Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə102/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   113

III.

 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi 



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini və onun 

müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir. 



Maddə  138.  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin müəyyən etdiyi ümumi qaydalar 

I.

 



Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi 

aşağıdakılara dair ümumi qaydalar müəyyən edir: 

1)

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər; 



2)

 

vergilər; 



3)

 

Naxçıvan  Muxtar  Respublikası  iqtisadiyyatının  inkişafı 



istiqamətləri; 

4)

 



sosial təminat; 

5)

 



ətraf mühitin qorunması; 

6)

 



turizm; 

7)

 



səhiyyə, elm, mədəniyyət. 

II.


 

Bu maddədə göstərilən  məsələlərə dair Naxçıvan 

Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir. 

Maddə  139.  Naxçıvan  Muxtar  Respublikası  Alı 

Məclisinin həll etdiyi məsələlər 

I.

 



Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi 

aşağıdakı məsələləri həll edir: 

1)

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  işinin 



təşkili; 

-

376

-

 


2)

 

Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi



3)

 

Naxçıvan  Muxtar  Respublikasının  iqtisadi  və  sosial 



proqramlarının təsdiqi; 

4)

 



Naxçıvan  Muxtar  Respublikası  Baş  nazirinin  vəzifəyə 

təyin və vəzifədən azad edilməsi; 

5)

 

Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabineti 



tərkibinin təsdiqi; 

6)

 



Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabinetinə 

etimad. 


II.

 

Bu  maddədə  göstərilən  məsələlərə  dair  Naxçıvan 



Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir. 

Maddə  140.  Naxçıvan  Muxtar  Respublikasının 

Nazirlər Kabineti 

I.

 



Naxçıvan 

Muxtar 


Respublikasının 

Nazirlər 

Kabinetinin  tərkibini  Naxçıvan  Muxtar  Respublikası  Baş 

nazirinin  təklifi  ilə  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məclisi təsdiq edir. 

II.


 

Naxçıvan  Muxtar  Respublikasının  Baş  nazirini 

Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatına  əsasən 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. 

ITT.  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər 

Kabineti; 

 

muxtar  respublika  büdcəsinin  layihəsini  hazırlayıb 



Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir

 



muxtar respublikanın büdcəsini icra edir; 

 



muxtar  respublikanın  iqtisadi  proqramlarının  həyata 

keçirilməsini təmin edir; 



- 377-  


 

muxtar  respublikanın  sosial  proqramlarının  həyata 



keçirilməsini təmin edir; 

 



Azərbaycan 

Respublikası 

Prezidentinin 

onun 


səlahiyyətlərinə aid etdiyi digər məsələləri bəli edir. 

TV.  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər 

Kabineti qərar və sərəncamlar qəbul edir. 

Maddə 141. Naxçıvan Muxtar Respublikasında 

yerli icra hakimiyyəti 

Naxçıvan  Muxtar  Respublikasında  yerli  icra 

hakimiyyətlərinin  başçılarını  Naxçıvan  Muxtar  Respublikası 

Ali  Məclisi  sədrinin  təqdimatı  əsasında  Azərbaycan 

Respublikasının Prezidenti təyin edir. 

IX

 

fəsil. BƏLƏDİYYƏLƏR 

Maddə 142. Yerlərdə özünüidarənin təşkili 

I.

 



Yerli özünüidarəni bələdiyyələr həyata keçirir. 

II.


 

Bələdiyyələr seçkilər əsasında yaradılır. 

III.

 

Bələdiyyələrin 



statusunun 

əsasları 

bu 

Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla 



müəyyən edilir. 

Maddə 143. Bələdiyyələrin işinin təşkili 

I.

 



Bələdiyyə  öz  fəaliyyətini  iclaslar,  daimi  və  başqa 

komissiyalar vasitəsi ilə həyata keçirir. 

II.

 

Bələdiyyənin iclaslarını bələdiyyənin sədri 



çağırır. 

- 378-  


Maddə 144. Bələdiyyələrin səlahiyyətləri 

I.

 



Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll 

edilir; 


1)

 

bələdiyyə  üzvlərinin  səlahiyyətlərinin  tanınması, 



qanunla  müəyyən  edilmiş  hallarda  onların  səlahiyyətlərinin 

itirilməsi və səlahiyyətlərinə xitam verilməsi; 

2)

 

bələdiyyənin reqlamentinin təsdiq edilməsi



3)

 

bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi 



və başqa komissiyaların seçilməsi; 

4)

 



yerli vergilərin və ödənişlərin müəyyən edilməsi

5)

 



yerli büdcənin və onun icrası haqqında hesabatların 

təsdiq edilməsi; 

6)

 

bələdi>



7

ə mülkiyyətinə sahiblik, ondan istifadə və 

onun barəsində sərəncam

7)

 



yerli sosial müdafiə və sosial inkişaf proqramlarının 

qəbul və icra edilməsi; 

8)

 

yerli  iqtisadi  inkişaf  proqramlarının  qəbul  və  icra 



edilməsi; 

9)

 



yerli ekoloji proqramların qəbul və icra edilməsi. 

II.


 

Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri 

tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin 

həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəaıri maliyyə 

vəsaiti  də  ayrılmalıdır.  Belə  səlahiyyətlərin  həyata 

keçirilməsinə  müvafiq  olaraq  qanunvericilik  və  icra 

hakimiyyətləri nəzarət edirlər. 

379- 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə