 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 54 

  MARNEULİ  ŞƏHƏRİNDƏ.  – 

Alget  çayının  sahilində,  dəniz 

səviyəsindən  470  m  yüksəklikdə, 

Tbilisi 


şəhərindən 

39 


km 

güneydə.  Marneuli  toponimi  bəzi 

əzəl  məxəzlərdə  Künjürüt  kimi  də 

verilir.  Adı  1932-ci  ilədək  Sarvan 

kəndi, 

1932–1947-ci 



illərdə 

Borçalı  qəsəbəsi  olub.  1964-cü 

ildən 

şəhərdir. 



Marneuli 

rayonunun 

mərkəzidir. 

Lomtaqora,  Sarvan  və  Candar 

kəndlərini  içinə  alır.  Şəhərin  ərazisindən  Alget  çayı  axır, 

Tbilisi–İrəvan,  Tbilisi–Qazret  dəmiryolları,  Tbilisi–Sadaxlı, 

Tbilisi–Bolnisi  avtomobil  yolları  keçir.  İsti  kontinental  iqlimə 

malikdir.  Orta  illik  temperatur  12°C.-dir.  Şəhərdə  Nizami 

Gəncəvinin,  Şota  Rustavelinin,  Nəriman  Nərimanovun,  Mixeil 

Cavaxişvilinin  barelyefləri,  abidələri  ucalır.  Nizami,  Nəsimi, 

Füzuli,  Xudu  Borçalı,  M.F.Axundov,  Nəriman  Nərimanov,  Ab-

dulla  Şaiq,  Sabir,  Məmmədəmin  Rəsulzadə,  Kərim  Şərifov, 

Səməd  Vurğun,  Əmrah  Aslanov,  Şıxəli  Qurbanov,  Ayvaz 

Həsənov,  Hacımurad  Xəlilov  küçələri  də  var.  Abdulla  Şaiqin 

dədə-baba  ocağında  onun  ev  muzeyi  açılıb.  Məscid,  kilsə, 

mədəniyət  evi,  dəmiryol  stansiyası,  bir  neçə  sənaye 

müəssisəsi,  xəstəxana-poliklinika  kompleksi  var.  Şəhərdə 

hazırda  17875  azərbaycanlı  yaşayır.  3  orta  məktəbdə 

(2005’də  müvafiq  olaraq  229,  528,  87  şagird),  baza 

(doqquzillik)  məktəbində  (210  şagird)  və  internat-məktəbdə 

(605  şagird,  50  müəllim)  tədris  Azərbaycan  dilində  aparılır, 

həmçinin Gürcüstan Dövlət İdarəetmə İnstitutu, Tbilisi Dövlət 

Texniki  Universitəsinin  fakültəsi,  İvane  Cavaxişvili  Dövlət 

Universitəsinin, İlya Çavçavadze Dövlət Universitəsinin filialları 

fəaliyətdədirlər. 

 

Sarvan məscidi 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 55 

 

  AĞƏMMƏDLİ  kəndi  – Rayon mərkəzindən 17 km güney-

də,  dəniz  səviyəsindən  360  m  yüksəklikdə,  Dəvədöy  çayının 

sağ  sahilində,  Babakər  dağının  ətəyində,  Ermənistanla  sər-

həddə.  Əhalisi:  1870’də  53  ailədə  155  nəfər;  1926’da  105 

ailədə 575 nəfər; 2002’də 2867 nəfər (1420 kişi, 1447 qadın). 

Nəsilərindən: Tükəni, Nazarlı, Kərbəlaöyü, Ayvazlı, Qraçlı, Qa-

zaxlı...  İlk  məktəb  1934-də  yaradılıb,  orta  məktəb  (2005’də 

504 şagird, 60 müəllim) var. Məşhurları: ictimaiyyətçilər Mux-

tar  Bədəlov, Paşa  Bağırov, Rəhmənsə İbrahimova, Məhərrəm 

Bağırov, Mustafa Məhərrəmov, Nizami Miriyev, veteran müəl-

limlər  İbad  Əliyev,  Kərəm  Tükənov,  Çoban  Musayev,  Əlixan 

Məmmədov,  Cavanşir  Mehdioğlu,  Əşrəf  Tükənov,  Bayram 

Allahyarov,  profesörlar  Şəmistan  Bağırov,  Mahal  Tükənov, 

şair-publisistlər  Eyvaz  Borçalı,  Kamran  Mehdi,  hüquq-mühafi-

zə  işçisi  Mehrab  Tükənov,  polkovnik  Malik  Musayev,  sazbənd 

Dünyamalı, sazbənd Elbəyi, şair Kamran Mehdi vb. 



 

  AĞQULA  kəndi  –  Rayon  mərkəzindən  26  km  güneydə, 

dəniz 


səviyəsindən 

630 


yüksəklikdə, 

Gürcstanla 

Ermənistanın  sınırında.  Toponim  Bulqarların  qıpçaq  tirəsi  Kol, 

Qafqaz  Albanyasındakı  Kel,  Qıpçaq-qarapapaqların  Kul 

tayfalarını  xatırladır.  El  arasında  Ağqüllə  də  deyilir.  Əhalisi: 

1926’da  25  ailədə  109  nəfər;  2002’də  150  nəfər.  Məşhurları: 

ictimaiyyətçi  Aydın  Məmmədv,  professorlar  Nurəddin  Baba-

yev,  Asəf  Süleymanov,  alimlər  Vidadi  Mustafayev,  Mehralı 

Məmmədov,  Seyran  Babayev,  yazıçı,  alim  Arif  Əmrahoğlu, 

veteran müəllim Lətif Mustafayev vb. 

 

  AXLILƏLƏ  kəndi  –  Borçalı  çökəyində,  Dəvədöy  çayının 

sol  sahilində,  rayon  mərkəzindən  26  km  güneydə,  Marneuli–

Sadaxlı  avtomobil  yolunun,  Tbilisi–Sadaxlı  dəmiryolunun 

kənarında,  dəniz  səviyəsindən  410  m  yüksəkdə.  Əhalisi: 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 56 

1870’də  14  ailədə  94  nəfər;  1926’da  42  ailədə  182  nəfər; 

2002’də təxminən 330 ailədə 805 nəfər (415 kişi, 390 qadın). 

Təməl məktəb (2005’də 172 şagird, 19 müəllim) fəaliyətdədir. 

Məşhurları:  ağsaqqallar  Pənah  Poladov,  Dursun  kişi,  şair 

Qulamhüseyn Borçalı, ictimaiyətçi Vaqif Rzayev vb. 



 

  AXLIMAHMUDLU  kəndi  –  Borçalı  çökəyində,  Dəvədöy 

çayının  sol  sahilində,  rayon  mərkəzindən  12  km  güneydə, 

dəniz  səviyəsindən  340  m  yüksəklikdə.  Əhalisi:  1870’də  26 

ailədə  174  nəfər;  1926’da  44  ailədə  194  nəfər;  2002’də  758 

nəfər (375 kişi, 383 qadın). İlk məktəb  1936-cı ildə yaradılıb, 

indi  təməl  məktəb  (2005’də  147  şagird,  20  müəllim) 

fəaliyətdədir.  Məşhurları:  Seyid  Rza,  Seyid  Mirzağa,  Seyid 

Hüseyn,  Seyid  Məhəmməd,  Seyid  Miri,  Seyid  İsmayıl, 

Kərbalayı Əsəd, ustad aşıq Dədə Əmrah vb. 

 

  ALGET  (Meçidli  Görarxı)  kəndi  –  Alget  çayının  sol 

sahilində,  rayon  mərkəzindən  7  km 

cənub-şərqdə,  dəniz  səviyəsindən 

360  m  yüksəklikdə.  Görarxı  elatının 

ən  böyük  eli,  mərkəzi.  Görarxının 

əzəl  adları  Əmirxaslı,  Əmirli  olub. 

Gürcüstan  Dövlət  Arxivində  19-cu 

əsrə  aid  Borçalının  Əmirxaslı  kən-

dində  köçürülmüş  16-cı  əsr  müəllifi 

Məhyəddin  Məhəmməd  Bərdəlinin 

«Hədaiq»  əsəri  saxlanır.  İndi  də 

burada  iri  məhəllələrin  birinə  Əmirli, 

digərinə Kolayır məhəllələri deyilir. İri 

arx (kanal) çəkiləndən sonra Görarxı adlanmışdı. 1959-cu il  3 

avqust  tarixli  fərmanla  Alget  adlanıb.  İndi  ayrı-ayrı  kəndlərə 

(Alget, Əzizkənd, Hacıisəkənd, Sabirkənd,  Təzəkənd) bölünsə 

də,  el  arasında  yenə  Görarxı  kimi  tanınır.  Buradakı  məscid 

 

Görarxı məscidi 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə