzifələri yerinə yetirməlidir.
III.
Qanunu bilməmək məsuliyyətdən azad etmir.
Maddə 73. Vergilər və başqa dövlət ödənişləri
I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət
ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin
borcudur.
3 3 4 ■
II.
Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan
və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa
dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
Maddə 74. Vətənə sədaqət
I.
Vətənə sədaqət müqəddəsdir.
II.
Vəzifəyə seçilmə və ya təyinat yolu ilə
qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında
işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə
yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən
edilmiş hallarda and içirlər.
III.
Vəzifəyə seçilmə və ya təyinat yolu ilə
qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında
işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq
qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o cümlədən
dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə
və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən
getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.
Maddə 75. Dövlət rəmzlərinə hörmət
I.
Hər bir vətəndaş Azərbaycan Respublikasının
dövlət rəmzlərinə-bayrağına, gerbinə və himninə hörmət
etməlidir.
II.
Dövlət
rəmzlərinə
hörmətsizliyin
nümayiş
etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
- İ İ 5 -
Maddə 76. Vətəni müdafiə
I.
Vətəni müdafiə hər bir vətəndaşın borcudur.
Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət
keçirlər.
II.
Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə
ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi
xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
Maddə 77. Tarix və mədəniyyət abidələrinin
qorunması
Tarix və mədəniyyət abidələrini qorumaq hər bir
şəxsin borcudur.
Maddə 78. Ətraf mühitin qorunması
Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol
verilməməsi
Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına
və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə
bilməz.
Maddə 80. Məsuliyyət
Konstitusiyanın və qanunların pozulması, o cümlədən
Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan
sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla
müəyyən edilən məsuliyyətə səbəb olur.
-
336
-
V
fəsil. QANUNVERİCİLİK HAKİMİYYƏTİ
Maddə 81. Qanunvericilik hakimiyyətinin həyata
keçirilməsi
Azərbaycan Respublikasında qanunvericilik haki-
mi}'yətini Azərbaycan Respublikasının Milli Məclisi həyata
keçirir.
Maddə 82. Azərbaycan Respublikası Milli
Məclisinin say tərkibi
Azərbaycan Respublikasının Milli Məclisi 125
deputatdan ibarətdir.
Maddə 83. Azərbaycan Respublikası Milli
Məclisinin deputatlarının seçkilərinin əsasları
Azərbaycan Respublikası Milli Məclisinin deputatları
majoritar seçki sistemi ümumi, bərabər və birbaşa seçki
hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə
seçilirlər.
Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi
çağırışının səlahiyyət müddəti
I.
Azərbaycan
Respublikası
Milli
Məclisinin
çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində
hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə,
-
337
-
Dostları ilə paylaş: |