2
Rəyçi: - Xalq yazıçısı Çingiz Abdullayev
Redaktorlar: - filoloq Nəhayət Nakif qızı
filoloq Balaseyid Dəmircan
Kompüter yğılışı: - Sinay
Kompüter dizaynı: - Sevinc
Ramiz Dəniz. “Müqəddəs missiya”.
Bakı, “MM-S” müəssisəsi, 2014, 544 səh.
ISBN – 978-9952-8264-0-1
Birinci və ikinci cildlərdən məlumdur ki, Mərkəzi Çili
sahillərinə yollanan ekspedisiya iştirakçıları aborigenlərlə
gedən müharibədə məğlubiyyətə uğrayırlar. Ekspedisiyanın
bəzi üzvləri döyüşlərdə həlak olur, bir çoxları isə araukan
hindularına əsir düşürlər. Müharibənin ikinci mərhələsinə
başlamamışdan əvvəl növbəti ekspedisiyanın rəhbərliyi qərara
alır ki, ilk növbədə əsir düşmüş silahdaşlarını əsirlikdən azad
etməlidirlər. Bu müqəddəs missiyanı yerinə yetirməkdən ötrü
16 nəfərdən ibarət olan təcrübəli, bacarıqlı və peşəkar
döyüşçülərdən kəşfiyyat dəstəsi təşkil olunur və həmin dəstə
fərdi üsulda düşmənə qarşı sarsıdıcı zərbələr endirərək, həmin
missiyanın öhdəsindən müvəffəqiyyətlə gələ bilir. Bununla da
Araukaniyada gedən müharibənin ikinci mərhələsi başlanır.
D 4702060103 © R.Dəniz 2014
M 087-2014
4
Ön söz
Azərbaycan ədəbiyyatı yaranmağa başladığı ilk dövrlər-
dən özünün korifey sənətçiləri ilə həmişə zəngin olmuşdur.
Bu sənət adamlarının hər birinin ədəbiyyat tarixində özünə-
məxsus izi olmuş, öz dəsti-xətti ilə seçilmişdir. Bu yaxınlarda
1300 illik yubileyi qeyd olunan “Kitabi-Dədə Qorqud”
dastanından, dünya ədəbiyyat xəzinəsinə ölməz “Xəmsə”sini
bəxş edən Nizamidən, həmçinin Füzuli, Vaqif və bu kimi
sənətçilərin həmişəyaşar əsərlərindən tutmuş bugünkü müasir
soydaşlarımızın da əsərləri, öz ideya-bədii xüsusiyyətləri ilə
seçilən incilər olmuşlar. Bununla yanaşı, Azərbaycan
ədəbiyyatında çoxlu sayda novator sənərkarların da adını
çəkmək olar. Hələ XX əsrin əvvəllərində Cəlil Məmməd-
quluzadə, Mirzə Ələkbər Sabir kimi novatorlar satirik yazıları
ilə şöhrətlənmiş, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov
dram janrını Azərbaycan ədəbiyyatına gətirmiş, Yusif Vəzir
Çəmənzəminli, Məmməd Səid Ordubadi roman janrında ilk
qələm təcrübələrini yaratmışlar. Onların qoyduğu bu ənənə
bütün XX əsr boyu davam etmiş, hətta hal-hazırda da XXI
əsrin – müasirləşmə, kompüterləşmə əsrinin həm ictimai, həm
mədəni, həm məişət, həm də ədəbi həyatımıza daxil olduğu
bir vaxtda da öz dəyərini itirməmişlər.
İndi haqqında söhbət açacağımız Ramiz Əli oğlu Qasımov
(Dəniz) da XX əsrin sonları XXI əsrin əvvəllərində Azər-