 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 63 

(İvanalı) gedir. Kolayır məhəlləsi də var. Yaxınlıqdakı arxeoloji 

məskən eneolit dövrünə aid edilir. Əhalisi: 1926’da 131 ailədə 

1050  nəfər;  2002’də  (Hacıisəkəndlə  birgə)  521  ailədə  2170 

nəfər  (1065  kişi,  1105  qadın).  Məktəbin  tarixi  1924-cü  ildən-

dir,  indi  orta  məktəb  (409  şagird)  fəaliyətdədir.  Məşhurları: 

ağsaqqallar  Məmməd  Rza,  Hacı  Rza  Kərbəlayi  Əsgər  oğlu, 

İslam  Culfa  oğlu,  Bağır  Əhmədov,  profesorlar  Şəmistan 

Əliyev,  Məmməd  Bayramoğlu,  alimlər  Əhməd  Əhmədov, 

Zöhrab  Əliyev,  Mirzə  Güməyev,  Vahid  Hüseynov,  Seyfəddin 

Qədimov, 

Salman  Culfayev, 

Sədi 

Süleymanov,  Azad 



Bayramov,  Mustafa  Bayramov,  veteran  müəllim  Alı  Rzayev, 

ictimaiyətçilər  Knyaz  Culfayev,  Teymur  Musayev,  Teymur 

Haciyev,  jurnalist  Kərim  Kərimov,  el  şairləri  Abbasqulu 

Eləbağlı,  Qurban  Əzizli,  aşıqlar  Allahyar,  Novruz,  həkim  Zül-

füqar Rzayev, müğənni Aqşin Fateh vb. 

 

  HACIİSƏKƏND  kəndi  –  Alget  çayının  sahilində,  rayon 

mərkəzindən  13 km cənub-şərqdə, dəniz  səviyəsindən 292 m 

yüksəklikdə.  Əhalisi:  1926’da  8  ailədə  61  nəfər;  2002’də  200 

ailədə  750  nəfər.  Təməl  məktəb  (2005’də  102  şagird,  17 

müəllim)  var.  Məşhurları:  veteran  müəllimlər  Alı  Hacıyev, 

Qurban İbrahimov, kompüter dizayneri Elnur İbrahimov vb. 



 

  HALLAVAR  kəndi  –  Xram  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  6  km  cənub-qərbdə,  dəniz  səviyəsindən  310  m 

yüksəklikdə. Əhalisi: 1870’də 20 ailədə 134 nəfər; 1926’da 38 

ailədə  129  nəfər;  2002’də  60  ailədə  288  nəfər.  Məktəb  tarixi 

1924-cü  ildəndir,  indi  təməl  məktəb  (33  şagird)  var. 

Məşhurları: aşıq Əhməd, ictimaiyətçi Kamandar İsmayılov vb. 



 

  XANCIĞAZLI  kəndi  –  Borçalı  çökəyində,  Xram  çayının 

sağ  sahilində,  Babakər  dağlarının  quzey  ətəyində,  rayon 

mərkəzindən  35  km  güneydə,  dəniz  səviyəsindən  285  m 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 64 

yüksəklikdə.  Toponim  mənbələrdə  adı  keçən  Hunan  şəhərini, 

Xan  çayını, Xantsıx qəsəbəsini yada  salır.  Əhalisi:  1870’də  15 

ailədə 114 nəfər; 1886-cı ildə 21 ailədə 86 nəfər; 1926’da 13 

ailədə  72  nəfər;  2002’də  436  nəfər.  İlk  məktəb  1938-ci  ildə 

yaradılıb,  təməl  məktəb  (2005’də  57  şagird)  var.  Məş-

hurlarından: jurnalist Ehtiram Əmirxanoğlu. 

 

  XOCORNU  kəndi  –  Borçalı  çökəyində,  Lök  dağları 

silsiləsinin  Ləlvər  dağının  quzey  ətəyində,  Bənövşəsu  çayının 

sol  sahilində,  rayon  mərkəzindən  42  km  güneydə,  Sadaxlı 

kəndindən 11 km günbatardadır. Azərbaycanlılar və Ermənilər 

yaşayırlar.  Toponimlərindən:  Qalanın  boynu,  Çoban  bulağı, 

Ayor,  Əhalisi:  1870’də  2  ailədə  14  nəfər;  1918’də  265  nəfər; 

1926’da 148 ailədə 172 nəfər; 2002’də 842 nəfər (21% – 176 

nfər azərbaycanlı). Məktəbin tarixi 1940-cı ildən başlanır, orta 

məktəb  (37  azərbaycanlı  şagird)  var.  Mışhurları:  Həcər  nənə, 

Qəmər nənə, Mahmud baba, Ənvər baba, Aşıq Nəbi Nəbiyev, 

rəssam  Hüseyn  Əbdürrəhmanov,  alim  Fərhad  Mədətov, 

xeyriyyəçi Rauf Rufullayev, jurnalist Reyhan Namazova, yazar 

Azad Əbdürrəhmanov. 

 

  XÜLDƏRƏ  kəndi  –  Güldərə  də  deyilir.  Sop  dağının 

ətəyində,  Gürcüstanın  Ermənistanla  sərhədində,  rayon 

mərkəzindən  34  km  güneydədir.  1919-cu  ildə  sadaxlılardan 

yaranıb.  Əhalisi:  1979-cu  ildə  688  nəfər;  1989-cu  ildə  750 

nəfər;  2002’də  282 ailədə  1116  nəfər.  Orta  məktəb (2005’də 

230  şagird,  22  müəllim)  fəaliyətdədir.  Məşhurları:  alimlər  Alı 

Xuduyev,  Yasin  Əhmədov,  Bəkir  Dəmirçalov,  həkim  Rafiq 

Dəmirçalov, veteran müəllim Xəlil Bediyev vb. 



 

  XUTOR-LECBƏDİN  kəndi  –  Damğaçı  düzündə,  dəniz 

səviyəsindən  325  m  yüksəkdə.  Əhalisi:  2002’də  177  nəfər. 

Təməl məktəb var. 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 65 

 

  İLMƏZLİ  kəndi  –  Kür  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən 25 km gündoğarda, Tbilisi–Sınıqkörpü avtomobil 

yolunun  kənarında,  dəniz  səviyəsindən  300  m  yüksəklikdə. 

Dəmirçihasanlı  elatına  aiddir.  Əhalisi:  1870’də  18  ailədə  120 

nəfər; 1886-cı ildə 15 ailədə 120 nəfər; 1926’da 41 ailədə 240 

nəfər;  2002’də  214  ailədə  1033  nəfər  (520  kişi,  513  qadın). 

Məktəb 1924-cü ildə yaradılıb. Məhəmməd Zal oğlu adına orta 

məktəb (205 şagird) var. Məşhurları: profesör Sədi İsmayılov, 

ağsaqqal  Molla  Mədəd,  ictimaiyətçi  Cəlal  Hacıyev,  veteran 

müəllimlər Sabir Əbdüləzizov, Zal Vəli oğlu, aşıqlar Cəlal, Bilal 

İlməzli,  şairlər  Əhməd  İlməzli,  Elbəyi  Cəlaloğlu  vb.  Mövlud 

Şəmistanoğlunun  "Dədə  Yurdum  –  İlməzli"  ədəbi-etnoqrafik 

toplusu yayinlanmişdir. 

 

  İMİR  kəndi  –  Xram  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən 

10 

km 


güneydə, 

avtomobil 

yolunun, 

dəmiryolunun kənarında, dəniz səviyəsindən 350 m yüksəkdə. 

Yaxınlıqda  İmircala  kəndi  də  var.  Toponim  oğuzların 

Eymur/Əymir  tayfasının 

adının  təhrif 

forması  olması 

mümkündür.  Yaxınlıqdakı  eneolit  dövrünə  aid  arxeoloji 

məskəndən  üzə  çıxarılmış  çiy  kərpicdən  günbəz  biçimli  tikili, 

yanmış  gildən  qadın-ana  heykəlciyi;  tunc  dövrünə  aid 

məskəndəki  dağınıq  qəbirlərin  naxışlı  qabları,  mərgmüşlü 

tuncdan  alətlər, 13–14-cü yüzillərə aid kilsə  içindəki məzarda 

qıpçaq tipli əşyalar maraqlıdır. Əhalisi: 1870’də 32 ailədə 215 

nəfər;  1926’da  53  ailədə  175  nəfər;  2002’də  (İmircala  ilə 

birgə)  350 ailədə  1445  nəfər  (708 kişi,  737  qadın). Məktəbin 

tarixi 1935-ci ildəndir, indi təməl məktəb (2005’də 184 şagird, 

16 müəllim) və İmirçala ibtidai məktəbi (13 şagird, 4 müəllim) 

var.  Məşhurları:  ağsaqqallar  Abbas  Məmmədov,  Hacıkərim 

Hüseynov, alim Fərhad Qarayev, jurnalist Şərəf Cəlilli, veteran 

müəllim İsmixan Məmmədov vb. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə