Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə105/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   113

5.

 

Azorbaycan Respublikasının Nazirlər Kabineti 



bu 

Konstitusiyanın 

qüvvəyə 

mindiyi 


gündən 

bu 


Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir

6.

 



Bu  Konstitusiya  qüvvəyə  mindiyi  gündən 

Azərbaycan Respublikası yerli Xalq Deputatları Sovetlərinin 

səlahiyyətlərinə xitam verilir. 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

Azərbaycan  Respublikasının  yerli  Xalq  Deputatları 

Sovetlərinə  aid  edilmiş  səlahiyyətləri  yerli  icra  hakimiyyəti 

orqanları həyata keçirir. 

7.

 



Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il 

müddətində  yerli  özünüidarə  haqqında  qanun  qəbul  edilməli 

və bələdiyyələrə seçkilər keçirilməlidir. 

8.

 



Bu  Konstitusiyanın  qəbul  edildiyi  günədək 

Azərbaycan  Respublikasının  ərazisində  qüvvədə  olan 

qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya 

zidd olmayan hissədə qüvvəsini saxlayır. 

9.

 

Bu Konstitusiya qüvvəyə minənədək  fəalij'yət 



göstərən  Azərbaycan  Respublikasının  məhkəmələri  ədalət 

mühakiməsini 

bu 

Konstitusiyada 



müəyyən 

edilən 


səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirir. 

10.


 

Bu  Konstitusiya  qüvvəyə  mindiyi  gündən  bir  il 

ərzində  hakimlərin  statusu,  məhkəmə  quruluşu  və  məhkəmə 

islahatı  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bu 

Konstitusiyaya  uyğun  olan  qanunvericiliyi  qəbul  edilməlidir 

və  Azərbaycan  Respublikası  məhkəmələrinin  hakimləri 

yenidən təyin edilməlidir. 

Həmin  qanunvericilik  qəbul  edilənədək  hakimlərin 

vəzifəyə təyin və vəzifədən azad edilməsi bu Konstitusiya 

-388  



qüvvəyə  minənədək  qüvvədə  olan  qanunvericilik  əsasında 

həyata keçirilir. 

11.

 

Bu  Konstitusiya  qüvvəyə  mindiyi  gündən  bir  il 



müddətində  Azərbaycan  Respublikasının  Konstitusiya 

Məhkəməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 

qəbul  edilməli  və  Azərbaycan  Respublikasının  Konstitusiya 

Məhkəməsi  yaradılmalıdır.  Azərbaycan  Respublikasının 

Konstitusiya  Məhkəməsi  yaradılanadək  bu  Konstitusiyada 

nəzərdə  tutulmuş  Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsinin 

səlahiyyətləri 

həyata 

keçirilmir. 



Bu 

Konstitusiyanın  130-cu  maddəsinin  üçüncü  hissəsinin  7-ci 

bəndində 

nəzərdə 


tutulmuş 

məsələni 

Azərbaycan 

Respublikasının Ali Məhkəməsi həll edir. 

12.

 

Azərbaycan 



Respublikasının 

Ali 


Arbitraj 

Məhkəməsi  bu  Konstitusiyanın  qüvvəyə  mindiyi  gündən 

Azərbaycan  Respublikasının  İqtisad  Məhkəməsi  adlanır  və 

qüvvədə 


olan 

qanunvericiliklə 

müəyyən 

olunmuş 


səlahiyyətləri həyata keçirir. 

-

389

-

 


№ 

00

12 noyabr 1995-ci il. 



Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda 

dərc edilmişdir (31 iyul 1997-ci il, № 1) 



Azərbaycan Respublikasının Konstitusiyasına 

dəyişikliklər etmiş sənədlərin siyahısı 

1.

 



Azərbaycan 

Respublikası 

Konstitusiya 

Məhkəməsinin  21  iyun  2002-ci  il  tarixli  Qərarı  — 

«Azərbaycan» qəzeti (22 iyun 2002-ci il, № 140); 

Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  29 

avqust  2002-ci  il  tarixli  99/372  nömrəli  Qərarı  — 

«Azərbaycan» qəzeti (19 iyun 2002-ci il, № 216) 

2.

 

Azərbaycan 



Respublikası 

Konstitusiya 

Məhkəməsinin  24  dekabr  2008-ci  il  tarixli  Qərarı  — 

«Azərbaycan» qəzeti (25 dekabr 2008-ci il, № 288); 

Azərbaycan 

Respublikası 

Mərkəzi 

Seçki 


(Referendum) Komissiyasının 30 mart 2009-cu il tarixli 19/86 

nömrəli Qərarı — «Azərbaycan» qəzeti (31 mart 2009-cu il, 

№66) (KMl) 100-cü maddəsinin «...başqa dövlətlər qarşısında 

öhdəliyi  olmayan...»  müddəasının  hüquqi  mənası  vətəndaşın 

xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan 

münasibətlərin 

mövcudluğu 

ilə 


əlaqədar 

yaranan 


öhdəliklərinin olmamasını ehtiva edir. 

Belə  öhdəliklər  uzun  müddət  ərzində  xaricdə 

yaşamaqla  bağlı  əmələ  gələn  davamlı,  möhkəm  və  sabit 

münasibətlərin  mövcudluğuna  səbəb  olan  qeydiyyat,  vergi, 

ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. 

-

390

-

 



kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər də Qİa 

bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 

avqust 2003-cü il tarixli qərarı - «Azərbaycan» qəzeti, 3 avqust 

2003-cü il, № 176). 



İnzibati və yardımçı vəzifələrin təsnifatı 

İnzibati vəzifələrin aşağıdakı təsnifatı vardır; 



İnzibati vəzifələrin birinci təsnifatı - 1-ci kateqoriya 

dövlət  orqanları  aparat  rəhbərlərinin  vəzifələri,  Azərbaycan 

Respublikası 

Prezidentinin 

səlahiyyətlərinin 

həyata 


keçirilməsini  bilavasitə  təmin  edən  digər  orqanların 

rəhbərlərinin vəzifələri



İnzibati  vəzifələrin  ikinci  təsnifatı  -  Azərbaycan 

Respublikası 

Prezidentinin 

səlahiyyətlərinin 

həyata 

keçirilməsini  Azərbaycan  Respublikası  Prezidentinin  İcra 



Aparatında  təmin  edən  dövlət  qulluqçularının  vəzifələri,  2-ci 

kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri



İnzibati  vəzifələrin  üçüncü  təsnifatı  -  1-ci 

kateqoriya  dövlət  orqanları  mütəxəssislərinin  vəzifələri,  2-ci 

kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərləri  müavinlərinin 

vəzifələri, 3-cü kateqoriya dövlət orqanları aparat rəhbərlərinin 

vəzifələri; 

İnzibati  vəzifələrin  dördüncü  təsnifatı  -  1-ci 

kateqoriya  dövlət  orqanları  mütəxəssislərinin  vəzifələri,  2-ci 

kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərləri  müavinlərinin 

vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin 

vəzifələri,  4-cü  və  5-ci  kateqoriya  dövlət  orqanları  aparat 

rəhbərlərinin  və  onların  müavinlərinin  vəzifələri,  7-ci 

kateqoriya  dövlət  orqanı  -  Bakı  şəhər  İcra  Hakimiyyəti 

başçısının müavinlərinin vəzifələri



391 - 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə