 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   21   22   23   24   25   26   27   28   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 81 

vəya  Qızılbaşların  Təkəli  tayfasının  adını  əks  etdirir.  Qədim 

məzarlığında  at,  qoç  abidələri  indi  də  durur.  Əhalisi:  1870’də 

13  ailədə  87  nəfər;  1926’da  150  ailədə  495  nəfər;  2002’də 

1682  nəfər.  Məktəbin  tarixi  1924-cü  ildən  başlanır,  orta 

məktəb (2005’də 347 şagird, 43 müəllim) var. Məşhurları: şair 

Bağır,  məşhur  sərkərdələr  nəsli  Yadigaroğlular,  o  cümlədən 

İsrafil  bəy  Yadigarov,  Həsən  bəy  Yadigarov,  polis  polkovniki 

Adil Cəfərov, aşıqlar Mustafa, Əlyar, Ramin İsmixanoğlu vb. 

 

  TƏZƏKƏND  kəndi  (Görarxı Təzəkəndi). – Görarxı elatına 

daxildir.  Alget  çayının  sahilində,  rayon  mərkəzindən  5  km 

cənub-şərqdə, dəniz səviyəsindən 340 m yüksəklikdə. Əhalisi: 

2002’də 629 ailədə 2230 nəfər. Məktəb 1934-cü ildə yaradılıb, 

indi orta məktəb (2005’də 412 şagird, 34 müəllim) qəhrəman 

Əmrah Aslanovun adını daşıyır. Məşhurları: aşıq Əli, müharibə 

qəhrəmanı,  "Şöhrət"  ordeninin  hər  üç  dərəcəsinə  layiq 

görülmüş  Əmrah  Aslanov,  el  ağsaqqalları  Keçəloğlu  Namaz, 

Ziyadxan  Gərəkov,  Bədirxan  Gərəkov,  veteran  müəllimlər 

Abbas Kərimov, Məhəmməd Allahverdiyev, Hümbət Mehdiyev, 

əmək  veteranları  Rəhim  Budaqov,  Allahverdi  Allahverdiyev, 

ictimaiyətçilər  Avtandil  Gərəkov,  Namaz  Gərəkov,  Akif 

Kərimov vb. 

 

  ULAŞLI  kəndi  –  Dəvədöy  çayının  sahilində,  rayon 

mərkəzindən  26  km  güneydə,  dəniz  səviyəsindən  360  m 

yüksəklikdə.  Toponimin  Volqaboyu  bulqarlardakı  Hulaş  adı, 

xəzərlərdəki  Kulas,  Ulaş  tayfaları,  Anadolu  yarımadasında 

yaşamış  Ulaş  qolu,  qıpçaqlardakı  Arpalı  tayfasına  mənsub 

Ulaşlı  qoluyla  ilgəkləri  ehtimalları  var.  19-cu  yüzilin  əvvəlində 

Urmiyə  gölü  qıraqlarına  köçən  qarapapaqlar  arasında  Ulaşlı 

elinin  sakinləri  də  olmuşdu.  Əhalisi:  1870’də  22  ailədə  148 

nəfər;  1926’da  70  ailədə  258  nəfər;  2002’də  859  nəfər  (432 

kişi,  427  qadın).  Məktəbin  tarixi  1925-ci  ildən  başlanır, 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 82 

Tanrıverdi  Abdalov  adına  təməl  məktəb  (2006’da  119  şagird, 

21  müəllim)  fəaliyətdədir.  Məşhurları:  məşhur  şair  Dollu 

Əbuzər, aşıq Sədi Ulaşlı, şair Zülfüqar Ulaşlı vb. 



 

  YENİKƏND  (QAYAQOCALI)  kəndi  – Borçalı çökəyində, 

rayon  mərkəzindən  27  km  güneydə,  dəniz  səviyəsindən  335 

m yüksəklikdə.  Əsl  adı Qayaqocalıdır. Əhalisi: 1886-cı ildə 10 

ailədə  34  nəfər;  1926’da  20  ailədə  99  nəfər;  2002’də  492 

nəfər. Məşhurları: aşıq Məsim Yadigarov, Əfqan Şamilov vb. 

 

 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 83 

 

  TETRİCĞARO  RAYONUNDA  –  Ölkənin  cənub-şərq 

səmtində,  Tbilisidən  57  km  aralıdadır.  Əzəl  adı  Ağbulaqdır, 

1940-cı  ildə  Tetricğaro  adıyla  əvəz-

lənib  (Tetricğaro  Ağbulaq  anlamını 

verir). 

1929-cu 


ilədək 

Borçalı 


qəzasına  daxil  olmuş,  1929’dan 

rayon  statusu  almışdı.  Ərazisi: 

1174,4  kv.km.  Əhalisi:  2002’də 

25354 nəfər; bundan azərbaycanlı: 1641 nəfər (6,5%). 



 

  GÖHNAR  (Qoxnar)  kəndi  – Dəniz səviyəsindən 1620 m 

yüksəkdə.  Gürcülərlə  yanaşı,  az  sayda  azərbaycanlılar  da 

yaşamışlar.  Azərbaycanlı  əhalisi:  1926’da  40  nəfər,  1979-cu 

ildə 26 nəfər. 



 

  NARİLNAR  (NƏBİLLƏR)  kəndi  –Gürcülərlə  yanaşı, 

azərbaycanlılar da yaşayıblar. 



 

  KOSALAR  kəndi  –  Xram  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  14 km cənub-şərqdə, dəniz  səviyəsindən 650 m 

yüksəkdə.  Qaynaqlarda  Qarakənd-Kosalar  şəklində  də  rast 

gəlinir.  Əhalisi:  1886-cı  ildə  250  nəfər;  1926’da  572  nəfər; 

2002’də  1056  nəfər.  Məktəb  1925-ci  ildə  yaradılıb,  təməl 

məktəb  var.  Məşhurları:  əmək  qəhrəmanı  Güllü  Əliyeva,  elm 

adamları  Murtuz  Qacarlı,  Roza  Bayramova,  Dövlət  Mükafatı 

laureatı  Bədirxan  Musayev,  Məmməd  Qocayev,  Qasım 

Məmmədov,  İsa  Musayev,  Mahal  Qacarlı  (Şirinov),  Vilayət 

Qacarlı,  Ramiz  Qacarov,  polkovnik  Elbrus  Anazarov,  veteran 

müəllimlər Hüseynqulu Orucov, Hasanalı Orucov, Təhməz Qa-

carov,  Dursun  Musayev,  xeyriyəçi  Vaqif  Məmişov  vb.    Mahal 

Qacarın  "Borçalı  mahalı  və  Qarakənd–Kosalar  eli"  adlı  kitabı 

nəşr edilib.  




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 84 

 

  ŞIXLI  kəndi  –  Xram  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  13 km cənub-şərqdə, dəniz  səviyəsindən 680 m 

yüksəklikdə. Bir adı da Qəmərlidir. Əhalisi: 1926’da 249 nəfər; 

2002’də  193  nəfər.  Elementar  məktəb  (20  şagird) 

fəaliyətdədir. Məşhurları: artilleriya general-mayoru Hacırəhim 

Məmmədov vb. 

 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 85 

 

 

  ZALQA  RAYONUNDA  –  Ölkənin  cənub-şərq  səmtində, 

Tbilisidən  94  km.  1929-cu  ilədək 

Borçalı qəzasına daxil olmuş, 1929’-

dan  rayon  statusu  almışdı.  1932-ci 

il  22  dekabra  qədər  Barmaqsız-

Zalqa  adlanıb.  Ərazisi:  1050,6  kv. 

km.  Əhalisi:  1989-cu  ildə  39.600 

nəfər, 2002’də 20888 nəfər. 1979-cu ildə 2231 nəfər (4,5%), 

1989-cu  ildə  2281  nəfər  (5,1%),  2002’də  1992  nəfər  (9,5%) 

azərbaycanlı  yaşayıb.  1  şəhər,  2  qəsəbə,  43  kənd  var, 

bunlardan  soydaşlarımız  məskunlaşan  Tecis,  Culuxlu,  Çölyan, 

Qızılhacılı,  Ərcivan-Sarvan,  Gödəklər,  Minasazkənd  kəndləri 

ümumilikdə  el arasında Dağ Sarvan adlanır.  Rayonda  2006-cı 

ildə 3 azərbaycan məktəbində 241 şagird, 37 müəllim olub. 

 

  ƏRCİVAN-SARVAN  kəndi  –  Ərcivan  dağ  silsiləsinin  gü-

neyində,  rayon  mərkəzindən  15  km  aralıda,  dəniz  səviyyə-

sindən  1730  m  yüksəklikdə.  Aran-Sarvanından  köçüblər. 

Əhalisi:  1870’də  749  nəfər;  1918’də  796  nəfər;  1926’da  151 

ailədə  760  nəfər;  2002’də  248  ailədə  931  nəfər.  Məscid  var. 

İlk məktəb 1924-də yaradılıb, indi təməl məktəb (103 şagird) 

fəaliyətdədir.  Məşhurları:  el  ağsaqqalı  Hümbət,  aşıqlar  Eyub, 

Dəllək  Paşa  (Dəlivəlli),  Əhməd  Daşdəmiroğlu,  şairlər  Mustafa 

Bədirov,  Murtuz  Ərcivanlı,  ictimaiyətçilər  Bafat  İbrahimov, 

Ələddin Danaçıyev, polkovnik Mehdi Təhmurazov vb. 



 

  QIZILHACILI-ÇÖLYAN  kəndi  –  Trialet  (Ərcivan) 

dağlarının güney  ətəyində, rayon mərkəzindən 20 km aralıda. 

19-cu  əsrdə  Aran-Qızılhacılısından  köçüblər.  Əhalisi:  1870’də 

36 ailədə 212 nəfər; 2002’də 99 ailədə 357 nəfər. İlk məktəb 

1924-cü ildə yaradılıb. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə