24
Türkiyəsi tərəfindən darmadağın edilərək, bir neçə hissəyə
bölünür.
- Hə, mənə həmin şah haqqında bir tanış coqrafiyaşünas
müəyyən məlumatlar vermişdir. - Alonso təqdiredici tərzdə
dilləndi. – Səhv etmirəmsə, o, cəmisi 37 il ömür sürmüşdü.
- Maraqlıdır, nəyə görə müsəlman aləmində belə aqil və
müdrik hökmdarlar, istedadlı sərkərdələr və fenomenal siyasi
xadimlər yetişir? Halbuki siyasi biliyə, iqtisadi inkişafa görə biz
onlardan üstünük. Bəlkə, onlarda olan mədəniyyət və milli adət-
ənənə buna təkan verir? Mən heç cürə bunu anlaya bilmirəm.
- Üzr istəyirəm sizdən, əlahəzrət. - deyə Alonso təkzib
verməyə cürət etdi. - Müsəlmanlarda aqil və müdrik hökm-
darların olmasına dair məndə böyük şübhə var. Əzəldən
müsəlmanlar düşünmədən bir-birilərinin qanını axıdıblar.
Buna bariz nümunə səlçuq türklərinin ərəb xilafətinə qarşı
aparılan daimi müharibələri, Çingiz xanın Məhəmməd şaha
qarşı, Teymurləngin I Bəyazidə qarşı, Səlimin Yavuzun şah
İsmayıla qarşı apardığı müharibələr bilavasitə xristian
dünyasının xeyrinə olub. Onlar daimi bir-birilərinin qanını
axıtmaqla məşğul olublar.
Lakin buna baxmayaraq, onlar nəhəng imperiyaların yaradıl-
masına nail olublar. Onların qarşısını alan olmasa, müsəlmanlar
bütün dünyaya hakim ola bilərlər. Avropaya yaxın olan Osmanlı
Türkiyəsidir, onlar da ki, daimi Avstriya Habsburqlarına qarşı
25
müharibə aparıblar. Ümumiyyətlə, Avropada Habsburqlar
sülaləsi olmasaydı, indiyə xristian dünyasında müstəqil dövlət
tapmaq mümkün olmayacaqdı. Lepanto (1571) döyüşündə mən
onların dərsini verməsəydim, türklər İtaliyanı da ələ keçirərdilər.
Bizdən başqa bütün Avropa Osmanlı Türkiyəsi ilə müharibə
aparmağa çəkinir. Qorxuram ki, oğlum hakimiyyətə gələndən
sonra müsəlmanların təzyiqinə tab gətirməsin.
- Əlahəzrət, siz İspaniyanın müdrik və qüdrətli hökm-
darısınız. Əminəm ki, oğlunuz da sizin kimi müdrik və
qüdrətlidir. O, vaxt gələcək İspaniyanı lazımi səviyyədə idarə
edəcək. Lakin ilk növbədə İspaniyaya sizin kimi hökmdar
lazımdır. İspaniyanın çiçəklənməsi və inkişafı üçün, ispan
xalqının rifahı naminə Allah sizin ömrünüzü yüz ildən çox
uzatsın. Siz İspaniyanın müqəddəs simvolu sayılırsınız. Xalq
hər an öz kralının arxasınca getməyə hazırdır.
Alonsonun fikrini başa düşmək çətin deyildi. Kral II Filipp
xoşlayırdı ki, həmişə onu tərifləsinlər. Gördüyü işlərə görə daim
ona təşəkkürlərini bildirsinlər. İspaniyanın və onun xalqının
ziyanına gördüyü iş heç vaxt üzə vurulmamalıdır. Əks təqdirdə
həmin adam məhkəməyə laməzhəb və ya cadugar kimi təqdim
olunacaq və cəsarətinə görə o, inkvizisiyanın hökmü ilə
tonqalda yandırılmalıdır. Heç kimin mənsubiyyəti nəzərə
alınmırdı. İstər qrand, idalqo, istərsə də tanınmış yüksək rütbəli
zabit olsun, kralı adi kəlmələrlə təhqir etdiyinə görə sərt
26
üsullarla cəzalandırılmalı idi. Kral ölkədə yaratdığı mütləqiyyəti
bütün vasitələrlə qorumağa çalışırdı. Alonso təcrübəli və
tanınmış sərkərdə olduğuna baxmayaraq, söhbət zamanı burax-
dığı cüzi səhvə görə hər an kralın qəzəbinə düçar ola bilərdi.
Birdən-birə kral başını dik qaldıraraq polkovnikə tərəf
addımladı və düz onun qarşısında dayanıb hökmlə dedi:
- Qulaq as Alonso. Sən Barselonaya qayıdıb yeni ekspedisiya
təşkil etməlisən və vaxt itirmədən Mərkəzi Çili sahillərinə
yollanmalısan. Orayda yaşayan aborigenlərin cinayət əməlləri
məni bərk narahat edir. Sən yeni ekspedisiyaya qardaşının
ekspedisiyasını daxil etməlisən və oradakı aborigenlərin
hamısını sərt üsullarla cəzalandırmalısan. Əgər, onlar əvvəlki
kimi inadkarlıq edərək kəskin müqavimət göstərsələr, onda
onların hamısını qılıncdan keçirməyi sənə həvalə edirəm.
- Sizin göstərişiniz yerinə yetiriləcək. - Alonso itaətlə
dilləndi.
- Həmin ölkəni fəth edəndən sonra səni oranın qubernatoru
təyin edəcəyəm. Orada inzibati orqanlar, idarələr yaradılmalı və
İspaniyanın qayda-qanunları dərhal işlənməlidir. Sən mənim
etimadımı doğrultmalısan.
- Əlahəzrət, əmin ola bilərsiniz, hər şey siz istədiyiniz kimi
olacaq. Tə ki, biz sağ-salamat gedib Yeni Dünya sahillərinin bir
limanına çıxaq. Mən bu məsələni birdəfəlik həll edəcəyəm.
Düşmən öz cəzasına çatacaq.
27
- Sən hər hansı bir ticarət gəmisində yollanmayacaqsan ki,
Yeni Dünya sahillərinə çatmağa şübhən olsun. Okean keçidində
sən Barselona limanında lövbər salmış hərbi gəmilərin hər
birindən istifadə edə bilərsən. Barselona limanının rəisinə lazımi
göstərişlər veriləcək. İşdir, həmin ölkə fəth edilməsə, səndən
bərk narazı olacağam. Mən sənə İspaniyaya qayıtmağı məsləhət
bilmirəm.
Bəli, bu kral tərəfindən söylənilən ciddi xəbərdarlıq idi.
Alonso başa düşdü ki, o, necə bir ağır məngənəyə düşüb.
Məğrur idalqo hökmən məğrur araukanları dizi üstə çökdürməli
və Araukaniyanı qısa müddətə fəth etməli idi. Əks təqdirdə o,
tamamilə kral sarayında hamının gözü qarşısında nüfuzdan düşə
bilərdi. Alonso başını dik tutub qürurla dedi:
- Əlahəzrət, sizin hər bir göstərişinizi canla-başla yerinə
yetirmək mənim mənəvi borcumdur. Araukaniya bir aya fəth
ediləcək.
- Lakin sənin işin bununla tamamlanmır - deyə kralın
qorxunc qığılçımlar ilə yayılan baxışları Alonsonun baxışları ilə
toqquşdu. - Eldorado ölkəsinin axtarışında heç bir müsbət nəticə
əldə edilməyib. Qonsalo Kesadanın və Antonio Berrionun
başçılıq etdikləri ekspedisiyalar həmin ölkənin heç sərhədlərinə
gedib çıxmayıblar. Onların axtarışından tamamilə narazıyam.
Araukaniyanı fəth edəndən sonra sən Eldoradonun axtarışı ilə
məşğul olub, bu məsələyə birdəfəlik son qoymalısan.
Dostları ilə paylaş: |