 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 45 

 

  BOTANİKA  kəndi  –  Qarayazı  düzündə,  şose  kənarında, 

rayon  mərkəzindən  3  km  günbatarda.  1956'da  Sibirdən  sür-

gündən  qayıdan  almanlar  təşkil  ediblər.  Ərazisində  Nəbatat 

(Botanika)  bağı  olub,  ona  görə  Botanika  kəndi  adlanıb.  Azər-

baycanlılar yaşayırlar. Əhalisi: 2006'da 239 ailədə 1200 nəfər. 



 

 CANDAR kəndi  – Candar gölünün (Ağgölün) günbatar sa-

hilində,  rayon  mərkəzindən  12  km  gündoğarda,  Gürcüstanın 

Azərbaycanla  sərhəd  zolağı  yaxınlığında,  dəniz  səviyəsindən 

320 m yüksəklikdə. Candar türk tayfasıyla ilgili ola bilər. Tarixi 

qaynaqlarda  kəndin  adına  Gölkənd  şəklində  də  rast  gəlinir. 

Ərazisi:  2000  ha  əkin  sahəsi.  Əhalisi:  1870’də  46  ailədə  265 

nəfər; 1886-cı ildə 37 ailədə 253 nəfər; 1918’də 76 ailədə 425 

nəfər; 1926’da 167 ailədə 661 nəfər; 1989-cu ildə 3115 nəfər; 

2002’də  3118  nəfər.  Məktəbin  tarixi  1922-ci  ildən  götürülür, 

indi  orta  məktəb  (2006’da  240  şagird,  22  müəllim) 

fəaliyətdədir.  Məşhurları:  ağsaqqallar  Seyid  Abbas,  Seyid 

Yəhya,  Xoca  kişi,  Hacı  Əhməd,  Şəmil  Xəlilov,  Mirzə 

Məmmədov,  Gürcüstan  Parlamentinin  üzvü  olmuş  Məmməd 

Məmmədov,  veteran  müəllimlər  Tamam  Paşayeva,  Hüseyn 

Çopurov,  Qulu  Həsənov,  Həmid  Quluyev,  Abdulla  Daş-

dəmirov,  Yasin  Məmmədov,  Vəli  Əhmədov,  Hacı  Əhmədov, 

Aydın  Musaoğlu,  ictimaiyətçilər  Telman  Şəmiloğlu,  Rüfət 

Cəlaloğlu,  Camal  Bəkiroğlu,  Vidadi  Hacıoğlu,  Nəriman  Xoca-

oğlu, polkovnik Yasin Orucov vb. 

 

 KALİNİN kəndi – Qarayazı düzündə, şose yolu kənarında, 

rayon mərkəzindən 5 km günbatarda, dəniz səviyəsindən 310 

m  yüksəkdə.  1956-ci  ilədək  adı  Tatyanovka  (Qafqaz  canişini 

Voronsovun  qızı  Tatyananın  şərəfinə)  olub.  Əhalisi:  2002’də 

1156 nəfər, 2006'da 312 ailədə 1200 nəfər. Orta məktəb var. 

Məşhurları:  ağsaqqallar  Əjdər  Qaracayev,  Qasım  Əliyev, 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 46 

veteran müəllim Rəşid Məmmədov, Yunis Osmanov, Tanrıqulu 

Məmmədov, rəssam Hümbətəli Qaraca vb. 

 

  KOSALI  kəndi  –  Qarayazı  düzündə,  avtomobil  yolu 

kənarında,  rayon  mərkəzindən  5  km  gündoğarda,  dəniz 

səviyəsindən 290  m yüksəklikdə.  Qaynaqlarda adına Qacalar-

Kosalı şəklində rast gəlinir. Ərazisi: 153,3 kv.km., əkin sahəsi 

2257  ha.  Əhalisi:  1886-cı  ildə  161  ailədə  887  nəfər;  1926’da 

425  ailədə  2004  nəfər;  1995’da  1095  ailədə  5836  nəfər; 

2002’də  5612  nəfər,  2006'da  6000  nəfər.  19-cu  əsrdən 

məscid  fəaliyətdədir.  Dünyəvi  məktəb  1918’dəndir,  Məmməd 

Xiyalov adına orta məktəb (2006’da 1028 şagird, 73 müəllim) 

var. Məşhurları: şair Zabit, şair, Qori seminariyasının müəllimi 

Mirzə  Mehdi  Vəlizadə,  ağsaqqallar  Nəbi  əfəndi,  Hacı  Əmir, 

Hacı Vəli, Mustafa, Yunus Mehralıoğlu, Qurban ağa (Xozeyin), 

Savrı İsayev, Məmməd Xiyalov,  Bədirxan İsmayılov, İsgəndər 

Orucoğlu, Qoca Xiyallı, Hacı Haley, el şairi Mayıl Usuboğlu, el 

qəhrəmanı  İsaxan,  ustad  aşıqlar  Əlixan  Qarayazılı,  Aslan 

Kosalı,  profesorlar  Camal  Mustafayev,  Hamlet  İsaxanlı, 

Elmxan  Mahmudov,  Rzaxan  Mahmudov,  İsaxan  İsayev,  Rza 

Məmmədəlizadə,  Əli  Müftizadə,  Rüfət  Eminov,  Vəli  Ləzgiyev, 

Məcid  Musayev,  Vahid  Şirinov,  Fərhad  Acalov,  veteran  müəl-

limlər  Əsgər Məmmədəlizadə, Vəli  Ləzgiyev,  Məhəd  Abbasov, 

Fərrux  Kərimov,  Süleyman  Abdullayev,  şairlər  Vəli  Qədirli, 

Zahid  Ələmpaşalı,  Afiq  Muxtaroğlu,  həkimlər  Xiyal  Xiyalov, 

Nizami  Bağırov,  Xəlid  Kamilov,  Tapdıq  Bağırov,  jurnalistlər 

Müzəyət  Yusifli,  Şahismayıl  Şəmmədoğlu,  Paşa  Kəsəmənli, 

Nadir  Almazoğlu,  ictimaiyətçilər  Arif  İsayev,  Məhəmməd  Ba-

ğırov,  Sirəc  Aslanoğlu,  Qaraxan  Xiyalov,  Şahvələd  Xiyalov, 

Suddarxan İsayev, Müşfiq İsayev, Mərdan Dilənçiyev  vb. 

 

  QARACALAR  kəndi  –  Kür  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  19  km  şimal-qərbdə,  Tbilisidən  10  km 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 47 

gündoğarda,  Tbilisi–Bakı  dəmiryolunun  kənarında,  dəniz 

səviyəsindən  355  m  yüksəklikdə.  Oğuz  mənşəli  Qaraca, 

Qaracör  tayfalarıyla,  qıpçaqlardakı  qaraçay  tayfasıyla,  qılıclı 

tayfasının  Qaraca  qoluyla  ilgili  ola  bilər.  Əhalisi:  1869-cu  ildə 

69 ailədə 498 nəfər; 1886-cı ildə 86 ailədə 563 nəfər; 1926’da 

171  ailədə  711  nəfər;  2002’də  4141  nəfər  (2052  kişi,  2089 

qadın),  2006'da  5121  nəfər.  1870’dən  məscid  fəaliyətdədir. 

Dünyəvi  məktəbin  tarixi  1920-ci  ildəndir,  hazırda  Səyad 

Xəlilov  adına  orta  məktəb  (2006’da  502  şagird,  37  müəllim) 

var.  Məşhurları:  veteran  müəllimlər  Osman  Qərənizadə,  Mə-

həmməd  Qərənizadə,  Bayram  Əliyev,  Məhəmməd  Sadıqov, 

Kərəm  Səfərov,  Arif  Bəhməlov,  Səyad  Nuruyev,  Alı  Sofuyev, 

ağsaqqallar  Mirzə  Əli  ağa,  Molla  Qurban,  Hacı  Abdulla,  çar 

polkovniki  Sofu  Əlləzoğlu,  Azərbaycan  Elmlər  Akademiyası 

müxbir  üzvü  Ramiz  Məmmədov,  profesorlar  Məhəd  Sofuyev, 

Sabir Əliyev, Əkbər Əliyev, Namiq Mehdiyev vb. 

 

  NAZARLI  kəndi  –  Qarayazı  düzündə,  Qardabani–

Böyükkəsik şose yolunun kənarında, rayon mərkəzindən 6 km 

gündoğarda,  dəniz  səviyəsindən  280  m  yüksəklikdə. 

Məxəzlərdə  Qacalar-Nazarlı  şəklində  də  rast  gəlinir.  Ərazisi: 

1100  ha  əkin  sahəsi.  Əhalisi:  1886-cı  ildə  102  ailədə  684 

nəfər;  1926’da  374  ailədə  1621  nəfər;  1995’də  1350  ailədə 

5350  nəfər;  2002’də  5808  nəfər,  2006'da  6000  nəfər.  Orta 

məktəb  (2006’da  529  şagird,  44  müəllim)  fəaliyətdədir. 

Məşhurları: el qəhrəmanı qaçaq Cahangir, din xadimləri Molla 

Xoca,  Molla  Ömər,  Molla  İbrahim,  ağsaqqallar  Vilayət  Əliyev, 

Məmli Qulamoğlu, Məmmədcəfər Piriyev, Əhməd Dursunoğlu, 

Əhməd Feyzioğlu, İsa Qarallı, Hümbət kişi, veteran müəllimlər 

Məhəmməd  Osmanoğlu,  Keçəloğlu  Hümbət,  İsa  Bayramoğlu, 

Almaz  Vəliyev,  Yusif  Allahverdiyev,  Yusif  Ömərov,  Allahverdi 

İsmayıloğlu, Vəkil Musayev, Osman Osmanov, Göycə Aslanov, 

Qəzənfər  Qulamov,  Xoca  Məmmədov,  profesorlar  Adilxan 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə