Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə107/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   113

2.Səfirlik 

öz 


fəaliyyətində 

Azərbaycan 

Respublikasının  Konstitusiyasının,  “Diplomatik  xidmət 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununu  və  digər 

qanunlarını,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman 

və  sərəncamlarının,  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  qərar  və  sərəncamlarım.  Diplomatik  əlaqələr 

haqqında 

Vyana 

Konvensiyasını 



və 

Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  digər  müvafiq  beynəlxalq 

müqavilələri, eləcə də beynəlxalq hüququn digər tətbiq edilə 

bilən  normalarını,  Azərbaycan  Respublikasının  Xarici  İşlər 

Nazirliyi haqqında əsasnaməni, bu əsasnaməni, nazirliyin əmr, 

sərəncam və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin 

qanunvericiliyini nəzərə alır. 

3.Səfirlik  qəbul  edən  dövlətlərdə  Azərbaycan 

Respublikasının  vahid  xarici  siyasət  xəttinin  həyata 

keçirilməsini  öz  səlahiyyətləri  daxilində  təmin  edir  və  bu 

məqsədlə  Azərbaycan  Respublikasının  dövlət  və  yerli 

özünüidarəetmə 

orqanlarının, 

idarə, 

təşkilat 



və 

müəssisələrinin nümayəndəliklərinin, nümayəndə heyətlərinin 

'və  mütəxəssis  qruplarının  fəaliyyətini  əlaqələndirir  və  işi 

üzərində  nəzarəti  həyata  keçirir..  Adı  çəkilən  , 

nümayəndəliklər, nümayəndə heyətləri və mütəxəssis qrupları 

öz fəaliyyətini səfirlik ilə razılaşdırmalı və öz fəaliyyəti barədə 

səfirliyə məlumat verməlidirlər. 

4.  Səfirliyin  binasında  və  ya  onun  ərazisində, 

Azərbaycan  Respublikasının  xarici  dövlətdəki  Fövqəladə  və 

Səlahiyyətli  Səfirinin  (bundan  sonra  Səfir)  iqamətgahında 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 

Azərbaycan  Respublikasının  dövlət  bayrağı  qaldırılır. 

Səfirliyin binasında və ya onun ərazisində Azərbaycan Res 

S 9 6 -  



publikasının dövlət gerbinin təsviri və Azərbaycan dilində və 

qəbul  edən  dövlətin  dövlət  dilində  (dövlət  dillərində) 

“Azərbaycan  Respublikasının  (qəbul  edən  dövlətin  adı) 

Səfirliyi” yazısı olan lövhə vurulur. Səfirin nəqliyyat vasitəsi 

üzərində  Azərbaycan  Respublikasının  dövlət  bayrağı 

yerləşdirilir.  Azərbaycan  Respublikasının  dövlət  rəmzləri 

qəbul edən protokol təcrübəsi nəzərə alınaraq istifadə olunur. 

5.

 



Səfirlik,  səfirliyin  əməkdaşları  və  onlarla  birlikdə 

yaşayan  ailə  üzvləri  qəbul  edən  dövlətdə  beynəlxalq  hüquq 

normalarına  və  qəbul  edən  dövlətin  qanunvericiliyinə  uyğun 

olaraq  immunitet  və  imtiyazlardan  istifadə  edir.  Səfirliyin 

əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri qəbul edən 

dövlətin qanunvericiliyinə, adət və ənənələrinə hörmət etməli, 

qəbul  edən  dövlətin  daxili  işlərinə  qarışmaqdan  və  daxili 

işlərinə  qarışmaq  kimi  təfsir  oluna  bilən  hərəkətlərdən 

çəkinməlidir. 

6.

 



Sətirlik  nazirlik  tərəfindən  təsdiq  olunmuş 

Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı 

həkk  olunmuş  möhürə,  ştamplara,  blanklara  və  bank 

hesablarına malikdir. 

7.

 

Azərbaycan  Respublikasının  mülkiyyəti  olan 



səfirliyin  torpaq  sahələri,  binaları,  qurğuları  və  digər  əmlakı 

.Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 

olunmuş qaydada səfirliyə təhkim olunur. 

8.

 



Səfirlik  ona  təhkim  olunmuş  əmlak  üzərində 

sahiblik,  istifadə  və  sərəncam  hüququnu  Azərbaycan 

Respublikasının  müvafiq  qanunvericilik  aktları  ilə  müəyyən 

edilmiş qaydada həyata keçirir. 



397-  


IL 

SƏFİRLİYİN

 

ƏSAS

 

VƏZİFƏLƏR 

9.Səfirliyin əsas vəzifələri aşağıdakılardır : 

9.1.

 

öz  səlahiyyətləri  daxilində  qəbuledən  dövlətdə 



Azərbaycan Respublikasının təmsil etmək

9.2.


 

qəbul 


edən 

dövlətdə 

Azərbaycan 

Respublikasının  vahid  xarici  siyasət  xəttini  öz  səlahiyyətləri 

daxilində həyata keçirmək

9.3.


 

qəbul edən dövlətdə Azərbaycan Respublikasının 

milli  maraqlarını,  o  cümlədən  suverenliyini,  təhlükəsizliyini, 

ərazi  bütövlüyünü,  sərhədlərinin  toxunulmazlığını,  siyasi, 

iqtisadi və digər maraqlarını diplomatik üsul və vasitələrlə öz 

səlahiyyətləri daxilində təmin etmək və müdafiə etmək

9.4.

 

qəbul edən dövlətdə Azərbaycan Respublikasının, 



onun  vətəndaşlarının  və  hüquqi  şəxslərinin  hüquq  və 

maraqlarım öz səlahi}^ətləri daxilində müdafiə etmək

9.5.

 

qəbul edən dövlətdə Azərbaycan Respublikasının 



diplomatik  və  konsul  əlaqələrini  qanunvericiliklə  nəzərdə 

tutulmuş qaydada həyata keçirmək

9.6.

 

qəbul  edən dövlətə rəsmi  nümayəndə heyətlərini 



hazırlanmasına  və  həyata  keçirilməsinə  öz  səlahiyyətləri 

daxilində kömək etmək. 



III.

 

SƏFİRLİYİN FUNKSİYALARI 

10.  Səfirlik  bu  əsasnamə  ilə  müə

3

^ən  edilmiş 



vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir : 

10.1.


 

müəyyən 


olunmuş 

qaydada 


Azərbaycan 

Respublikasının  Prezidentini,  Azərbaycan  Respublikasının 

Nazirlər Kabinetini və nazirliyi qəbul edən dövlətin xarici və 

daxili siyasət məsələləri üzrə məlumatlandırır; 



- 3 9 8 -  


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə