 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 57 

1590-cı  ildə  Şah  Abbasın  hökmüylə  tikilmişdi,  1882-ci  ildə 

Hacı  Əli  Hacıoğlunun  xərcilə  bərpa  edilmişdi.  Çox  vaxt  bu 

elata  Meçidli-Görarxı  deyilir.  Əhalisi:  1728-ci  ildə  28  ailə; 

1870’də  270  ailədə  1770  nəfər;  1878-ci  ildə  1470  nəfər; 

1886-cı  ildə  259  ailədə  1156  nəfər;  1918’də  6249  nəfər 

(Böyük Görarxıda 2126, Bala Görarxıda 687, Mülklü-Görarxıda 

3436  nəfər);  1926’da  325  ailədə  2378  nəfər;  2002’də  cəmi 

Görarxı  elatında  təxminən  16000  nəfər.  Görarxıda  dünyəvi 

məktəbin tarixi 1910-cu ildən başlanır, hazırda Alget kəndində 

2  orta  məktəb  (2005’də  müvafiq  olaraq  452  şagird,  36 

müəllim və 327 şagird, 28 müəllim) fəaliyətdədir. 1 saylı mək-

təb  Teymurxan  Çovdarovun  adını  daşıyır.  Əhalisi:  2002’də 

1323  ailədə  5017  nəfər  (2498  kişi,  2519  qadın).  Məşhurları: 

cahan  pəhləvanı  sirk  ustası  Rəşid  Yusifov,  dövlət  xadimi 

Ayvaz Həsənov, Azərbaycanın Gürcüstanda səfiri olmuş Ramiz 

Həsənov, ağsaqqallar Almaz Həsənov, Həsən Həsənov,  əmək 

qəhrəmanı,  SSRİ  Ali  Sovetinin  deputatı  olmuş  Sona 

Verdiyeva,  Gürcüstan  Parlamentinin  deputatı  Allahverdi 

Hümbətov,  əmək  veteranı  Tapdıq  İsmayılov,  profesorlar  Gür-

cüstanda Azərbaycan məktəblərinin tarixinin tədqiqçisi Novruz 

Bayramov,  İlyas  İsmayılov,  İsmixan  İsmayılov,  İsmayıl 

Aslanov, Əli Nəsibov, təhsil təşkilatçıları Teymurxan Çovdarov, 

Bayram  Hacıyev,  İsa  Aslanov,  Oruc  Nəsibov,  ictimaiyətçilər 

Hacımurad  Xəlilov,  İsmayıl  Xəlilov,  Nəriman  Qarayev,  David 

Əhmədov,  Əhməd  İsmayılov,  "Şərəf"  ordenlilər  Ziyadxan 

Gərəkov,  Əli  Həsənov,  din  xadimi  Rasim  Məmmədov,  aşıqlar 

Ayvaz, Qərib, Qurbanəli, Bayram, şair Abbas Məmmədov vb.  



 

 ALGET kəndi (Kürüstü). – Uzun illər üzümçülük təsərrüfatı 

yerləşdiyindən  Sovxoz  da  deyilib.  Əhalisi:  2002’də  156  ailədə 

690 nəfər. Məşhurları: SSRİ Ali Sovetinin deputatı olmuş Flora 

Dəmirçiyeva,  veteranlar  Məmməd  Yüzbaşov,  Kamal  Qarayev, 

ictimaiyətçi Əli Yüzbaşov  vb. 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 58 

 

  AMBAROVKA  kəndi  –  Kür  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən 22 km gündoğarda, Tbilisi–Sınıqkörpü avtomobil 

yolundan  3  km  aralıda,  dəniz  səviyəsindən  350  m 

yüksəklikdə.  Nadir  şahın  mənsub  olduğu  Ambar  tayfasıyla 

ilgili  ola  bilər.  19-cu  əsrdə  pristavlıq  olub.  Tarixi  məxəzlərdə 

kəndin  adına  Qəmbərli,  Yağılca,  Ambarlı  şəklində  də  rast 

gəlinir. Əhalisi: 1870’də 14 ailədə 94 nəfər; 1918’də 86 nəfər; 

1926’da 21 ailədə 133 nəfər; 2002’də 559 nəfər (291 kişi, 260 

qadın).  İbtidai  məktəb  (2005’də  52  şagird,  4  müəllim)  var. 

Məşhurları:  veteran  müəllim  İsmayıl  İsmayılov,  ağsaqqal  Alı 

Dünyamalıyev,  hüquq-mühafizə  işçisi  polkovnik  Əmirxan 

Dünyamalıyev,  jurnalist  İslam  Əliyev,  şair  Mülkədar  Nadir, 

ictimaiyətçilər  Vaqif  İsmayılov,  Ziyadxan  Nadiroğlu,  Sərdar 

Dünyamalıyev,  Saleh  Nadiroğlu,  Məzahir  Xəlilov,  şairlər  İbra-

himxəlil Bayramov, Əli Balakişiyev vb. 

 

  ARAPLI  kəndi  –  Dəvədöy  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  10  km  güneydə,  Marneuli–Sınıqkörpü  avtomobil 

yolunun  kənarında,  dəniz  səviyəsindən  340  m  yüksəklikdə. 

Qarapapaq  tirəsi  Arpalı  adıyla  ilgiləndirilir.  1827-ci  ildə  arap-

lıların  bir  qismi  ruslara  boyun  əyməyərək,  Sulduz  mahalına 

köçüb.  Yaxındakı  köhnə  qəbiristanlıqda  qoç,  at  abidələri  var. 

Əhalisi:  1870’də  64  ailədə  429  nəfər;  1926’da  61  ailədə  258 

nəfər; 


2002’də 

1118 


nəfər. 

Məktəb 


1919-cu 

ildən 


fəaliyətdədir,  indi  orta  məktəb  (2005’də  188  şagird,  24 

müəllim)  var.  Məşhurları:  el  ağsaqqalları  Əkbər  Mustafayev, 

Qənbər  Mehrəliyev,  Mehman  Qarayev,  Qayıbqulu  Ələkbərov, 

yazıçı-jurnalist Yaşar Vəliyev vb. 



 

  BAYDAR  kəndi  –  Borçalı  çökəyində,  Xram  çayının  sol 

sahilində,  rayon  mərkəzindən  11  km  cənub-şərqdə,  dəniz 

səviyəsindən  330  m  yüksəklikdə.  Toponim  ağ  hunlar 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 59 

tirələrindən  Padar  tayfasının,  qədim  Baydar  türk  qövmü  ilə 

ilgili  ola  bilər  (bu  tayfa  adı  indi  monqollarda,  Krım 

tatarlarında,  başqırdlarda,  qazaxlarda  qalıb).  Kəndin  adına 

"Baydareli" şəklində 16-cı əsrin məxəzlərində rastlaşırıq. 18-ci 

əsrdə  kənd  ayrıca  Baydar  sultanlığının  mərkəzi  olub.  Əhalisi: 

1870’də 61 ailədə 409 nəfər; 1918’də 528 nəfər; 1926’da 160 

ailədə  582  nəfər;  2002’də  270  ailədə  1236  nəfər  (636  kişi, 

600  qadın).  Məktəbin  tarixi  1921-ci  ildən  götürülür;  indi 

Osman  Çobanov  adına  Baydar  orta  məktəbi  (169  şagird) 

fəaliyətdədir.  Məşhurları:  şair  Leyli  Əzizbəy  qızı,  ağsaqqallar 

Mehdi  ağa  Sultanov,  Sultan  nənə,  Əhməd  Çobanov,  veteran 

müəllim  Paşa  Sultanov,  aşıq  Dəllək  Söyün,  Molla  Mikayıl, 

jurnalist Şərif Kərimli, ictimaiyətçi Osman Çobanov vb. 



 

  BAYTALLI  kəndi  – Dəvədöy çayı sahilində, rayon mərkə-

zindən  20  km  güneydə,  dəniz  səviyəsindən  355  m  yüksəkdə. 

Əhalisi: 1870’də 11 ailədə 74 nəfər; 1926’da 19 ailədə 51 nə-

fər; 2002’də 120 ailədə 400 nəfər. Təməl məktəb (68 şagird) 

var. Məşhurları: ağsaqqal İbrahim Osmanov, hüquq-mühafizə 

işçisi Kamal İbrahimov, ictimaiyətçi Zahid Quluzadə vb. 



 

  BƏYTƏRƏFÇİ  kəndi  –  Dəvədöy  çayının  sağ  sahilində, 

Gürcüstan–Ermənistan  sərhəd  zolağının  yaxınında,  rayon 

mərkəzindən  24  km  güneydə,  dəniz  səviyəsindən  410  m 

yüksəkdə.  Əhalisi:  1870’də  21  ailədə  141  nəfər;  1926’da  33 

ailədə  140  nəfər;  2002’də  120  ailədə  483  nəfər.  Təməl 

məktəb var. 



 

  BƏYLƏR  kəndi  –  Xram  çayının  sahilində,  rayon 

mərkəzindən  9  km  cənub-qərbdə,  dəniz  səviyəsindən  360  m 

yüksəklikdə.  Oğuzsoylu  baylarla  bağlı  ola  bilər.  Əhalisi: 

1870’də  Böyük  Bəylərdə  20  ailədə  134  nəfər,  Bala  Bəylərdə 

17  ailədə  114  nəfər;  1918’də  Böyük  Bəylərdə  71  nəfər,  Bala 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə