 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 36 

zindən  22  km  qərbdə,  dəniz  səviyəsindən  1560  m  yüksək-

likdə.  Məmiş  nəslinin  adındandır.  Əhalisi:  1926’da  113  nəfər; 

2002’də  102  nəfər,  2006'da  20  ailədə  77  nəfər.  İbtidai 

məktəb (10 şagird) var. 

 

  MƏMİŞLİ  kəndi  –  Rayon  mərkəzindən  10  km  güneydə, 

dəniz  səviyəsindən  1110  m  yüksəklikdə.  Bu  toponim  də 

Məmiş nəsil  adından ola bilər.  Əhalisi:  1870’də 20  ailədə 224 

nəfər;  1918’də  336  nəfər;  1926’da  64  ailədə  362  nəfər; 

2002’də  908  nəfər  (472  kişi,  436  qadın),  2006'da  230  ailədə 

917  nəfər.  Məktəb  1923-cü  ildə  yaradılıb,  ibtidai  məktəb  (33 

şagird) var. 

 

  ORMEŞƏN  kəndi  –  Lükün-Şindi  dağının  quzey  yama-

cında,  rayon  mərkəzindən  22  km  şimal-qərbdə,  dəniz  sə-

viyəsindən  1320  m  yüksəklikdə.  Türk  dillərində  irem  (kollu 

çaybasar  sahə, çaylaq) və  şen  (kənd)  sözlərindəndir. Əhalisi: 

1870’də  14  ailədə  92  nəfər;  1918’də  37  nəfər;  1926’da  67 

ailədə  487  nəfər;  2002’də  206  nəfər  (92  kişi,  114  qadın), 

2006'da  38  ailədə  164  nəfər.  Kəndin  adına  18-ci  əsrə  aid 

sənədlərdə rast gəlirik. Məktəbin tarixi 1929-cu ildən başlanır 

və  indi  ibtidai  məktəb  (10  şagird)  fəaliyətdədir.  Məşhurları: 

veteran  muəllim  Şaban  Qaralov,  ictimaiyətçi  Bəkir  Qaralov, 

ədliyə generalı Zakir Qaralov, Azərbaycan Milli Məclisinin üzvü 

olmuş  profesör  Zahid  Qaralov,  profesör  Eldar  Nəbiyev,  dip-

lomat  Hamlet  Qaralov,  əməkdar  müəllim  İsmayıl  İsmayılov, 

ictimaiyətçilər Akif Qaralov vb. 



 

  ORUZMAN  kəndi  – Maşaver çayının sağ sahilində, rayon 

mərkəzindən  4  km  güneydə,  dəniz  səviyəsindən  1220  m 

yüksəklikdə.  Toponim  Oğuzoğlu  Uruzu  xatırladır.  1536-cı  ilin 

sənədlərində 

(Baratlıların 

bölgü 


kitabında) 

Ormozan 


toponiminə  rast  gəlirik.  1701-ci  ildə  37  nəfər  əhali  siyahıya 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 37 

alınmışdı.  Yaxınlıqda  12–13-cü  yüzillərə  aid  kilsənin  uçuqları 

və  məzarlıq  aşkarlanıb.  Kənd  iki  qismdən  ibarətdir:  Yuxarı 

Oruzman  və  Aşağı  Oruzman.  Əhalisi:  1870’də  Yuxarı 

Oruzmanda  40  ailədə  300  nəfər,  Aşağı  Oruzmanda  15  ailədə 

100  nəfər;  1918’də  Yuxarı  Oruzmanda  485  nəfər,  Aşağı 

Oruzmanda  247  nəfər;  1926’da  Yuxarı  Oruzmanda  82  ailədə 

490  nəfər,  Aşağı  Oruzmanda  45  ailədə  273  nəfər;  2002’də 

Yuxarı  Oruzmanda  901  nəfər,  Aşağı  Oruzmanda  660  nəfər. 

Yuxarı  Oruzmanda  məktəb  1922-ci  ildən,  Aşağı  Oruzmanda 

1928-ci  ildən  var;  hazırda  Yuxarı  Oruzmanda  orta  məktəb 

(161  şagird)  və  Aşağı  Oruzmanda  təməl  məktəb  (99  şagird) 

fəaliyətdədirlər.  Məşhurları:  el  şairi  Namaz  Hümmətoğlu, 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü  Səlim 

Musayev,  alim  Sirac  Məmmədov,  veteran  müəllimlər  Cəlal 

Musayev,  İslam  Məmmədov,  Mikayıl  Mikayılov,  ictimaiyətçi 

Oruc Məmmədov, xeyriyyəçi Abdulla Yusifov vb. 

 

  PANTİANİ  (ARMUDLU)  kəndi  –  Başkeçid  yaylasında, 

rayon  mərkəzindən  7  km  cənub-qərbdə,  Armudlu  (Sülühlü) 

gölü kənarında, dəniz səviyəsindən 1410 m yüksəklikdə. Əzəl 

adı  Armudludur,  1949-cu  il  12  iyul  tarixdən  Pantiani  adlanır. 

Əhalisi: 1926’da 23 ailədə 112 nəfər; 2002’də 410 nəfər (190 

kişi,  220  qadın),  2006'da  143  ailədə  542  nəfər.  Məktəb 

1926’da  yaradılıb,  təməl  məktəb  (73  şagird)  fəaliyətdədir. 

Məşhurları: şair Əlixan Binnətoğlu, Şahvələd Armudlu vb. 



 

 SACA kəndi – Qomaret yaylasında, rayon mərkəzindən 21 

km  günbatarda,  dəniz  səviyəsindən  1230  m  yüksəklikdə. 

Yaxında  11-ci  əsrə  aid  yonulmuş  daşdan  memarlıq  abidəsi 

aşkarlanıb.  Əhalisi:  1870’də  20  ailədə  134  nəfər;  1926’da  87 

ailədə  476  nəfər;  2002’də  106  nəfər  (49  kişi,  57  qadın), 

2006'da 20 ailədə 96 nəfər. İbtidai məktəb fəaliyətdədir. Məş-

hurları: el şairi Balakişi Alıoğlu vb. 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 38 

 

  SAKİRE  kəndi  – Kiçik kənddir, əhalisi yunanlardan, azər-

baycanlılardan ibarətdir. 2002’də 49 nəfər əhali qeydə alınıb. 



 

  SALAMMƏLİK  kəndi  – Qaşqatala de deyilir. Cavaxet dağ 

silsiləsinin  gündoğarında,  rayon  mərkəzindən  28  km  günba-

tarda.  12–13-cü  əsrlərə  aid  karvansara  uçuqları  aşkarlanıb. 

Əhalisi:  1870’də  8  ailədə  54  nəfər;  1926’da  29  ailədə  158 

nəfər; 2002’də 98 nəfər, 2006'da 100 nəfər. 

 

  SƏFƏRLİ  kəndi  –  Lök  dağ  silsiləsinin  quzey  yamacında, 

Ermənistana  gedən  avtomobil  yolunun  kənarında,  rayon 

mərkəzindən  6 km cənub-şərqdə, dəniz səviyəsindən 1070  m 

yüksəklikdə.  Tarixi  məxəzlərdəki  Leyləyeşən  bu  kəndlə  ident-

ləşdirilir.  Əhalisi:  1870’də  17  ailədə  97  nəfər;  1918’də  405 

nəfər;  1926’da  76  ailədə  463  nəfər;  2002’də  738  nəfər  (337 

kişi,  401  qadın),  2006'da  261  ailədə  780  nəfər.  İlk  məktəb 

1927-ci ildə yaradılıb, indi təməl məktəb (119 şagird) fəaliyət-

dədir.  Məşhurları:  profesör  İsa  Ömərov,  hüquq-mühafizə 

işçiləri  Elman  Hüseynov,  Fərman  Qurbanov,  yazıçı  Seyfəddin 

Əliyev vb. 

 

  SOĞUTLU  kəndi  –  Cavaxet  dağ  silsiləsinin  gündoğar 

yamacında,  rayon  mərkəzindən  18  km  günbatar  səmtdə, 

dəniz  səviyəsindən  1590  m  yüksəklikdə.  Əhalisi:  1926’da  8 

ailədə 30 nəfər; 2002’də 27 nəfər (13 kişi, 14 qadın), 2006'da 

12 ailədə 28 nəfər. 

 

 SUQALA  kəndi – Başkeçid yaylasında, Maşaver vadisində, 

rayon  mərkəzindən  4  km  qərbdədir.  Tarixi  sənədlərdə 

Dağətəyi  (Mtisdziri)  vəya  Mahmudlu  kimi  də  qeyd  olunub. 

Əhalisi:  1870’də  25  ailədə  168  nəfər;  2002’də  243  nəfər, 

2006'da 84 ailədə 293 nəfər. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə