 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 48 

Abdullayev,  Cəlal  Abdullayev,  Əhməd  Piriyev,  həkim  Bəhram 

İsmayılov, jurnalist Telman Nəzərli vb. 

 

 PONİÇALA (SOĞANLIQ) kəndi – Gürcüstan–Azərbaycan 

magistral  şosesi  kənarında,  paytaxtdan  2  km  gündoğarda, 

rayon  mərkəzindən  22  km  günbatarda.  Toponim  qədim  Sak 

türk boylarıyla ilgiləndirilir. Ponicala da Öncala mənasına gəlir. 

Tbilisi  şəhərilə  bitişikdir.  1973-cü  ilədək  adı  Soğanlıq  olub. 

Əzəl  məxəzlərdə  Qurqud,  Qorqud,  Qorqudoba  şəklində,  18-ci 

əsrdən  sonrakı  qaynaqlarda  (o  cümlədən  18-ci  əsrin 

"Şəhriyar"  yazılı  dastanında)  Soğanlıq  şəklində  xatırlanır. 

1795-ci  ildə  Ağa  Məhəmməd  Qacarın  gürcülərlə  döyüşü  bu 

ərazidə  baş  verdiyi  səbəbindən  Soğanlıq  döyüşü  adlanır. 

Ərazisi:  120  hektardan  artıq.  Əhalisi:  1728-ci  ildə  37  ailə; 

1869-cu  ildə  19  ailədə  120  nəfər;  1886-cı  ildə  40  ailədə  269 

nəfər;  1918’də  95  ailədə  570  nəfər;  1926’da  161  ailədə  738 

nəfər;  1989’da  700  ailədə  4500  nəfər;  2002’də  5698  nəfər. 

Dünyəvi  məktəb  1920-ci  ildə  yaradılıb.  İndi  orta  məktəb 

(2006’da  379  şagird,  29  müəllim)  var.  Məşhurları:  Qori 

seminaryası  məzunu  Abbas  İsayev,  məşhur  ustad  aşıq  Sadıq 

Sultanov,  ağsaqqallar  Hacı  Qurban,  Məşədi  Allahverdi, 

Gülməmməd  Kərəmoğlu,  Nuru  kişi,  İsa  kişi,  din  xadimləri 

Seyid  Miri,  Məşədi  Qulam,  elmlər  akademiyasının  müxbir 

üzvləri  İsa  Kərimov,  Zemfira  Verdiyeva,  elmlər  doktorları 

Kamil  Qəhrəmanov,  Vüqar  Əliyev,  Vaqif  Məmmədov,  veteran 

müəllimlər  Şamil  Qəhrəmanov,  Rzaqulu  Axundov,  Əmir 

Abdinov,  Qurbanəli  Qurbanov,  Rüstəm  İsayev,  İbayət 

Məmmədov,  Akif  Nuruyev,  Nəriman  Qurbanov,  Nurəhməd 

İsayev,  ictimaiyətçilər  Hacıbağır  Allahverdiyev,  Hacıvəli  İsa-

yev,  Xələddin Paşayev,  el  şairi Dəryeynur vb.  Kənd haqqında 

Vüqar Əliyevin və Nurəhməd İsayevin kitablari yayınlanmışdır. 



 

  SƏRTCALA-MUĞANLI  kəndi  –  Yor  yaylasında,  Samqor 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 49 

düzündə,  Yor  (Qavrı-Qabırrı)  (Qabırrı  hidronimi  Qabar/Qabır 

türk  tayfasını  da  xatırladır)  çayının  sağ  sahilində,  Alvan 

dağının ətəyində, rayon mərkəzindən 47 km quzeydə, Tbilisi–

Kaxet  şosse  yolunun  45  kilometrliyində,  dəniz  səviyəsindən 

740  m  yüksəkdə.  Sərtcala  Tiflisin  günbatarındakı  Avçala 

(Ovcala),  gündoğarındakı  Ortacala  toponimləriylə  zəncirvari 

həlqə  təşkil  edir.  Muğanlı  adı  da  başqa  bu  tipli  kəndlər  kimi, 

Muğ/Muğan  tayfası  ilə  əlaqədardır.  Ərazisi:  200  hektardan 

artıq.  Əhalisi:  1886-cı  ildə  99  ailədə  637  nəfər;  1918’də  190 

ailədə  1038  nəfər;  2002’də  3558  nəfər  (1695  kişi,  1863 

qadın),  2006'da  3800  nəfər.  Məktəb  1913-cü  ildən 

fəaliyətdədir,  2006’da  Muğanlı  orta  məktəbində  445  şagird, 

36  müəllim  olub.  Məşhurları:  aşıq  Arif,  el  ağsaqqalları  Mutu 

Abbasoğlu,  Rza  Orucəlioğlu,  Novruz  Alıoğlu,  Qasım  Abbasov, 

alimlər  Tahir  Qasımov,  Kazım  Allahyarov,  Şəfiqə  Həmidova, 

İntizar  Şabanov,  Xudaverdi  Qasımov,  veteran  müəllimlər 

Rəşid  Novruzov,  Bəşir  Allahyarov,  Xəmməd  Məmmədov, 

Yəhya Qacirov, Firidun Abbasoğlu, Şamil Əlləzov, yazıçı Eyvaz 

Əlləzoğlu,  ictimaiyətçi  Mahal  Abbasov  vb.    Dilqəm 

Tanrıqulunun  "Qırx  qapıdan  biri  bağlı"  kitabında  kəndə  aid 

etnoqrafik oçerklər var. 



 

  TƏHLƏ  kəndi  –  Kür  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  17  km  günbatar  səmtdə,  Tbilisidən  13  km 

gündoğarda,  Tbilisi–Bakı  dəmiryolunun  kənarında,  Qaçiani 

stansiyasından  3  km  aralıda,  dəniz  səviyəsindən  355  m 

yüksəklikdə.  Toponim  məşhur  Təklə  tayfasının  adını  əks 

etdirir.  Qədim  türkmənşəli  Tele/Tələ  tayfasının  adını  da 

xatırlamaq  olar.    İki  eldir:  Ağtəhlə  və  Qaratəhlə.  Ağtəhlənin 

əhalisi: 1869-cu ildə 106 ailədə 1064 nəfər; 1878-ci ildə 1024 

nəfər; 1886-cı ildə 122 ailədə 1091 nəfər; 1926’da 329 ailədə 

1792  nəfər;  2002’də  4229  nəfər.  Qaratəhlənin  əhalisi:  1869-

cu ildə 29 ailədə 333 nəfər; 1886-cı ildə 67 ailədə 655 nəfər; 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 50 

1926’da 45 ailədə 842 nəfər; 2002’də siyahıyaalma nəticəsinə 

görə  2936  nəfər  (1446  kişi,  1490  qadın),  2006'da  Ağtəhlədə 

5240,  Qaratəhlədə  3200  nəfər.  Dünyəvi  məktəb  1919-cu  ildə 

yaradılıb, hazırda Ağtəhlədə orta məktəb (2006’da 191 şagird, 

18  müəllim),  Qaratəhlədə  orta  məktəb  (2006’da  191  şagird, 

13  müəllim)  fəaliyətdədir.  Məşhurları:  şair  Aşır  (Aşır  Seyid 

Əhmədoğlu),  şair  Məmməd  Xəlil,  Qori  seminariyası  məzunu 

Allahverdi  Kəlbiyev,  ağsaqqallar  Allahverdi  Qarabağlı,  Yetim 

İsmayıl,  Həsənəli  Kərbəlayı  Əlioğlu,  Müseyib  Qasımoğlu  (Pe-

terburq  universitəsi  məzunu),  Piri  Rüstəmoğlu,  Güləhməd 

Hüseynoğlu,  məşhur  şair  Təhlə  Novruz,  veteran  müəllimlər 

Mürsəl  Əfəndiyev,  Güləhməd  Musayev,  Hüseyn  Gözəlov,  İs-

mayıl  Əkbərov  (əməkdar  müəllim),  Qəhrəman  Əliyev, 

Güləhməd  Həsənov,  Rövşən  Hüseynov,  Səməd  Musayev, 

Sədaqət  Əliyeva,  Aydın  Məmmədov,  profesorlar  Ziyəddin  Sa-

dıqov,  Seyidəhməd  Əhmədov,  Vəli  Musayev,  Ələddin  Mah-

mudov,  Hidayət  Hüseynov,  Xanlar  Məmmədov,  Nizami 

Qarabağlı,  əməkdar  müəllim  Rövşən  Hüseynov,  hüquq-

mühafizə işçiləri Qəmbər Bayramov, polis polkovniki Asim Hə-

sənov, 

hüquqşünas-polkovnik 



Nurəddin 

Orucov, 


icti-

maiyətçilər  Güləhməd  Qəribov,  Xanəhməd  Qəribov,  Hacı 

Məmmədov,  İsmayıl  Bayramov,  Ələddin  Mirzəyev,  Mirzə  Mir-

zəyev,  Savalan  Mirzəyev,  Gürcüstan  azərbaycanlılarının  tarixi 

etnoqrafiyasının  tədqiqçisi  Əsəd  Əliyev,  rəssam  Teymur 

Kəlbiyev, şair Allahverdi Təhləli  vb. 



 

  TƏZƏKƏND  kəndi  –  Qarayazı  düzündə,  Tbilisi  – 

Qardabani  şose yolunun kənarında,  rayon mərkəzindən  6  km 

günbatarda,  dəniz  səviyəsindən  320  m  yüksəkdə.  1919-cu  il-

də  Ağtəhləlilərdən  bina  olub.  Əvvəl  adı  İrvahamabad  olub. 

Əhalisi:  1926’da  95  ailədə  388  nəfər;  2002’də  344  ailədə 

1856  nəfər  (880  kişi,  976  qadın),  2006'da  390  ailədə  1800 

nəfər.  Təməl  məktəb  (2006’da  106  şagird,  15  müəllim)  fəali-



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə