25
Təxminən bir il əvvəl, noyabrın 24-də yolçuların
dayandığı elə həmin yerdə, Xocavənd-Xankəndi yolunda
ermənilər 3 nəfər azərbaycanlını (biri Qaradağlı kəndindən,
ikisi isə həmin kəndə qonaq gəlmişdi) vəhşicəsinə qətlə
yetirir və onların sinələrinə xaç şəkli çəkirlər.
Enişli-yoxuşlu sahələrdən ibarət olan yaşayış məntəqəsi
demək olar ki, hündür meşəli və çılpaq yüksəkliklərlə əhatə
olunmuşdu. Kənddə hamı bir-birini yaxşı tanıyır və arada
yaranan ixtilaflara baxmayaraq, hələ də mehribançılıqlarını
qoruyub saxlayırdılar. Ona görə ki, halal çörək qazanan,
kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan hər bir
erməni azərbaycanlıları təzyiq altında saxlayan muzdlu
saqqallıların qanunsuz fəaliyyətindən narazı idi.
Qasım baba Böyük Vətən müharibəsinin iştirakçısı kimi
kənd camaatı arasında böyük nüfuza malik idi və
qoyunçuluqla məşğul olmasına baxmayaraq çoxları ondan
lazımi məsləhətlər alırdı, o cümlədən ermənilər də.
Övladlarından aldığı məlumata əsasən o, hiss edirdi ki, rus
hərbçilərinin dəstəyinə arxalanan ermənilər kənddə iğtişaş
törətmək istəyirlər. Müharibə veteranı hələ də anlaya
bilmirdi ki, yaxşı yerlərdə yaşayan, nüfuzlu yerlərdə
işləyən, daim yerli sakinlərin hörməti ilə üzləşən ermənilər
nədən narazıdırlar? Baxmayaraq ki, ermənilər Qarabağın
çox hissəsində terror aktı keçiriblər, bu günə kimi Qara-
26
dağlı kəndinin sakinləri qonşuları ilə sülh və əminamanlıq
şəraitində yaşayırdılar.
Qış fəsli idi, yeni ilin başlanmasına beş gün qalırdı. İşıq
olmadığından bütün kənd qaranlıqda yoxa çıxmışdı. Kimi
şam, kimi isə nöyüt lampası yandıraraq, evlərini işıqlandır-
mağa çalışırdı. Halbuki dağlarda yerləşən erməni kəndləri
elektrik enerjisi ilə təmin olunurdu.
Qasım Əliyevin on bir uşağı – beş oğlu və altı qızı vardı.
Uşaqlardan yalnız biri, o da ki, Əvəz Bakıda işlədiyi yerdən
aldığı yataqxanada qalırdı, qalanları isə Qarabağdan kənara
çıxmamışdılar.
Qasım babanın oğlu Əvəz həkim işlədiyindən o, nə vaxt
kəndə gəlirdisə, bir çox kənd sakinləri müalicə olunmaq
üçün birbaşa ona müraciət edirdilər. İş ondadır ki, o, vaxtilə
bu kənddə işləmiş və hamı onun şəfaverici əl qabiliyyətinə
bələd idi. Elə buna görə də kənd camaatı milliyyətindən
asılı olmayaraq, onun xətrini çox istəyirdi. Bu dəfə də Əvəz
kəndə gələn kimi qonşuluqda olan, uşaqlıqda bir yerdə
böyüyən həmyaşıdı Artur özünü ona çatdıraraq atasının
xəstələndiyini dostuna bildirdi.
Hazırda Qasım babanın evinə bir neçə qonşu qonaq
gəlsə də o, da oğlu ilə birlikdə Arturun atası Albertin
yanına getməyi məsləhət bildi. Çünki müharibə veteranı
özü də xəstə olan zaman Albert onu yoxlamaq üçün demək
27
olar ki, hər gün ağsaqqalın yanında olurdu. Lakin son
məqamda Əvəz qonşunun evinə atası ilə yox, qardaşı İlqar
ilə getməyi qərara aldı. O, bunu onunla əsaslandırırdı ki,
hava qaranlıq olduğundan ətrafda hər şey zülmət
içərisindədir və belə bir havada 81 yaşlı ahıl insan üçün
hərəkət etmək çətin olacaq.
Evdə olan qonaqlardan bir neçəsi vəziyyətdən hali olan
kimi Əvəzə bildirdilər ki, indiki durumda ermənilər
azərbaycanlılara qarşı düşmənçilik mövqeyi bəslədiyindən,
onlara kömək etmək bir çox yerli sakinlərdə ikrah hissi
doğuracaq. Lakin bütün iradlara baxmayaraq o, bir insan
olaraq, tutduğu peşəyə əsasən, kimliyindən asılı olmadan
hər bir xəstəyə kömək etməyə borcludur. Əvəzin fikirincə,
Qarabağda yaranan xaosda Arturun ailəsinin təqsiri
olmadığından, onları təhlükəli şəxslər siyasına salmaq
olmaz. Bundan əlavə, 1988-ci ildəki Sumqayıt hadisələri
zamanı onun yezinəsinin öldürülməsi, qızının isə zorlan-
masından kənd camaatı halı idi. Alberti dəhşətə gətirən o
idi ki, həmin qalmaqalda azərbaycanlıların adı hallansa da,
amansız qətli, məhz ermənilərin özləri həyata keçirmişdilər.
Bu məlumatı başqa yad adamlar yox, onun qızı Janna
bəyan etmişdi. Bir sözlə, erməni ekstremist-quldur dəstə-
lərinin fəaliyyətindən azərbaycanlılar və ya digər millətlər
yox, elə ermənilərin özləri də bezmişdilər.
28
Əvəz həkim çantasını götürüb qardaşı ilə birlikdə birba-
şa xəstə qonşusunun yanına getdi.
Qarayanız, enli sifət, balacaboy, daz başlı, sallaq qarınlı,
55 yaşlı Albert yataq otağındakı çarpayıda uzanıb,
bədənində yaranan ağrılardan arabir zarıyırdı. Bu adam
Qaradağlıda yaşayandan azərbaycanlılarla xoş münasibətdə
idi və həmin əlaqələri indi də saxlayırdı. Sakit həyat tərzi
sürməyi xoşlayan Albertin də buralarda baş verən erməni
təxribatlarına mövqeyi birmənlı deyildi. Onun dörd uşağı –
Artur və Eduard adlı iki oğlu və Janna ilə Klara adında iki
qızı - vardı.
Hava soyuq olduğundan hamı balaca otağa doluşmuşdu.
İçəridəkilərin bəziləri gələnləri salamlayan kimi o biri otağa
keçdilər. Albertin yanında yalnız bir Artur qaldı və həkimin
verəcəyi tapşırığı gözləməyə başladı.
Xəstə sobanın yanında salınmış yataqda hərarət içəri-
sində uzanmışdı. Əvəz onu yoxlayan zaman həmin an dedi
ki, evin sahibi möhkəm soyuqlayıbdır və vəziyyəti ağırlaş-
masın deyə, onu dərhal xəstəxanaya aparmaq lazımdır.
Özündə güc tapan Albert gülümsəyərək qəti olaraq xəstə-
xanaya getməkdən boyun qaçırdı. Çarəsiz qalan həkim vaxt
itirmədən ilkin tibbi yardım göstərməyə başladı. Əvəz iki
dənə iynə vurandan sonra hərarəti salmaq üçün ona müva-
fiq dərmanlar verdi.
Dostları ilə paylaş: |