Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə112/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   113

10.2.

 

Dövlət  qulluqçusunun  fərdi  eyniləşdirmə 



nömrəsi  avtomatlaşdırılmış  rejimdə  xüsusi  proqram  təminatı 

vasitəsilə Dövlət Reyestrini aparan dövlət orqanları tərəfindən 

müəyyən edilən qaydada və Azərbaycan vətəndaşlarının fərdi 

uçotu  sahəsində  mövcud  qanunvericiliyin  tələbləri  nəzərə 

alınmaqla  yaradılır.  Bu  fərdi  eyniləşdirmə  nömrəsi 

məlumatların  birmənalı  fərqləndirilməsinə,  təkrara  yol 

verilməməsinə  xidmət  edir  və  dövlət  qulluqçusunun  qulluq 

keçmə yerindən asılı olmayaraq dəyişdirilmir. 

10.3.

 

“Doğulduğu  tarix  və  yer”  bölümündə  dövlət 



qulluqçusunun  doğulduğu  yer  onun  anadan  olduğu  zaman 

mövcud  olan  inzibati-ərazi  bölgüsünə  və  adlara  uyğun 

göstərilməlidir. 

10.4.


 

“Dövlət  orqanının  və  vəzifəsinin  adı” 

bölümündə  dövlət  qulluqçusunun  hazırda  qulluq  keçdijn 

dövlət orqanının və vəzifəsinin tam adı ilə yanaşı, bu orqanın 

kateqoriyası və vəzifənin təsnifatı göstərilməlidir . 

10.5.


 

“Əmək  fəaliyyəti”  bölümündə  məlumatlar 

dövlət  qulluqçusunun  əmək  kitabçası  və  iş  dövı-ünü  təsdiq 

edən  sənədlər  əsasında  (ali,  orta  ixtisas  məktəblərində  təhsil 

dövrü,  hərbi  xidmət  və  əvəzçilik  üzrə  iş  də  daxil  olmaqla) 

göstərilməlidir.  Məlumatlarda  hər  iş  yerinə  aid  dövr  dəqiq 

tarixlə və bu dövrün dövlət qulluqçusunun qulluq stajına daxil 

edilib-edilməməsi,  idarə,  təşkilat  və  müəssisələrin  adları 

vaxtilə  olduğu  şəkildə  və  ixtisarlara  yol  vermədən  qeyd 

edilməlidir. 

10.6.

 

“Dövlət qulluğunu keçməsi” bölümündə dövlət 



qulluqçusunun  iştirak  etdiyi  test  imtahanlarının  və 

müsahibələrin  tarixləri,  nəticələri,  onları  keçirən  qurumların 

adları, staj və sınaq keçmə dövrü, daimi dövlət qulluğuna 

412 



qəbul  edilən  tarixi,  sonuncu  əmək  müqaviləsinin  qüvvəyə 

minmə  və  qüvvədən  düşmə  tarixləri,  sonuncu  attestasiyanın 

tarixi və nəticələri göstərilməlidir. 

10.7.


 

“Dövlət 


qulluğunun 

ixtisas 


dərəcəsi” 

bölümündə dövlət qulluqçusunun “Dövlət  qulluğu haqqında” 

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş son 

iki  ixtisas  dərəcəsinin  adları,  onların  verilməsi  haqqında 

sənədlərin  nömrələri  və  tarixləri  göstərilməlidir.  Şəxsin 

prokurorluq,  ədliyyə,  milli  təhlükəsizlik,  daxili  işlər,  xarici 

işlər,  sərhəd  xidməti,  vergi  və  digər  orqanlar  tərəfindən 

verilmiş xüsusi rütbələri  olduqda onların verildiyi tarixlər və 

müvafiq sənədlərin nömrələri əlavə olaraq qeyd edilməlidir. 

10.8.


 

“Təhsili”  bölümündə  dövlət  qulluqçusunun 

bitirdiyi  təhsil  müəssisələrinin  və  fakültələrin  rəsmi  adları, 

təhsil dövrü və formaları, ixtisas və peşələr diplomda yazıldığı 

kimi qeyd edilməlidir. 

10.9.


 

“Əlavə 


təhsili” 

bölümündə 

dövlət 

qulluqçusunun 



ixtisasartırma, 

təcrübəkeçmə 

və 

s. 


proqramlarda iştirakı  rəsmi sənədlər əsasında  göstərilməlidir. 

Bu  bölümdə  proqramları  təşkil  edən  qurumların  və  təhsil 

proqramının adları, əlavə təhsilin dövrü qeyd edilməlidir. 

10.10.


 

“Elmi  dərəcəsi  və  elmi  adları”  bölümündə 

məlumatlar  onları  təsdiq  edən  rəsmi  sənədlər  əsasında 

göstərilməlidir. Məlumatlarda elmi  dərəcənin  və elmi  adların 

verildiyi tarix və elmi istiqamət qeyd edilməlidir. 

10.11.


 

“Dövlət 


təltilləri” 

bölümündə 

dövlət 

qulluqçusunun Azərbaycan Respublikasının və digər ölkələrin 



dövlət  təltifləri  (orden  və  medalları),  fəxri  adları  və  onların 

verilmə tarixləri haqqında məlumatlar göstərilməlidir. 



413

-

 


10.12.

 

“Seçkili  orqanların  işində  iştirakı” 



bölümündə  dövlət  qulluqçusunun  yalnız  qanunvericilik  və 

yerli özünüidarə orqanlarında seçkili vəzifə tutması haqqında 

məlumatlar göstərilməlidir. 

10.13.


 

“Əlavə  məlumatlar”  bölümündə  dövlət 

qulluqçusunun  işgüzar  keyfiyyətlərini  xarakterizə  edən 

müxtəlif  sənədlər,  ehtiyat  kadrların  siyahılarına  salınması 

haqqında  qeydlər,  çap  edilmiş  elmi  əsərlərin  və  kitabların 

adları, şəxsin yalnız sərbəst bildiyi xarici dillər, əmək (peşə) 

fəaliyyəti  ilə  bağlı  mühüm  əhəmiyyət  kəsb  edən  tədbirlərdə 

iştirakı və dövlət qulluğunu keçmə haqqında digər məlumatlar 

göstərilə  bilər.  Bu  bölümə  dövlət  qulluqçusunun  rəngli 

fotoşəkli də əlavə edilməlidir. 

10.14.

 

“Əlaqə  üçün  məlumatlar”  bölümündə 



şəxsin  iş  telefonu  və  taks  nömrələri,  elektron  poçt  ünvanı 

göstərilməlidir. 

11.

 

Dövlət  Reyestrindəki  məlumatlar  həmişəlik 



saxlanılır və heç bir halda məhv edilə bilməz. 

III.

 

DÖVLƏT REYESTRİNİN APARILMASI 

QAYDALARI 

12.


 

Dövlət  Reyestrinə  dövlət  qulluqçuları  haqqında 

məlumatların  ilk  dəfə  daxil  edilməsinə  əsas  bu  şəxsin  stajçı 

kimi  dövlət  qulluğuna  qəbul  edilməsidir.  Aidiyyəti  dövlət 

orqanı  bu  şəxs  haqqında  məlumatları  Dövlət  reyestrinin 

aparan  dövlət  orqanına  dövlət  qulluğunda  vəzifəyə  (o 

cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün 

ərzində rəsmən təqdim etməlidir. 



-4J4- 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə