 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 51 

yətdədir.  Məşhurları:  ağsaqqallar  Qəhrəman  ağa,  Hüseyn 

Xanməmmədov,  İbrahim  Bəxtiyaroğlu,  Məhəmməd  Şahver-

diyev,  əməkdar  müəllim  Abdulla  Mustafayev,  alimlər  Ələddin 

Mahmudov,  Tapdıq  Həsənov,  veteran  müəllimlər  Xanəhməd 

Həsənov,  Ağacan  Əliyev,  təhsil  təşkilatçısı  Adil  Əhmədov,  ic-

timaiyətçi  İslam  Məmmədov,  jurnalist  Dilqəm  Şahverdiyev, 

şair Kərim Qəlbigül  vb. 



 

  VAXTANGİS  kəndi  –  Qarayazı  düzündə,  Qardabani–

Böyükkəsik  şose  yolu  kənarında,  rayon  mərkəzindən  9  km 

gündoğar  səmtdə.  Əvvəlki  adı  Ulyanovka-Voykovo  olub  (el 

içində  Vayovka  deyilib),  1991-ci  ildə  adı  Vaxtangis  qoyulub. 

Ərazisi:  1400  ha.  Əhalisi:  1926’da  179  nəfər;  2002’də  2592 

nəfər  (2332  nəfər  azərbaycanlı).  Orta  məktəb  (2006’da  329 

şagird,  27  müəllim)  var.  Məşhurları:  Rza  Məmmədov,  Müsəl-

lim  Musayev,  Musa  Musayev,  Lətif  İsayev,  Məhəmməd 

Ömərov, Müseyib Əhmədov, Osman Dələnoğlu vb. 

 

  VAZİANİ  kəndi  –  Martğop  səmtdədir,  əsasən  gürcülər, 

qismən də azərbaycanlılar məskundurlar. 



 

 

 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 52 

 

  MARNEULİ  RAYONUNDA  –  Ölkənin  cənub-şərqində. 

Orta  illik  temperatur  +12  c°.  1917-ci  ilədək  Tiflis  quberniya-

sının  Borçalı  qəzasına,  1929-cu 

ilədək Lüksemburq rayonuna da-

xil olub, 1929'dan Borçalı rayonu 

kimi  ayrıca  inzibati  vahidə  çev-

rilmişdi. 1947-ci il 18  mart tarix-

dən  Marneuli  rayonu  adlanır. 

Hüdudları:  şərqdə  Qardaban  ra-

yonu;  şimalda  Tetricğaro  və 

Qardaban  rayonları;  cənubda 

Azərbaycan 

və 

Ermənistan; 



qərbdə 

Bolnis 


rayonu. 

Ərazisindən Xram (Ehrəm), Alget 

(Əlyət),  Debed  (Dəvədöy),  Kür, 

Bənövşə  çayları  axır.  Alget  çayı 

başlanğıcını  Trialet  silsiləsinin 

güney  yamaclarından  götürür, 

uzunluğu 108 km., hövzə genişliyi 763 kv. km.-dir, Kür çayına 

tökülür. Dəvədöy çayı Ermənistanda Cavaxet dağ silsiləsindən 

başlayır, Gürcüstanda Sadaxlı kəndi yaxınında düzənliyə çıxır, 

Xram  çayına  tökülür,  uzunluğu  178  km.,  hövzə  genişliyi  4,1 

min  kv.  km.-dir.  Rayon  ərazisindən  Tbilisi–İrəvan,  Tbilisi–

Qazret  dəmiryolları,  Tbilisi–Sadaxlı,  Tbilisi–Bolnisi  avtomobil 

yolları, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum 

qaz  kəməri  keçir.  Təbii  ehtiyatlar,  o  cümlədən  tikinti 

materialları  (mərmər,  bazalt,  qranit,  qum,  kirəc)  zəngindir. 

Ağcaqala (Quşçu qalası), Baydar qalası rayonun ərazisindədir. 

Rayon  mərkəzi:  Marneuli  şəhəri.  Ərazisi:  935,2  kv.  km.,  o 

cümlədən  kənd  təsərrüfatına  yararlı  610  kv.  km.  Əhalisi: 

1989-cu  ildə  115.500  nəfər,  2002’də  124.332  nəfər  (hər  kv. 

km.-ə  126,4  nəfər;  ölkə  əhalisinin  2,7%-i).  Rayon  qəzeti 



 

 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 53 

gürcü  və  Azərbaycan  dillərində  çap  olunur.  Rayonda  yığcam 

və  çoxluq  halında  azərbaycanlılar  yaşayırlar.  Rayonda 

azərbaycanlıların  sayı:  1979'da  72.965  nəfər  (72,6%), 

1989'da 91.923 nəfər  (76,3%), 2002’də 98.245 nəfər (79%). 

90 yaşayış məntəqəsi, 1 şəhər, 1 qəsəbə, 16 kənd məclisi, 72 

kənd  var.  Rayonun  kənd  əhalisinin  (94.526)  ümumi  cəmində 

azərbaycanlılar  86,4%,  gürcülər  7,8%,  ermənilər,  ruslar  da 

cüzi  faizi  tuturlar.  Rayonun  72  kəndindən  51-inin  sakinləri 

elliklə  soydaşlarımızdır.  Rayonda  soydaşlarımız  Sadaxlı, 

Qızılhacılı,  Qaçağan,  Alget,  Sabirkənd,  Əzizkənd,  Təzəkənd, 

Hacıisəkənd,  Böyük  Muğanlı,  Candar,  Daştəpə,  Kürtlər,  Bay-

dar,  Bəylər,  Hallavar,  Lecbədin,  Saral,  Araplı,  Qasımlı,  Ulaşlı, 

Ağəmmədli,  Quşçu,  İmir,  Dəmyə-Görarxı,  Ağqula,  Axlılələ, 

Axlımahmudlu,  Təkəli,  Xancığazlı,  Xocornu,  Xüldərə,  Baytallı, 

Bəytərəfçi,  Kəpənəkçi,  Keşəli,  Kosalı,  İlməzli,  Ambarovka, 

Kirəc-Muğanlı, 

Qayaqocalı, 

Qırıxlı, 

Qullar, 


Mollaoğlu, 

Seyidxocalı,  Mamay,  Burma-Təzəkənd,  Məmgəlli  kəndlərində 

bütünlüklə, 

Marneuli 

şəhərində, 

Şüləver 


qəsəbəsində, 

Tamaris, 

Sop 

kəndlərində 



qarışıq 

şəkildə 


yaşayırlar. 

İqtisadiyyatının  əsasını  dənli-sünbüllü  bitkiçilik,  tərəvəzçilik, 

üzümçülük,  efir-yağlı  bitkiçilik  təsərrüfatı,  ətçilik-südçülük-

yunçuluq  yönlü  heyvandarlıq  oluşdurur.  Sənayesi  təməldə 

yerli  xammal  və  kənd  təsərrüfatı  xammalı  əsasında  gəlişir. 

2006’da  rayonda  88  ümumtəhsil  məktəbinin  58-ində  təlim 

Azərbaycan  dilində  aparılır,  bunun  da  36-sı  orta,  19-u 

natamam  orta,  4-ü  ibtidai  məktəb,  14653  nəfər  azərbaycanlı 

şagird, 1758 nəfər azərbaycanlı müəllim olub. 67 kitabxana, 2 

teatr, 


muzey 


var, 

Algeti 


televiziya-radio 

şirkəti 


fəaliyyətdədir.  

 

 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə