=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 81
vəya Qızılbaşların Təkəli tayfasının adını əks etdirir. Qədim
məzarlığında at, qoç abidələri indi də durur. Əhalisi: 1870’də
13 ailədə 87 nəfər; 1926’da 150 ailədə 495 nəfər; 2002’də
1682 nəfər. Məktəbin tarixi 1924-cü ildən başlanır, orta
məktəb (2005’də 347 şagird, 43 müəllim) var. Məşhurları: şair
Bağır, məşhur sərkərdələr nəsli Yadigaroğlular, o cümlədən
İsrafil bəy Yadigarov, Həsən bəy Yadigarov, polis polkovniki
Adil Cəfərov, aşıqlar Mustafa, Əlyar, Ramin İsmixanoğlu vb.
TƏZƏKƏND kəndi (Görarxı Təzəkəndi). – Görarxı elatına
daxildir. Alget çayının sahilində, rayon mərkəzindən 5 km
cənub-şərqdə, dəniz səviyəsindən 340 m yüksəklikdə. Əhalisi:
2002’də 629 ailədə 2230 nəfər. Məktəb 1934-cü ildə yaradılıb,
indi orta məktəb (2005’də 412 şagird, 34 müəllim) qəhrəman
Əmrah Aslanovun adını daşıyır. Məşhurları: aşıq Əli, müharibə
qəhrəmanı, "Şöhrət" ordeninin hər üç dərəcəsinə layiq
görülmüş Əmrah Aslanov, el ağsaqqalları Keçəloğlu Namaz,
Ziyadxan Gərəkov, Bədirxan Gərəkov, veteran müəllimlər
Abbas Kərimov, Məhəmməd Allahverdiyev, Hümbət Mehdiyev,
əmək veteranları Rəhim Budaqov, Allahverdi Allahverdiyev,
ictimaiyətçilər Avtandil Gərəkov, Namaz Gərəkov, Akif
Kərimov vb.
ULAŞLI kəndi – Dəvədöy çayının sahilində, rayon
mərkəzindən 26 km güneydə, dəniz səviyəsindən 360 m
yüksəklikdə. Toponimin Volqaboyu bulqarlardakı Hulaş adı,
xəzərlərdəki Kulas, Ulaş tayfaları, Anadolu yarımadasında
yaşamış Ulaş qolu, qıpçaqlardakı Arpalı tayfasına mənsub
Ulaşlı qoluyla ilgəkləri ehtimalları var. 19-cu yüzilin əvvəlində
Urmiyə gölü qıraqlarına köçən qarapapaqlar arasında Ulaşlı
elinin sakinləri də olmuşdu. Əhalisi: 1870’də 22 ailədə 148
nəfər; 1926’da 70 ailədə 258 nəfər; 2002’də 859 nəfər (432
kişi, 427 qadın). Məktəbin tarixi 1925-ci ildən başlanır,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 82
Tanrıverdi Abdalov adına təməl məktəb (2006’da 119 şagird,
21 müəllim) fəaliyətdədir. Məşhurları: məşhur şair Dollu
Əbuzər, aşıq Sədi Ulaşlı, şair Zülfüqar Ulaşlı vb.
YENİKƏND (QAYAQOCALI) kəndi – Borçalı çökəyində,
rayon mərkəzindən 27 km güneydə, dəniz səviyəsindən 335
m yüksəklikdə. Əsl adı Qayaqocalıdır. Əhalisi: 1886-cı ildə 10
ailədə 34 nəfər; 1926’da 20 ailədə 99 nəfər; 2002’də 492
nəfər. Məşhurları: aşıq Məsim Yadigarov, Əfqan Şamilov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 83
TETRİCĞARO RAYONUNDA – Ölkənin cənub-şərq
səmtində, Tbilisidən 57 km aralıdadır. Əzəl adı Ağbulaqdır,
1940-cı ildə Tetricğaro adıyla əvəz-
lənib (Tetricğaro Ağbulaq anlamını
verir).
1929-cu
ilədək
Borçalı
qəzasına daxil olmuş, 1929’dan
rayon statusu almışdı. Ərazisi:
1174,4 kv.km. Əhalisi: 2002’də
25354 nəfər; bundan azərbaycanlı: 1641 nəfər (6,5%).
GÖHNAR (Qoxnar) kəndi – Dəniz səviyəsindən 1620 m
yüksəkdə. Gürcülərlə yanaşı, az sayda azərbaycanlılar da
yaşamışlar. Azərbaycanlı əhalisi: 1926’da 40 nəfər, 1979-cu
ildə 26 nəfər.
NARİLNAR (NƏBİLLƏR) kəndi –Gürcülərlə yanaşı,
azərbaycanlılar da yaşayıblar.
KOSALAR kəndi – Xram çayının sağ sahilində, rayon
mərkəzindən 14 km cənub-şərqdə, dəniz səviyəsindən 650 m
yüksəkdə. Qaynaqlarda Qarakənd-Kosalar şəklində də rast
gəlinir. Əhalisi: 1886-cı ildə 250 nəfər; 1926’da 572 nəfər;
2002’də 1056 nəfər. Məktəb 1925-ci ildə yaradılıb, təməl
məktəb var. Məşhurları: əmək qəhrəmanı Güllü Əliyeva, elm
adamları Murtuz Qacarlı, Roza Bayramova, Dövlət Mükafatı
laureatı Bədirxan Musayev, Məmməd Qocayev, Qasım
Məmmədov, İsa Musayev, Mahal Qacarlı (Şirinov), Vilayət
Qacarlı, Ramiz Qacarov, polkovnik Elbrus Anazarov, veteran
müəllimlər Hüseynqulu Orucov, Hasanalı Orucov, Təhməz Qa-
carov, Dursun Musayev, xeyriyəçi Vaqif Məmişov vb. Mahal
Qacarın "Borçalı mahalı və Qarakənd–Kosalar eli" adlı kitabı
nəşr edilib.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 84
ŞIXLI kəndi – Xram çayının sağ sahilində, rayon
mərkəzindən 13 km cənub-şərqdə, dəniz səviyəsindən 680 m
yüksəklikdə. Bir adı da Qəmərlidir. Əhalisi: 1926’da 249 nəfər;
2002’də 193 nəfər. Elementar məktəb (20 şagird)
fəaliyətdədir. Məşhurları: artilleriya general-mayoru Hacırəhim
Məmmədov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 85
ZALQA RAYONUNDA – Ölkənin cənub-şərq səmtində,
Tbilisidən 94 km. 1929-cu ilədək
Borçalı qəzasına daxil olmuş, 1929’-
dan rayon statusu almışdı. 1932-ci
il 22 dekabra qədər Barmaqsız-
Zalqa adlanıb. Ərazisi: 1050,6 kv.
km. Əhalisi: 1989-cu ildə 39.600
nəfər, 2002’də 20888 nəfər. 1979-cu ildə 2231 nəfər (4,5%),
1989-cu ildə 2281 nəfər (5,1%), 2002’də 1992 nəfər (9,5%)
azərbaycanlı yaşayıb. 1 şəhər, 2 qəsəbə, 43 kənd var,
bunlardan soydaşlarımız məskunlaşan Tecis, Culuxlu, Çölyan,
Qızılhacılı, Ərcivan-Sarvan, Gödəklər, Minasazkənd kəndləri
ümumilikdə el arasında Dağ Sarvan adlanır. Rayonda 2006-cı
ildə 3 azərbaycan məktəbində 241 şagird, 37 müəllim olub.
ƏRCİVAN-SARVAN kəndi – Ərcivan dağ silsiləsinin gü-
neyində, rayon mərkəzindən 15 km aralıda, dəniz səviyyə-
sindən 1730 m yüksəklikdə. Aran-Sarvanından köçüblər.
Əhalisi: 1870’də 749 nəfər; 1918’də 796 nəfər; 1926’da 151
ailədə 760 nəfər; 2002’də 248 ailədə 931 nəfər. Məscid var.
İlk məktəb 1924-də yaradılıb, indi təməl məktəb (103 şagird)
fəaliyətdədir. Məşhurları: el ağsaqqalı Hümbət, aşıqlar Eyub,
Dəllək Paşa (Dəlivəlli), Əhməd Daşdəmiroğlu, şairlər Mustafa
Bədirov, Murtuz Ərcivanlı, ictimaiyətçilər Bafat İbrahimov,
Ələddin Danaçıyev, polkovnik Mehdi Təhmurazov vb.
QIZILHACILI-ÇÖLYAN kəndi – Trialet (Ərcivan)
dağlarının güney ətəyində, rayon mərkəzindən 20 km aralıda.
19-cu əsrdə Aran-Qızılhacılısından köçüblər. Əhalisi: 1870’də
36 ailədə 212 nəfər; 2002’də 99 ailədə 357 nəfər. İlk məktəb
1924-cü ildə yaradılıb.
Dostları ilə paylaş: |