Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə


Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə90/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   113

Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə 

yol verilməməsi 

Hər  kəsin  onun  işinə  qanunla  müəyyən  edilmiş 

məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan 

onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 



Maddə 63. Təqsirsizlik prezumpsiyası 

I.

 



Hər  kəsin  təqsirsizlik  prezumpsiyası  hüququ 

vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, 

onun  təqsiri  qanunla  nəzərdə  tutulan  qaydada  sübuta 

yetirilməyibsə  və  bu  barədə  məhkəmənin  qanuni  qüvvəyə 

minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 

II.


 

Şəxsin  təqsirli  olduğuna  əsaslı  şübhələr  varsa, 

onun təqsirli bilinməsinə yol verilmir. 

III.


 

Cinayətin  törədilməsində  təqsirləndirilən  şəxs 

özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. 

IV.


 

Ədalət  mühakiməsi  həyata  keçirilərkən  qanunu 

pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. 

V.

 



Məhkəmənin  hökmü  olmasa  kimsə  cinayətdə 

təqsirli sayıla bilməz. 



Maddə  64.  Bir  cinayətə  görə  təkrarən  məhkum 

etməyə yol verilməməsi 

Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə 

bilməz. 

-

330

-

 



Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ 

Məhkəmənin  məhkum  etdiyi  hər  bir  şəxsin  öz 

barəsində  çıxarılmış  hökmə  qanunla  nəzərdə  tutulan  qaydada 

yuxarı  məhkəmədə  yenidən  baxılması,  habelə  özünün  əfv 

edilməsi  və  cəzasının  yüngülləşdirilməsi  haqqında  müraciət 

etmək hüququ vardır. 



Maddə  66.  Qohumların  əleyhinə  ifadə  verməyə 

məcbur etməyə yol verilməməsi 

Heç  kəs  özünə,  arvadına  (ərinə),  övladlarına, 

valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur 

edilə  bilməz.  Əleyhinə  ifadə  verilməsi  məcburi  olmayan 

qohumların tam siyahısı qanunla müəyyən edilir. 

Maddə  67.  Tutulan,  həbsə  alman  və  cinayət 

törədilməsində təqsirləndirilən şəxslərin hüquqları 

I.

 



Səlahiyyətli  dövlət  orqanlarının  tutduğu,  həbsə 

aldığı,  cinayət  törədilməsində  təqsirləndirdiyi  hər  bir  şəxsə 

dərhal  onun  hüquqları  bildirilir  və  tutulmasının,  həbsə 

alınmasının  və  cinayət  məsuliyyətinə  cəlb  edilməsinin 

səbəbləri izah edilir. 

II.


 

Cinayət  törədilməsində  təqsirləndirilən  hər  bir 

şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir. 

Maddə  68.  Zərərin  ödənilməsini  tələb  etmək 

hüququ 

I.  Cinayət,  habelə  hakimiyyətdən  sui-istifadə 

nəticəsində  zərər  çəkmiş  şəxsin  hüquqları  qanunla  qorunur. 

Zərər 


-

331

-

 


çəkmiş  şəxsin  ədalət  mühakiməsində  iştirak  etmək  və  ona 

vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. 

II.  Hər  kəsin  dövlət  orqanlarının,  yaxud  onların 

vəzifəli  şəxslərinin  qanuna  zidd  hərəkətləri  və  ya 

hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən 

ödənilməsi hüququ vardır. 



Maddə  69.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şəxslərin hüquqları 

I.

 



Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

Azərbaycan  Respublikasında  olarkən,  qanunla  və  ya 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilə  ilə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Azərbaycan 

Respublikasının  vətəndaşları  ilə  bərabər  bütün  hüquqlardan 

istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. 

II.

 

Azərbaycan Respublikası ərazisində daimi yaşayan 



və  ya  müvəqqəti  qalan  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şəxslərin  hüquq  və  azadlıqları  yalnız  beynəlxalq  hüquq 

normalarına  və  Azərbaycan  Respublikasının  qanunlarına 

uyğun olaraq məhdudlaşdırıla bilər. 



Maddə 70. Siyasi sığınacaq hüququ 

I.

 



Hamılıqla  qəbul  edilmiş  beynəlxalq  hüquq 

normalarına  uyğun  olaraq  Azərbaycan  Respublikası 

əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq 

verir. 


II.

 

Siyasi  əqidəsinə  görə,  habelə  Azərbaycan 



Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən 

şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. 



332- 


Maddo  71.  İnsan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının təminatı 

I.

 



Konstitusiyada  təsbit  edilmiş  insan  və  vətəndaş 

hüquqlarım  və  azadlıqlarını  gözləmək  və  qorumaq 

qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının 

borcudur. 

II.

 

İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının 



həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin 

hüquq  və  azadlıqları  bu  Konstitusiyada  və  qanunlarda 

müəyyən  edilmiş  əsaslarla,  habelə  digərlərinin  hüquq  və 

azadlıqları ilə məhdudlaşır. 

III.

 

Müharibə,  hərbi  vəziyyət  və  fövqəladə  vəziyyət, 



habelə  səfərbərlik  elan  edilərkən  insan  və  vətəndaş 

hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan 

Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə 

qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi 

məhdudlaşdırılan  hüquq  və  azadlıqlar  haqqında  əhaliyə 

qabaqcadan məlumat verilir. 

IV.

 

Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini 



açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə 

bilməz. 


V.

 

Bu  Konstitusiyanın  heç  bir  müddəası  insan  və 



vətəndaş  hüquqlarının  və  azadlıqlarının  ləğvinə  yönəldilmiş 

müddəa kimi təfsir edilə bilməz. 

VI.

 

Azərbaycan  Respublikası  ərazisində  insan  və 



vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. 

VII.


 

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının 

pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. 

-

333

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə