 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 39 

 

  ŞAHMARLI  kəndi  –  Maşaver  vadisində,  rayon  mərkə-

zindən 8 km qərbdə, dəniz səviyəsindən 1380 m yüksəklikdə. 

Toponim  qədim  şumerlərə  bağlana  bilər.  Əhalisi:  1926’da  40 

ailədə 248 nəfər; 2002’də 341 nəfər, 2006'da qeydiyatda 111 

ailədə  569  nəfər.  İlk  məktəb  1929-cu  ildə  yaradılıb,  ibtidai 

məktəb  fəaliyətdədir.  Məşhurları:  hərbi  tibb  polkovniki  Musa 

Musayev, general-mayor Cavanşir Məmmədov vb. 

 

  ŞİNDİLƏR  kəndi  –  Lükün-Şindi  dağının  ətəyində,  rayon 

mərkəzindən  6  km  şimal-qərbdə,  dəniz  səviyəsindən  1250  m 

yüksəklikdə.  Bu  kənd  adına  1536-cı  ilin  sənədlərində 

(Barataşvililərin–Baratlıların  bölgü  kitabında)  rast  gəlirik. 

1701-ci  il  siyahıyaalmasına  görə,  əhalisi  34  nəfər  göstərilib. 

19-cu  əsrin  tarixi  qaynaqlarında  kəndin  adına  Şindilər-

Kəpənəkçi  biçimində  də  rast  gəlinir.  Yaxında  ortayüzillərə  aid 

edilən  salonşəkilli  kilsənin  qalıqları  var.  Əhalisi:  1870’də  19 

ailədə  128  nəfər;  1926’da  70  ailədə  462  nəfər;  2002’də  467 

nəfər  (228  kişi,  239  qadın),  2006'da  246  ailədə  464  nəfər. 

Məktəb  1928-ci  ildəndir,  ibtidai  məktəb  (18  şagird)  var. 

Məşhurları:  profesör  Fəxrəddin  Həmidov,  hüquq-mühafizəçisi 

Vəkil Bayramov vb. 

 

  TĞİSPİRİ  (Meşəağzı)  kəndi  –  Hamamlı  çayının  sağ 

sahilində,  rayon  mərkəzindən  14  km  cənub-qərbdə,  dəniz 

səviyəsindən 1320 m yüksəklikdə. Toponim gürcücə meşəağzı 

deməkdir.  1959-cu  il  9  noyabr  tarixə  qədərki  əzəl  adı  və  el 

arasındakı  adı  Boğazkəsəndir.  Əhalisi:  1926’da  13  ailədə  22 

nəfər; 2002’də 53 nəfər, 2006'da 20 ailədə 60 nəfər. 



 

  VAKE  kəndi  –  Oruzman  vadisində,  dəniz  səviyəsindən 

1250  m  yüksəkdə.  Adı  Qarakilsə  olub.  Əhalisi:  2002’də  317 

nəfər, 2006'da 101 ailədə 342 nəfər. 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 40 

 

  YAQUBLU  kəndi  –  Başkeçid  yaylasında,  rayon 

mərkəzindən  3  km  qərbdə,  dəniz  səviyəsindən  1360  m 

yüksəklikdə. Əhalisi: 1870’də 20 ailədə 134 nəfər; 1926’da 59 

ailədə 377 nəfər; 2002’də  498 nəfər, 2006'da 199 ailədə  544 

nəfər. Məktəb 1921-ci ildə yaradılıb, orta məktəb (128 şagird) 

var. Məşhurları: əməkdar müəllim Sadıq Süleymanov, maarif-

çilər  Ənvər  Süleymanov,  Mahmud  Abdullayev,  alim  Cəmilə 

Abdullayeva, hüquq-mühafizə işçisi Adil Hümbətov vb. 



 

 YIRĞANÇAY kəndi 

– 

Loru 



yaylasında, 

dəniz 


səviyəsindən 

1660  m  yüksəklikdə, 

rayon  mərkəzindən  75 

km 


cənub-qərbdə. 

Əhalisi:  1870-cı ildə 80 

ailədə 

536 


nəfər; 

1918’də 


972 

nəfər; 


1926’da  174  ailədə  1078  nəfər;  2002’də  600  ailədə  2678 

nəfər, 2006'da 602 ailədə 2591 nəfər. Dünyəvi məktəbin tarixi 

1923-cü  ildən  götürülür,  hazırda  orta  məktəb  (358  şagird) 

fəaliyətdədir.  Məşhurları:  din  xadimi  Məhəmməd  Osmanoğlu, 

el  ağsaqqalları  Nazar,  Veyis,  Məhəmməd  Yadigaroğlu,  Törə 

Məmməd,  Yunus  bəy  Çırpanoğlu,  Sarı  Həmid,  el  şairləri 

Misginoğlu  Allahverdi,  Qartomar,  Dəvəçioğlu  Şahbəddin, 

Yolçu  Novruz,  Vəzir  Əliyev,  Aslan  Çırpanlı,  İrşad  Ömərov, 

Ələddin  Rüstəmov,  əməkdar  müəllim  İdris  Çırpanlı,  veteran 

müəllim Cəlal Yadigarov, həkim Bilal Yadigarov vb. 

 

 

 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 41 

 

  QARDABANİ  RAYONUNDA  –  Ölkənin  gündoğar qismin-

dədir.  1930-cu  ilədək  Tiflis  qəza-

sına  daxil  olub,  1938-ci  ildən  Qa-

rayazı  rayonu  adlanıb,  1947-ci  il 

18 mart tarixdən Qardabani rayo-

nu  adlanır.  Hüdudları:  cənubda 

Azərbaycan,  şərqdə  Saqareco  ra-

yonu,  qərbdə  Tetricğaro  və  Mar-

neuli  rayonları,  şimalda  Msxeta 

rayonu.  Rayonun  ərazisindən  Kür 

çayı  axır,  Candar  və  Kunisi 

(Gümüş)  gölləri  var.  Kocor  və 

Kiketi  iqlim  kurortları  fəaliyət-

dədir. Tbilisi–Bakı dəmiryolu, Rus-

tavi–Böyükkəsik  avtomobil  yolu, 

Bakı–Tbilisi–Ceyhan  neft  kəməri, 

Bakı–Tbilisi–Ərzurum  qaz  kəməri 

keçir. 


Sənayesində 

aparıcı 


energetikadır,  burada  istilik-elektrik  stansiyası  var.  Ərazisi: 

1304  kv.  km.  Əhalisi:  1989-cu  ildə  109.300  nəfər,  2002’də 

114.348  nəfər  (hər  kv.  km.-ə  87,7  nəfər;  ölkə  əhalisinin 

2,6%-i).  Rayon  mərkəzi:  Qardabani  şəhəri.  1  şəhər,  2 

qəsəbə,  18  kənd  məclisi,  47  kənd  var.  Soydaşlarımızın  sayı: 

1979-cu  ildə  39956 nəfər  (39,7%),  1989-cu  ildə 48781  nəfər 

(42,5%),  2002’də  49993  nəfər  (43,7%).  İndi  rayonda  kənd 

əhalisinin  (98203  nəfər)  54,2  faizi  gürcülər,  43,6  faizi 

azərbaycanlılar  (42817  nəfər),  qalanı  ermənilər,  ruslar,  ose-

tinlər,  aysorlardır.  14  kəndin  elliklə  əhalisi  soydaşlarımızdır. 

Rayon  qəzeti  gürcü  və  Azərbaycan  dillərində  çap  olunur. 

Qardabani  bölgəsinin  tarixi-etnoqrafik  ənənələri  Vahid  Ömər-

linin  iki  cildlik  "Qarayazı"  kitabında  əksini  tapıb.  Azərbay-

canlılar  rayonun  Kosalı,  Nazarlı,  Soğanlıq-Ponicala,  Sərtcala-



 

 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə