L A Y İ H Ə L Ə R
______________________________
LAYİHƏ 6.3
İnternetdə Olimpiadanın qızıl medalçıları haqqında informasiyanın
olduğu veb-saytları axtarın. Nəticələr siyahısından sizin fikrinizcə faydalı
informasiyanın ola biləcəyi ən azı iki veb-sayt seçin. Hər bir saytı
qiymətləndirin. Qiymətləndirmə nəticələriniz
barədə bir səhifəlik hesabat
yazın. Saytların URL ünvanını göstərməyi unutmayın.
LAYİHƏ 6.2
1. Sevimli müğənniniz, yaxud musiqi qrupu haqqında məlumat axtarmaq
üçün istədiyiniz axtarış sisteminin ətraflı axtarış imkanından istifadə
edin.
2. Axtarış nəticələri siyahısındakı veb-səhifələrdən
bir neçəsinin ölçüsünü
yoxlayın və ki çik bir saytı (ölçüsü təxminən 50K) mətn faylı kimi yazıb
saxlayın.
3. Axtarış nəticələrində olan bəzi başqa saytlara da keçin və tapdığınız in -
formasiya əsa
sında bir səhifəlik hesabat hazırlayın. Həmin hesabata
veb-səhifədən götürülmüş ən azı bir şəkil, yaxud bir hissə mətn daxil
edin.
4.
Bundan başqa, hesabatda istifadə etdiyiniz axtarış sisteminin adını gös -
tə rin. Həmin axtarış sistemini niyə seçmənizin səbəbini, tapdığınız sayt-
ların sayını və axtarış sahəsini necə daralda bilməniz haqqında fikir-
lərinizi də hesabata daxil edin.
LAYİHƏ 6-1
1. Axtarış sistemində riyazi əməllərdən istifadə etməklə aşağıdakı ax ta rış -
la rı aparın:
A.
Azərbaycandan kənarda olan Baku və Quba adlı yer adları.
B. Rusiyada olan Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətləri.
2. Bul məntiqindən istifadə etməklə eyni mövzular üzrə (1-A, 1-B) axtarış
aparın.
3. Bu iki üsulla alınmış nəticələr arasındakı fərqin təsvir olunduğu qısa
hesabat hazırlayın.
117
T Ə N Q İ D İ B A X I Ş
______________________________
Veb-də araşdırma aparmaq üçün istədiyiniz mövzunu seçin. Mövzunun
mümkün qədər spesifik olmasına çalışın; məsələn, “Olimpiadanın qızıl
medalçıları”, yaxud “Azər bay ca nın milli qoruqları”.
Üç müxtəlif axtarış sistemindən istifadə etməklə informasiya toplayın.
Populyar axtarış sistemləri üçün cədvəl 6.1-ə müraciət edin.
Hər bir axtarış sistemi üçün eyni axtarış texnikalarından (açarsözlərdən,
Bul ope
ra
tor
la
rın
dan, yaxud əlaqəli axtarışlardan) istifadə edin. Hər
axtarış sistemi üçün ayrıca sütun ayır maqla cədvəl yaradın.
Sütunların başlıqlarının altında axtarış sisteminin yerini müəyyən-
ləşdirdiyi ilk 10 saytı sadalayın. Hansı axtarış
sisteminin sizin üçün daha
yaxşı nəticə verdiyini müəyyənləşdirin.
BİRGƏ LAYİHƏ
Bu layihə qruplarla aparılır. Sinif 3-4 nəfərdən ibarət qruplara bölünür.
Layihənin məqsədi müəyyən növ həşərat, onun yaşayışı və davranışı
haqqında informasiya toplamaqdan ibarətdir.
Hər bir qrup hər hansı bir həşərat seçir və İnternetdə axtarış aparmaq üçün
strategiyanı müəyyənləşdirir. Bir vərəqdə axtarış vasitələrinin və
üsullarının siyahısından ibarət forma yaradın.
Oraya istifadə etdiyiniz
axtarış sistemlərinin, yaxud veb-saytların URL ünvanlarını əlavə edin.
Formanın üzünü çıxarıb qrupdakı yoldaşlarınıza da verin və həşərat
haqqında hər biriniz ayrılıqda məlumat toplayın. Sonra yenə də bir yerə
yığışıb, tapdığınız məlumatları müqayisə edin.
Hər bir qrup layihənin
nəticəsini sinif qarşısında təqdim edir.
118