17)
hökumətlərarası beynəlxalq müqavilələr bağlayır,
dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından
fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri
təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;
18)
referendum təyin edir;
19)
qanunları imzalayır və dərc edir;
20)
vətəndaşlıq məsələlərini həll edir;
21)
siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
22)
əfv edir;
23)
dövlət təltifləri ilə təltif edir;
24)
ali hərbi və ali xüsusi rütbələr verir;
25)
ümumi və qismən səfərbərlik elan edir, habelə
səfərbərlik üzrə çağırılanları tərxis edir;
26)
Azərbaycan
Respublikası
vətəndaşlarının
müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə
olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar
qəbul edir;
27)
Azərbaycan
Respublikasının
Təhlükəsizlik
Şurasını yaradır;
28)
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin
təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə
razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli
Məclisinə təqdimat verir;
29)
fövqəladə və hərbi vəziyyət elan edir;
30)
Azərbaycan Respublikası Milli Məclisinin razılığı
ilə müharibə elan edir və sülh bağlayır;
- 357-
31)
Azərbaycan Respublikası dövlət büdcəsində bu
məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi
mühafizə xidmətləri yaradır;
32)
Bu Konstitusiya ilə Azərbaycan Respublikası
Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə
aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
Maddə 110. Qanunların imzalanması
I.
Azərbaycan Respublikasının Prezidenti qanunları
ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində
imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin
etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə
birlikdə
göstərilən
müddət
ərzində
Azərbaycan
Respublikasının Milli Məclisinə qaytara bilər,
II.
Konstitusiya
qanunları
Azərbaycan
Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə
minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs
çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs
çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə
yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra
qüvvəyə minir.
Maddə 111. Hərbi vəziyyət elan edilməsi
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal
olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan
Respublikasına müharibə elan etdikdə, Azərbaycan
Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda,
Azərbaycan
-
358
-
Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə
blokada
üçün
real
təhlükə
olduqda
Azərbaycan
Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində
hərbi vəziyyət elan edir və bu barədə fərmanı 24 saat
müddətində Azərbaycan Respublikası Milli Məclisinin
təsdiqinə verir.
Maddə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi
Azərbaycan
Respublikasının
Prezidenti
təbii
fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa
qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət
çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla
müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların
həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal
fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana
gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində
fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi
fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli
Məclisinin təsdiqinə verir.
Maddə
113.
Azərbaycan
Respublikası
Prezidentinin aktları
T. Ümumi qaydalar müə
5
^ən etdikdə Azərbaycan
Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər
barəsində isə sərəncamlar qəbul edir.
II. Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc
edildiyi gündən qüvvəyə minir.
-
359
-
Maddə 114. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin status
T. Azərbaycan Respublikasının Prezidenti icra
səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.
II.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.
ni.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun
qarşısında cavabdehdir.
IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş
qaydasını
Azərbaycan
Respublikasının
Prezidenti
müəyyənləşdirir.
Maddə 115. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin tərkibi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun
müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri daxildirlər.
Maddə 116. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin istefası
Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti
vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı
gün Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası Prezidentinə istefa verir.
-
360
-
Dostları ilə paylaş: |