Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə104/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   113

qanunlarına,  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər 

Kabinetinin qərarlarına) zidd olmamalıdır. 

11.  Bələdiyyənin  qəbul  etdiyi  aktın  icrası  onun 

ərazisində  yaşayan  vətəndaşlar  və  onun  ərazisində  yerləşən 

hüquqi şəxslər üçün məcburidir. 

Maddə 151. Beynəlxalq aktların hüquqi qüvx^əsi 

Azərbaycan Respublikasının qanunvericilik sisteminə 

daxil  olan  normativ  hüquqi  aktlar  ilə  (Azərbaycan 

Respublikasının Konstitusiyası və referendumla qəbul edilən 

aktlar  istisna  olmaqla)  Azərbaycan  Respublikasının  tərəfdar 

çıxdığı  dövlətlərarası  müqavilələr  arasında  ziddiyyət 

yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. 

XI fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ 

KONSTİTUSİYASINDA DƏYİŞİKLİKLƏR 

Maddə 

152. 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasının 

mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. 

Maddə 

153. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının  mətnində  dəyişikliklərin  təklif  edilməsi 

qaydası 

Azərbaycan Respublikası Konstitusiyasının mətnində 

dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya 

Azərbaycan  Respublikasının  Prezidenti  təklif  etdikdə,  təklif 

olunan 

dəyişikliklərə 



dair 

əvvəlcədən 

Azərbaycan 

Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. 



- 384-  


Maddə 

154. 

Azərbaycan 

Respublikası 

Konstitusiya 

Məhkəməsinin 

səlahiyyətlərinin 

məhdudlaşdırdma- sı 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

referendumla  qəbul  olunmuş  Azərbaycan  Respublikası 

Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə 

bilməz. 

Maddə 

155, 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasında 

dəyişikliklər 

təklif 

edilməsi 

təşəbbüsünün məhdudlaşdırılması 

Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21- ci 

maddələrində  dəyişikliklər  və  ya  onların  ləğv  edilməsi 

haqqında,  3-cü  fəslində  nəzərdə  tutulmuş  insan  və  vətəndaş 

hüquqları  və  azadlıqlarının  ləğvi  və  ya  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə 

nəzərdə 

tutulduğundan 

daha 

artıq 


dərəcədə 

məhdudlaşdırılması  haqqında  təkliflər  referenduma  çıxarıla 

bilməz. 

XII fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ 

KONSTİTUSİYASINA ƏLAVƏLƏR 

Maddə 

156. 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası 

I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr 

Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu 

ilə Konstitusiya qanunları şəklində qəbul edilir. 



3S5- 


II.

 

Azərbaycan  Respublikasının  Konstitusiyasına 



əlavələr  haqqında  Konstitusiya  qanunları  Azərbaycan 

Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci 

səsvermə birincidən 6 ay sonra keçirilir. 

III.


 

Azərbaycan  Respublikasının  Konstitusiyasına 

əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də 

ikinci  səsvermədən  sonra  bu  Konstitusiyada  qanunlar  üçün 

nəzərdə  tutulmuş  qaydada  Azərbaycan  Respublikası 

Prezidentinə imzalanmaq üçün təqdim olunur. 

IV.

 

Azərbaycan  Respublikasının  Konstitusiyasına 



əlavələr  haqqında  Konstitusiya  qanunları  Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən  ikinci  səsvermədən 

sonra imzalandıqda qüvvəyə minir. 

V.

 



Konstitusiya  qanunları  Azərbaycan  Respublikası 

Konstitusiyasının  ayrılmaz  hissəsidir  və  Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

əsas 

mətninə 


zidd 

olmamalıdır. 



Maddə 

157. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasına 

əlavələri  Azərbaycan  Respublikasının  Prezidenti  və  ya 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  azı  63  deputatı 

təklif edə bilər. 

Maddə 

158. 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasına  əlavələrin  təklif  edilməsi  təşəbbüsünün 

məhdudlaşdırılması 

Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş 

müddəalarla 

əlaqədar 

Azərbaycan 

Respublikası 

Konstitusiyasına əlavələr təklif edilə bilməz. 

-

386

-

 



KEÇİD MÜDDƏALARI 

1.

 



Azərbaycan 

Respublikasının 

Konstitusiyası 

referendumla  qəbul  edildikdən  sonra  rəsmən  dərc  olunduğu 

gündən  qüvvəyə  minir.  Bu  Konstitusiyanın  qüvvəyə  mindiyi 

gündən  1978-ci  il  aprelin  21-də  qəbul  edilmiş  Azərbaycan 

Respublikasının  Konstitusiyası  (Əsas  Qanunu)  qüvvədən 

düşür. 


2.

 

Bu  Konstitusiyanın  qüvvəyə  minməsinə  qədər 



seçilmiş 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

bu 

Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid 



edilmiş səlahiyyətləri həyata keçirir. 

3.

 



Bu  Konstitusiyanın  101-ci  maddəsinin  5-ci  hissəsi 

bu  Konstitusiya  qəbul  edildikdən  sonra  seçilən  Azərbaycan 

Respublikası Prezidentinə şamil edilir. 

4.

 



Azərbaycan  Respublikası  xalq  deputatlarının  və 

Azərbaycan  Respublikası  Ali  Sovetinin  yaratdığı  Milli 

Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası 

Milli Məclisinin ilk iclas günü başa çatır. 

Yeni  seçilmiş  Azərbaycan  Respublikası  Milli 

Məclisinin ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin 

azı  83  deputatının  seçildiyi  gündən  bir  həftə  sonra  keçirilir. 

Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı 

il mayın 31 -dək davam edir. 

1995-ci il avqustun 15-də qəbul edilmiş «Azərbaycan 

Respublikasının  Milli  Məclisinə  seçkilər  haqqında» 

Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun 

əsasında  seçilmiş  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

birinci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir. 



-

387

-

 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə