Onu yaxşı tanıyırdım, çəkilişlərində olmuşdum,
kinostudiyada dəfələrlə görüşmüşdüm. Böyük sənətkar
olmasına baxmayaraq, çox sadə insan idi. Adamlarla dil
tapmağı bacarırdı. Onu hamı sevirdi. Səmimiyyəti ona böyük
hörmət qazandırmışdı. Bu yazıda onun haqqında geniş söz
açmaq fikrində deyilik, sadəcə olaraq, ad gününü xatırlamaq
istədik.
Şahmar Ələkbərov 23 avqust
1943 -cü ildə Gəncədə anadan olub.
Atası əslən cəbrayıllı Zülfüqar kişi,
anası kökü Tiflisə bağlı İzulət xanım
idi. 1964-cü ildə Azərbaycan İncəsənət
İnstitutunu bitirib. Hələ III kursda ikən
Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrına işə götürülüb. Teatrda ilk
dəfə Şekspirin "Lope de Veqa" tamaşa-
sında çıxış edib. "Ustalar" tamaşasında
qazandığı uğurdan sonra böyük tama-
şaçı auditoriyasının rəğbətini qazanıb.
Bundan sonra məşhur sənətkar Adil
İsgəndərov onu kinostudiyanın nəzdində
özünün yaratdığı kino aktyorluğu stu-
diyasına dəvət edib. "Azərbaycanfilm"
kinostudiyasında aktyor və rejissor
kimi fəaliyyət göstərib. Təhsilini başa
vurduqdan sonra müəllim-assistent kimi
institutda saxlanılıb.
Şahmar Ələkbərov teleradio
sahəsində də fəal olub. Onun radioda
ilk çıxışı "Ulduz" proqramının aparı-
cısı kimi olub. Bundan başqa onlarca
televiziya tamaşasında yaddaqalan
obrazlar yaradıb. "Molla Nəsrəddin"
radio verilişinin aparıcısı olub. Bir çox
filmlərin dublyajında iştirak edib. Xalq
artisti, Dövlət Mükafatı laureatı Şahmar
Ələkbərov 1992-ci ilin sonunda vəfat
edib. Bu, onun qısa tərcümeyi-halıdır.
"Dağlarda döyüş"dən başlamışdı
onun ilk aktyor karyerası. İncəsənət
İnstitutunu təzəcə bitirsə də, kinoya
hədsiz həvəsi onu studiyaya gətirmişdi.
Həm də bu institutda Rza Təhmasibin
kursunda təhsil almışdı. Bu, o demək idi
ki, Şahmar müəllim artıq püxtələşmiş
bir aktyor idi və elə "Dağlarda
döyüş"dəki debütündə də bu aydın görü-
nürdü. 1967-ci ildə bu filmə kinorejissor
Kamil Rüstəmbəyov quruluş vermişdi.
Mərhum yazıçı-jurnalist Əhmədağa
Qurbanov özünün "Tikanlı məftillər"
povesti əsasında ssenarini yazmışdı.
Şahmar Ələkbərovun da qəhrəmanı
sərhəd qoşunlarında xidmət edən sıravi
əsgərdir. Maraqlı macəra süjeti var
filmin. Sərhədi keçən bir nəfərin izinə
düşən Fərrux böyük çətinliklərdən
sonra onu yaxalayır və məlum olur ki,
bu onun bir vaxtlar müharibə dövrü
Vətəndən qaçaq düşmüş öz atasıdır. İlk
rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı
Şahmarın taleyində uğurlu alınmışdı və
onun qəhrəmanı Fərruxun bütün xarak-
terik cizgiləri məhz aktyor məharətinin
nəticəsi olaraq rəssam dəqiqliyi ilə
yaradılmışdı. Bəli, sərhədçi obrazı ilə
onun yaradıcılıq məkanının sərhədi
başladı. Və bu sərhəd onun rejissor kimi
tamamladığı "Qəzəlxan" filminə qədər
uzun və kəşməkəşli bir yol keçdi.
Şahmar Ələkbərovun yaradıcı-
lıq bioqrafiyasında elə filmlər var ki,
onlar milli-mənəvi dəyərlərimizin
ən qiymətli nümunələri sırasındadır.
Bunun səbəbi isə bu filmlərin milli-
mənəvi dəyərlərimizə söykənərək
tariximizin müəyyən dövrünün real
ab-havasını canlı əks etdirməsidir.
Şahmar müəllimin yaradıcılığında
Məzahirin özünəməxsus yeri var. "Mən
ki, gözəl deyildim" filminin qəhrəmanı,
sadə, səmimi gənc Məzahirin obrazı elə
bil Şahmar Ələkbərovun xarakterinə
biçilmişdi. Aktyor heç bir improvizəyə
yol vermədən, bu sadə sürücünün
bütün daxili dünyasını, ətrafdakılara
münasibətini çox canlı ştrixlərlə
tamaşaçılara çatdırır. Müharibənin
ağır günlərində uzaq dağ kəndlərindən
birində baş verən hadisələri əks etdirən
bu lirik-dramatik filmin qəhrəmanları
arasında nikbin xarakteri ilə seçilən
Məzahirin öz yeri var. Məzahir kino-
muzda yeni bir obraz idi. Bu sürücü oğ-
lanın nikbin ruhu filmin faciəvi yükünü
xeyli azaldır. O, həmişə gülür, zarafat
edir, sanki insanların qəlbinə çökmüş
müharibə ağrılarını dəf etmək istəyir.
Məzahirin sevgisində də bir səmimiyyət
var.
Filmi rejissor Tofiq Tağızadə
çəkmişdi. Ümumiyyətlə, Şahmar
Ələkbərov Tofiq müəllimin filmlərində
çox az çəkilmişdir. "Qızıl qaz" və bir də
"Mən ki, gözəl deyildim". Hər ikisində
də çox maraqlı obrazlar yaratmışdır.
Ümumiyyətlə, 20 illik yaradıcılığı
dövründə Şahmar müəllim müxtəlif
rejissorlarla işləmişdi. Bütün bu yara-
dıcı "ittifaqlar" çox uğurlu alınmışdı.
Bunlar haqqında o öz "Xatirələrim"
adlı yazısında çox gözəl açıqlamalar
vermişdi. Mən həmin bioqrafik yazı ilə
tanış idim. Lakin ömür bu yazıları kitab
halında çap etməyə ona imkan vermədi.
Orada hər şey var idi. O, təkcə Şahmar
Ələkbərovun tərcümeyi-halı deyil,
bütövlükdə kinomuzun 20 illik dövrü-
nün canlı salnaməsi idi.
Mən Şahmar müəllim haqqında
"Kino" qəzetinin xüsusi buraxılışını
hazırlamışdım. 1994-cü ildə nəşr olunan
həmin buraxılışda onun haqqında çox
şeylərdən söhbət gedirdi və "Yed-
di oğul istərəm" filminin yaranması
prosesi ilə bağlı həmin xatirələrdən
bir hissəni də orada dərc etmişdim.
Həmin xatirələri oxuduqca hiss edirsən
ki, Şahmar Ələkbərov bu sənəti, bu
xalqı, bu milləti necə sevirmiş. Bəlkə
elə onun rollarına hopmuş şirinlik də
bu sevgidən irəli gəlib. Onun rolla-
rını xatırlayıram: Qəzənfər ("Yeddi
oğul istərəm"), Oğul ("İntizar"), İman
("Axırıncı aşırım"), Arif ("Həyat bizi
sınayır"), Rizvan ("Qızıl qaz"), oğlan-
lardan biri ("Bizim küçənin oğlanları"),
Azad ("Bakıda küləklər əsir"), Qatır
Məmməd ("Gəncəbasarlı qisasçı"),
Feyzi ("Firəngiz"), Gündüz Kərimli
("Arxadan vurulan zərbə"), Cavidan
("Babək"), Nuru ("Qəribə adam"), Tahir
("Gözlə məni"), Xaliq ("Qocalar, qo-
calar..."), Cümşüd ("Avqust gələndə"),
İbrahim ("Atları yəhərləyin") kimi
obrazlar bir-birindən fərqli, xarakter
və dünyagörüşcə müxtəlif insanlar-
dır. Ancaq onları birləşdirən Şahmar
Ələkbərovun aktyor istedadı, gözəl
ifa tərzi və bir də sənətinə olan hədsiz
məhəbbətidir.
Şahmar müəllim kinoda rejissor
kimi də sözünü demək istəyirdi. De-
yirdi ki, bir dəfə studiyanın direktoru
Adil İsgəndərovun yanına bir ssenari
apardım. Dedim ki, Adil müəllim, film
çəkmək istəyirəm. Nə cavab versə yax-
şıdır: "Sənin nə gözəl kostyumun var".
Yaxınlaşıb əlini kostyumun parçasına
sürtərək, "Gözəl materialı var, birini də
mənə tikdirək" – dedi. Bildim ki, məsələ
artıq həll olundu və o gediş bir müddət
rejissorluq barədə düşünmədim.
Amma sərbəst film çəkmək ar-
zusu onu rahat buraxmırdı. Bir az da
xəstələnmişdi. Səhhətində baş verən
problemlər ona aktyor kimi işləmək
imkanı vermirdi. Beləliklə, o, rejissor
kimi işləməyə qərar verdi və ilk dəfə
Gülbəniz Əzimzadə ilə birgə "İmtahan"
filmini çəkdi. Bu ictimai motivli filmdə
Şahmar müəllim çox böyük həvəslə
işləmişdi. Hər şey ona tanış idi. Kamera
da, operator işi də, dekorasiyaların
qurulması da, aktyor oyunları da ki, öz
peşəsi idi. Amma, narahatlığı var idi.
Ssenarini Anar özünün "Şəhərin yay
günləri" povesti əsasında yazmışdı.
Amma, Gülbəniz xanımla elə rahat
işləyirdi ki, elə bil, uzun illər rejissorluq
etmişdi. Film ekranlara çıxanda artıq
bütün təşvişlərə son qoyuldu. Ssenari
müəllifi də, Gülbəniz xanım da, tamaşa-
çılar da filmdən razı qalmışdılar. Şahmar
Ələkbərova da bu lazım idi.
Sonra isə Elçin özünün "Toyuğun
diri qalması" povesti əsasında ssena-
risini yazdığı "Sahilsiz gecə"ni çəkdi.
Bu isə 1989-cu il idi. O vaxt Şahmar
müəllimə dəhşətli xəstəlik əzab versə
də, işləyirdi. Filmi çox az müddətə
çəkdi. Amma, film hazır olanda çox
ciddi etirazla qarşılandı. Səbəb isə
müharibə dövründə qadınların həyatında
bəzi məqamların göstərilməsi idi. O
vaxtı mən də yaxşı xatırlayıram. Studi-
yanın qarşısına toplanan qadınlar piket
keçirir, filmi ləğv etdirmək istəyirdilər.
Amma Şahmar müəllim onlarla elə
gözəl dil tapdı ki, hər şey çox rahatlıqla
sona yetdi.
Filmdə çox ciddi ictimai motivlər
var. Bəli, müharibə hər bir vəziyyətdə
insanlara faciələr gətirir. Ailələri başsız
qoyur, taleləri bədbəxt edir. Elə filmin
qəhrəmanı Zibeydə kimi. Rejissor bu
obraz üçün Türkmənistandan Oğludur-
du Məmmədquliyevanı dəvət etmişdi.
Şahmarın ilk sərbəst işi idi "Sahilsiz
gecə". Hər kadrına diqqətlə yanaşırdı.
Montajda da ehtiyatlılıq göstərirdi.
Xoşbəxtlikdən hər şey uğurlu alındı və
film geniş rezonans doğurdu.
Amma, Şahmar müəllim ürəyincə
sevinə bilmədi. Xəstə idi. Çənə
sümüyündə cərrahiyyə əməliyyatı
aparılmalı idi. "Sahilsiz gecə"nin xoş
təəssüratları onun ağrılı cisminə bir yün-
güllük gətirsə də, bunlar da ötəri oldu.
Cərrahiyyə əməliyyatı üçün Almaniyaya
gedəsi oldu.
Yaxşı idi. Çoxdan qəlbində
gəzdirdiyi bir arzunu reallaşdırmaq
istəyirdi. Bu məşhur qəzəlxan Vahidin
ekran obrazını yaratmaqdan ibarət idi.
Və günlərin birində eşitdik ki, Şah-
mar Ələkbərov öz ssenarisi əsasında
"Qəzəlxan"ı çəkməyə başlayıb. 1990-cı
il idi. O, xəstə vəziyyətdə işləyirdi. Baş
rola gənc aktyor Loğman Kərimovu
dəvət etmişdi. Çəkilişlər dayanmadan
gedir, hər şey öz qaydasında idi. Film
qurtaranda məlum oldu ki, material çox-
dur. Şahmar müəllim filmi iki hissədə
çəkməyi qərara aldı.
1991-ci ildə isə film ekranlara çıxdı.
"Qəzəlxan" Azərbaycanın görkəmli şairi
Vahidin həyat və yaradıcılığının müxtəlif
anlarını canlandırır. Burada Bakı
kəndlərinin adət-ənənələri, XX əsr ədəbi
mühiti çox real əks olunmuşdu. Əfsus
ki, Şahmar Ələkbərov filmin ekran tale-
yini izləyə bilmədi. Amansız ölüm onu
aramızdan apardı. 1992-ci ildə Şahmar
Ələkbərovun ömrü əbədiyyətə qovuşdu.
Çox idi arzuları. Bir ssenari yazmışdı.
Özü çəkmək istəyirdi onu. Məşhur
Bakı milyoneri Ağamusa Nağıyevə həsr
etmişdi. Doğrudur, ölümündən sonra bu
ssenari çəkildi. Rejissor Rövşən Almura-
dov çəkdi bu filmi. Özü də 1995-ci ildə.
Vəssəlam. Bu da aktyor və rejissor
kimi xalqın sevimlisinə çevrilmiş
Şahmar Ələkbərovun yaradıcılıq yolu-
nun yekunu. Bəli, illər keçəcək, nəsillər
dəyişəcək. Bu qəhrəmanlar, bu filmlər
gözəl bir sənətçinin, istedadlı bir insanın
xatirəsini nəsillərdən-nəsillərə ötürəcək.
Biz Şahmar müəllimin növbəti ad
gününü onsuz qeyd edirik. Lakin onun
özü olmasa da yaratdığı qəhrəmanlar və
çəkdiyi filmlər bizimlədir.
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"
25 avqust 2016-cı il, cümə axşamı
7
BILDIRIŞ
"Azərsu" ASC-nin maşın mexanizmləri üçün avtomobil
şinləri, akkumulyator batareyaları, mühərrik və digər sürtkü
yağlarının, süzgəc və digər ehtiyat hissələrinin satınalın-
ması ilə əlaqədar 2016-cı il iyunun 24-də keçirilmiş açıq
tender prosedurunda lot- 1 (avtoşinlər) üzrə "Grand Motors"
MMC qalib elan edilmiş və bu təşkilatla müvafiq satınalma
müqaviləsi bağlanılmışdır.
Tender komissiyası
BILDIRIŞ
"Azərsu" ASC-nin maşın mexanizmləri üçün avtomobil
şinləri, akkumulyator batareyaları, mühərrik və digər sürtkü
yağlarının, süzgəc və digər ehtiyat hissələrinin satınalınması
ilə əlaqədar 2016-cı il iyunun 24-də keçirilmiş açıq tender
prosedurunda lot- 3 (akkumulyator batareyaları) üzrə "Grand
Motors" MMC qalib elan edilmiş və bu təşkilatla müvafiq
satınalma müqaviləsi bağlanılmışdır.
Tender komissiyası
BILDIRIŞ
"Azərsu" ASC-nin maşın mexanizmləri üçün avtomobil
şinləri, akkumulyator batareyaları, mühərrik və digər sürtkü
yağlarının, süzgəc və digər ehtiyat hissələrinin satınalın-
ması ilə əlaqədar 2016-cı il iyunun 24-də keçirilmiş açıq
tender prosedurunda lot- 4 (süzgəclər) üzrə "Grand Motors"
MMC qalib elan edilmiş və bu təşkilatla müvafiq satınalma
müqaviləsi bağlanılmışdır.
Tender komissiyası
BILDIRIŞ
"Azərsu" ASC-nin maşın mexanizmləri üçün avtomobil
şinləri, akkumulyator batareyaları, mühərrik və digər sürtkü
yağlarının, süzgəc və digər ehtiyat hissələrinin satınalın-
ması ilə əlaqədar 2016-cı il iyunun 24-də keçirilmiş açıq
tender prosedurunda lot- 5 (əyləc qəlibləri) üzrə "Hidro
Park" MMC qalib elan edilmiş və bu təşkilatla müvafiq
satınalma müqaviləsi bağlanılmışdır.
Tender komissiyası
Şəki Şəhər Icra Hakimiyyəti 2016-cı ildə Şəki şəhərində aparılacaq
abadlıq-quruculuq işlərinin satınalınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir:
Lot - 1 - Abadlıq - quruculuq işlərinin
satınalınması.
Lot - 2 - Yolların əsaslı təmiri
işlərinin satınalınması.
Tikinti işləri ilin sonunadək yerinə
yetirilib başa çatdırılmalıdır.
Tenderdə iştirak etmək üçün id-
diaçılar hər lot üçün 50 (əlli) manat
məbləğində pul vəsaitini aşağıdakı hesa-
ba köçürdükdən sonra əsas şərtlər toplu-
sunu tender komissiyasından ala bilərlər.
Tenderin əsas şərtlər toplusu Azərbaycan
dilində hazırlanır.
Təşkilat: Şəki Y.X.O
Hesab:AZ03AI
IB32051019447000201170
VÖEN:3000104011
VÖEN:3000072051-İcra
Hakimiyyəti
Bank: "Kapital Bank"ın Şəki
filialı
Kod: 200703
VÖEN:9900003611
Müxbir hesab: AZ 37 NABZ
01350100000000001944
S.W.İ.F.T.BİK-AIIBAZ2x
İştirak haqqı heç bir halda geri qay-
tarılmır.
Tender təkliflərinin
qiymətləndirilməsində aşağıdakı me-
yarlara üstünlük veriləcəkdir: mövcud
qanunvericiliyə uyğun olaraq ən sərfəli
tender təklifinə, yüksək keyfiyyətə, ana-
loji işlər üzrə təcrübəyə, kadr potensialı-
na, maliyyə və texniki imkanlara.
İddiaçılar tenderdə iştirak etmək üçün
19 sentyabr 2016-cı il saat 17.00-a qədər
aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı
müraciət;
- iştirak haqqının ödənilməsi barədə
bank sənədi;
- Azərbaycan Respublikasında
vergilərə və digər icbari ödənişlərə
dair yerinə yetirilməsi vaxtı keçmiş
öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki maliyyə
vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti
haqqında vergi orqanları tərəfindən
təsdiq olunmuş maliyyə hesabatının
surəti (forma-1 və forma-2);
- iddiaçının tam adı, hüquqi statusu,
nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
və rekvizitləri;
- analoji işlərdə təcrübəsi, iddiaçı-
nın potensial texniki və kadr imkanları
haqqında rəsmi məlumat;
- iddiaçıların tender təklifləri
Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifi 2 nüsxədə (əsli və
surəti) tender təklifi dəyərinin 1%-i
həcmində bank təminatı ilə birlikdə 26
sentyabr 2016-cı il saat 17.00-a qədər
ikiqat zərfdə bağlanmış və möhürlənmiş
şəkildə Şəki Şəhər İcra Hakimiyyətinə
(1-ci mərtəbə, 1-ci otaq) təqdim
edilməlidir.
Tender təklifi tender proseduru
keçirildiyi tarixdən ən azı 30 bank günü
qüvvədə olmalıdır.
Tender təklifinin dəyərinin 1%-i
həcmində bank təminatı tender prose-
duru keçirildiyi tarixdən ən azı 60 bank
günü qüvvədə olmaqla tender təklifi ilə
birlikdə təqdim olunur. Bank təminatını
tender təklifi zərfində təqdim etməyən
iddiaçının tender təklifi etibarsız sayılır
və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların tender zərfləri 27 sent-
yabr 2016-cı il saat 11.00-da Şəki Şəhər
İcra Hakimiyyətində (3-cü mərtəbə, 1-ci
otaq) açılacaqdır.
İddiaçıların səlahiyyətli
nümayəndələri iştirak edə bilərlər.
Tender haqqında məlumatları aşağı-
dakı ünvandan almaq olar:
Şəki Şəhər İcra Hakimiyyətinin ten-
der komissiyası.
Əlaqələndirici şəxs:
Alxasov Taleh Saleh oğlu
Əlaqə telefonu: 02424-4-28-70
Tender komissiyası
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinin
kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi
AÇIQ TENDER ELAN EDİR
Lot- 1. Kommunal xidmət, təmir və
dənizkənarı bulvar ərazisinin mühafizəsi
müəssisəsi işçilərininin uniforma ilə təmin
edilməsi üçün xüsusi geyimlərin satınalın-
ması.
Tender iştirakçılarına təklif edilir ki, öz
tender təkliflərini möhürlənmiş, imzalanmış
şəkildə, ikiqat zərflərdə yazılı surətdə təqdim
etsinlər. Müqaviləni yerinə yetirmək üçün
tender iştirakçıları lazımi texniki və maliyyə
imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün
aşağıdakı məbləğdə iştirak haqqını göstərilən
hesaba köçürdükdən sonra Azərbaycan dilində
tərtib olunmuş əsas şərtlər toplusunu Bakı
şəhəri, Neftçilər prospekti 2A, kommunal
xidmət, təmir və dənizkənarı bulvar ərazisinin
mühafizəsi müəssisəsindən( əlaqələndirici
şəxs- S.Əliyeva, tel: 012 - 505- 02- 17) ala
bilərlər.
İştirak haqqı: 500 (beş yüz) manatdır.
Bankın adı: "Kapital Bank"ın Gənclik
filialı
Kod: 200189
VÖEN: 9900003611
M/h: AZ 37 NABZ
01350100000000001944
SWİFT BİK: AIIBAZ2X
Təşkilat: AR DBİ KXT DBƏMM
H/h: AZ 95 AIIB38090019440062628118
VÖEN: 1701243801
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün
aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı
müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi
barədə bank sənədi;
- tender təklifi (təkliflərin açıldılğı tarixdən
sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 2%- i
həcmində bank təminatı (zərflərin açıldığı
tarixdən sonra ən azı 60 bank günü qüvvədə
olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə
və digər icbari ödənişlərə dair yerinə
yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması
haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti
haqqında vergi orqanları tərəfindən təsdiq
olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti
haqqında bank arayışı;
- müvafiq texnikanın işlək vəziyyətdə
mövcudluğu, işçi qüvvəsinin olması, 2- 3 oxşar
tikililərin inşa edilməsi sahəsində təcrübəsinin
olması;
- iddiaçının tam adı,hüquqi statusu,
nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və
rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə
və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə
(əsli və surəti) tərtib olunmalıdır(xarici
dildə olan tender təklifləri Azərbaycan dilinə
tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları
haqqında" Azərbaycan Respublikasının Qanu-
nuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün
yuxarıda göstərilən sənədləri(tender təklifi və
bank zəmanəti istisna olmaqla) 28 sentyabr
2016- cı il saat 17.00- dək, tender təklifi
və bank təminatını isə möhürlənmiş ikiqat
zərflərdə 6 oktyabr 2016- cı il saat 17.00- dək
Bakı şəhəri, Neftçilər prospekti 2A nömrəli
ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan
zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 7 oktyabr 2016- cı il,
saat 12.00- da Bakı şəhəri, Neftçilər prospekti
2A nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri
iştirak edə biləırlər.
Tender komissiyası
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası
Tabeliyindəki Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin
2016-cı il iyulun 22-si və avqustun 8-də
5 lot üzrə dərc edilmiş tenderinin ilkin
sənədlərinin qəbulu 8 sentyabr 2016-cı il,
təkliflərin son təqdimat tarixi 15 sentyabr
2016-cı il və zərflərin açılışı isə 16 sentyabr
2016-cı il tarixə qədər uzadılmışdır.
Əlaqələndirici şəxs: Əmrah Abbasov,
əlaqə telefonu: (+994 12) 564 34 60
Xatirəsi həmişə ürəklərdə yaşayacaq
Almaniyanın Tangerhütte
şəhərində Xocalı abidəsinin
ucaldılması təklif olunub
Almaniyanın Maqdeburq şəhərində
fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin
sədri Yaşar Niftəliyev Tangerhütte şəhər
rəhbərliyinin binasında yerli deputatların
toplantısında iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda
deyilir ki, şəhərin və əyalətin problemlərinə həsr olunmuş iclasda
çıxış edən Yaşar Niftəliyev toplantı iştirakçılarına Azərbaycan
həqiqətləri – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,
Xocalı soyqrımı haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri
daha sonra Tangerhütte şəhərində Xocalı soyqırımı qurbanlarının
xatirəsinə abidə ucaldılması təklifini irəli sürüb. Şəhər rəhbərliyi və
parlament üzvləri Xocalı soyqırımına abidə qoyulması məsələsinin
növbəti toplantılarda geniş müzakirə ediləcəyini bildiriblər.
İclasın sonunda cəmiyyət sədri Azərbaycan həqiqətlərinə həsr
olunmuş materialları, o cümlədən, alman yazıçı-publisisti Yohan-
nes Raunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
barədə yazdığı kitabı iştirakçılara təqdim edib.
Qeyd edək ki, 6 ildir fəaliyyət göstərən Alman-Azərbaycan
Mədəniyyət Cəmiyyəti əyalətdəki Xarici Vətəndaşlar İttifaqına üzv
seçilərək, ölkəmizin təbliği istiqamətində bir sıra uğurlu layihələrə
imza atıb. Bunların sırasında ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq boks turniri, Xocalı
faciəsinə həsr olunmuş kikboksinq yarışı və digər əhəmiyyətli
tədbirlər var.
Samirə ƏLIYEVA, “Xalq qəzeti”
Cozef Danford:
Rusiya
NATO-nu sarsıtmağa çalışır
Rusiya NATO-da olan vəhdəti
sarsıtmağa çalışır. APA-nın “RIA Novosti”yə
istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı
Qüvvələri Qərargah Rəisləri Komitəsinin
rəhbəri, general Cozef Danford bildirib.
Pentaqonun
mətbuat xidmətinin
məlumatına görə,
Danford Milli
Müdafiə Universi-
tetinin tələbələri ilə
görüşündə Rusi-
yanın Krımdakı
addımlarından,
həmçinin, Mosk-
vanın Gürcüstan
və Moldovaya
təhdidlərindən və Suriya hökumətinə dəstəyindən narahatlıq
keçirdiyini bildirib.
“Rusiya NATO-nu sarsıtmağa çalışır. Rusiya, Çin, İran,
KXDR və ekstremizm ABŞ-ın təhlükəsizliyinə əsas təhlükədir”,
- deyə general bildirib.