419
Əmisi oğlunu yerdən qaldıran Eduard qəzəbini saxlamayıb,
ev yıxanlara xas olan tərzdə dedi:
- Hansısa bir türk mənim Robikin qanını axıdır, sən isə
həmin cinayətkarı müdafiə edirsən?
Həmin an o biri qohumlar da Eduarda dəstək oldular.
- Siz nə qədər şər adamlarsınız. – deyə əsəblərini cilov-
laya bilməyən rus ziyalısı emosional tərzdə dilləndi. –
Yazıq oğlanın barmağı Robertə dəyməmiş, siz hamınız onu
cinayətkar adlandırırsınız.
Tez ol, özünü ayaq ütsə saxlaya bilməyən – o, əli ilə başı
yarılmış Roberti göstərərək – bu alkaşı götürüb mənim
evimdən çıxın. Yoxsa, mən başqa tədbirlərə əl atmalı
olacam.
Onlar nə qədər şər yağdırsalar da, Sergey hərtərəfli
olaraq öz mövqeyində durdu və həyasız adamların evindən
çıxmasına nail oldu.
420
XX fəsil. Ermənilər böhtana əl atsalar da
son nəticədə ədalətlə üzləşirlər
Universitetdəki işlərə başı qarışan Sergey elə zənn edirdi
ki, verdiyi vaxt zamanı ermənilər onun evini boşaldıb, açarı
isə təhvil verəcəklər. O, ağlına belə gətirə bilməzdi ki,
Eduarda ailəsi qarışıq on səkkiz ildən yuxarı hörmət etdiyi
adamların həyasızlığı heç bir əndazəyə sığmayacaq.
Yorğun-ağrın öz iş yerindən evinə qayıdan tarixçi
pedaqoq kabinetində oturub, Eduardın gəlişini gözləməyə
başladı. Yelizaveta da həmin ünsürlərin çıxmasını səbir-
sizliklə gözləyirdi. O, atasına yemək hazırlayıb süfrə başına
dəvət etdi.
Qız atası ilə üzbəüz əyləşib, günorta yeməyini yeyə-yeyə
söhbət etməyə başladı. O, atasının badəsini araqla doldurub
narahat halda dedi:
- Ata, yaxşıdır ki, sən həmin günü evdə idin, yoxsa onlar
heç bir şeyə məhəl qoymadan Nizamini günahkar çıxara-
caqdılar.
- Elə məni dəhşətə gətirən onların həyasızlığı idi.
Onların imkanı olsa, elə məni də şərləyərlər. Yaxşıdır ki, on
səkkiz illik verdiyim çörəyi nəzərə alıb cızıqlarından kənara
çıxmadılar.
421
- Buna baxmayaraq onlardan hər şey gözləmək olar. –
deyə Yelizaveta xəbərdarlıq etdi. – Yaxşıdır ki, biz onlarla
qohum deyilik, yoxsa həmin həyasızları həyətdən çıxarmaq
mümkün olmayacaqdı.
- Məni ən çox yandıran, Eduardın məni uşaq kimi
barmağına dolamasıdır. Başqası olsa, bəlkə də qaldığı müd-
dətə ondan kompensassiya alardı.
- Qorx ki, onlar səndən kompensassiya alsınlar. – deyə
qız gülərək zarafatla dilləndi.
Elə bir az keçmişdi ki, Eduard qaldığı evin həyətindən
səs-küy gəlməyə başladı. Yelizaveta tərəddüd etmədən
pəncərə ağzına getdi və üsünü döndərmədən atasına dedi:
- Eduard yerlilərini başına toplayıbdır. Deyəsən, onlar
mebelləri daşımaq üçün ora gəliblər. Robert də başı sarıqlı
halda oradadır.
Sonra qız yenə də masa arxasına keçib, atası ilə başlanan
söhbəti davam etdirməyə başladı. Heç beş dəqiqə keçmə-
miş evin qapısı döyüldü.
- Görünür, Eduard qaldığı evin açarlarını gətiribdir. –
eylizaveta bu sözləri deyərək, qapıya tərəf yollandı.
Qapı açılanda Sergeyin şəxsən tanıdığı sahə müvəkkili
kapitan İvan Alekseyev içəri daxil oldu. Onun gəlişi tarixçi
pedaqoqda təəccüb hissi yaratdı.
422
- Sergey Vladimiroviç, üzr istəyirəm sizdən, mən şikayət
ərizəsi ilə bura gəlmişəm.
- Hansı şikayət ərizəsi ilə? – deyə çiyinlərini çəkən ev
sahibi daha da təəccübləndi.
- Sizin qonşunuz Eduard Muradyan tərəfindən.
- Bu, nə cəfəngiyyatdır? – Sergey istehza ilə dilləndi.
- Təəssüflər olsun ki, bu cəfəngiyyat deyil. – kapitan
əlindəki qovluqdan bir vərəq çıxarıb ev sahibinə uzatdı.
Sergey vərəqin ilk sətirlərini oxuyanda, - onlar nə
dərəcədə hörmətsiz olarmışlar – deyərək, yerindəcə donub
qaldı.
- Hörmətli müəllim, sizə nə oldu? – deyə kapitan narahat
oldu.
- Eduardgil bu iftiralarla nəyə nail olmağa çalışırlar?
- Deyəsən, geydirmə qaçqınlar bizi də şərləmək
istəyirlər. - deyə Yelizaveta atasının düşdüyü vəziyyətdən
nə baş verdiyini təxmini anlayaraq coşmuş halda dilləndi.
Ondan sonra tarixçi pedaqoq sahə müvəkkilini süfrə
arxasına dəvət edib, çay içə-içə yaranan problemi müzakirə
etməyə başladı. İlk növbədə ev sahibi Eduardın son iyirmi
ildəki tarixçəsini polis əməkdaşına nəql etdi. Sanki kapitan
onları tanıyırmış kimi başını təqdiredici tərzdə tərpədərək
aludəliklə dedi:
Dostları ilə paylaş: |