 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 66 

 

  KEŞƏLİ  kəndi  –  Borçalı  çökəyində,  Kürün  sağ  qaşında, 

rayon  mərkəzindən  25  km  gündoğarda,  Tbilisi–Sınıqkörpü 

avtomobil  yolunun  kənarında,  dəniz  səviyəsindən  320  m 

yüksəklikdə.  Dəmirçihasanlı  elatına  aiddir.  Tarixi  qaynaqlarda 

Ağkeşəli və Qarakeşəli adlarıyla anılır. Əhalisi: 1728-ci ildə 19 

ailə;  1870’də  Qarakeşəlidə  11  ailədə  74  nəfər,  Ağkeşəlidə  77 

ailədə  637  nəfər;  1886-cı  ildə  Qarakeşəlidə  12  ailədə  130 

nəfər,  Ağkeşəlidə  54  ailədə  406  nəfər;  1926’da  Böyük 

Keşəlidə  113  ailədə  602  nəfər,  Bala  Keşəlidə  24  ailədə  198 

nəfər;  2002’də  1020  ailədə  3322  nəfər  (1694  kişi,  1628 

qadın).  Məktəb  tarixi  1926’dan  başlanır,  hazırda  orta  məktəb 

(2005’də  626  şagird,  43  müəllim)  fəaliyətdədir.  Keşəi 

nəsillərindən:  Qıllıözdü,  Ələmdəri,  Əfəndiöyü  (Mollalar), 

Həbbəöyü,  Qavıllar  (Əysilli),  Qaraçuxalı,  Kosalar,  Şıxıöyü, 

Xasıllı,  Əsdəməzli,  Xələflər,  Çoyuşlar,  Hürüöyü,  Təhməzöyü 

Navağallı,  Alıbəyli  (Eminli),  Mollaöyü  (Yedyarlı),  Goyallı, 

Bağıllı, Gənəçiöyü, Cırcırlı, Kamıllı, Xaaloğlu, Xıdırlar, Bədəllər, 

Qaraçöplü,  Eycələr  vb.  Məşhurları:  ağsaqqallar  Cırcıroğlu 

Söyün,  Hacı  Qarabağ,  Yusub  Hüseynoğlu,  əmək  qəhrəmanı 

Camal  İsayev,  Səməd  Mollaəhmədoğlu,  Məhəmməd  İsaoğlu, 

İslam Yusuboğlu, el igidi İsa İsayev, şairlər Bahadır Paşaoğlu, 

"Şərəf"  ordenli  Dərviş  Osman  (Əhmədoğlu),  Əliyar  Cəlaloğlu, 

aşıq  Ziyəddin,  profesorlar  Cümşüd  Əhmədov,  Valeh  Əh-

mədov,  Gürcüstandakı  toponimlərimizin  tədqiqçisi  professor 

Mahmud Hacıxəlilli, polkovnik Yunis  Əfəndiyev, ictimaiyətçilər 

Kamandar Yusubov, Sərdar Yusubov vb. 



 

  KƏPƏNƏKÇİ  kəndi  –  Kür  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən 25 km gündoğarda, Tbilisi–Sınıqkörpü avtomobil 

yolunun kənarında, dəniz səviyəsindən 290 m yüksəklikdə. Bu 

toponimin  qədim  Pəçənək  türk  tayfasının  Kapan/Kəpən  qolu 

ilə  bağlılığı  düşünülür.  Dəmirçihasanlı  elatına  aiddir.  Tarixi 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 67 

qaynaqlarda 

Kəpənəkçi-Dəmirçihasanlı 

kimi 


soraqlanır, 

Kürüstü-Kəpənəkçi deyilir.  1950-ci  illərə qədər Dəmirçihasanlı 

nahiyəsinin  və  kənd  sovetliyinin  mərkəzi  olub.  Əhalisi:  1803-

cü  ildə  165  ailədə  500  nəfər;  1870’də  61  ailədə  409  nəfər; 

1886-cı  ildə  49  ailədə  360  nəfər;  1926’da  135  ailədə  480 

nəfər;  2002’də  318  ailədə  1383  nəfər  (711  kişi,  672  qadın). 

Orta  məktəb  (2005’də  235  şagird,  26  müəllim)  var. 

Məşhurları:  veteran 

müəllimlər  Xoca  Əfəndi,  Həmzə 

Məmmədov,  ağsaqqal  Osman  Sadıqoğlu,  Yəhya  Mehdioğlu, 

İsrafil Mehdiyev, kamil ustad aşıq Əmrah Gülməmmədov, Ka-

mandar  Əfəndiyev,  profesorlar  Cavid  Xıdırov,  Qəhrəman  Bin-

nətov, Məhəbbət Məmmədov, Aydın Məmmədov,  şair Rövşən 

Nəsiboğlu,  aşıq  Əflatun  Kamandaroğlu,  Ramin  Qarayev, 

maarifçi  İmdad  Əfəndiyev,  Bahadır  İsmayılov,  ictimaiyətçilər 

Rüstəm  Dəmirçiyev,  Suddarxan  Kazımov,  Alı  Eminov, 

xeyriyəçi  İlqar  Eminov  vb.  Dəmirçihasanlı  (Kürüstü-Kə-

pənəkçi)  elatı  barədə  "Kürüstü  Dəmirçihasannı"  etnoqrafik 

kitabı 

çap 


olunub. 

Rövşən 


Nəsiboğlunun, 

Rüstəm 


Dəmirçiyevin,  Suddarxan  Kazımovun  "Kökdən  Budağa"  kitabı 

bu kənd haqqındadır. 



 

  KİRƏC-MUĞANLI  kəndi  –  Xram  çayının  sağ  sahilində, 

Babakər  dağı  ətəklərində,  üç  cümhuriyyətin  -  Gürcüstan, 

Azərbaycan,  Ermənistanın  qovuşuq  nöqtəsində,  rayon 

mərkəzindən  40  km  güney-gündoğarda,  Marneuli–Sınıqkörpü 

avtomobil 

yolunun 


kənarında, 

Sınıq 


Körpünün 

500 


metrliyində,  dəniz  səviyəsindən  280  m  yüksəklikdə.  Əhalisi: 

2002’də  1155  nəfər  (579  kişi,  576  qadın).  Məktəb  1923-cü 

ildə  yaradılıb,  Ənvər  Hüseynov  adına  orta  məktəb  (2005’də 

211 şagird, 23 müəllim) fəaliyətdədir. Məşhurları: şairlər Molla 

Eyyub,  "Molla  Nəsrəddin"  jurnalında  satiralarıyla  çıxış  etmiş 

Mirzə  Həsən  Məcruh,  Tiflis  Qızlar  Seminaryası  məzunu  Sayalı 

Məmmədova,  ədəbi  tənqidçi  Abbas  Kirəcli,  alim  Sabir 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 68 

Məmmədov,  ictimaiyətçi  Allahverdi  İsmayılov,  şəhid  Vəfadar 

Eminov vb. 

 

 KOSALI kəndi – Borçalı çökəyində, Kür və Alget çaylarının 

qovuşuğunda, rayon mərkəzindən 30 km gündoğarda, Tbilisi–

Sınıqkörpü  avtomobil  yolunun  kənarında,  dəniz  səviyəsindən 

290 m yüksəklikdə. İki qismə bölünür: Birinci-Kosalı və İkinci-

Kosalı.  Əhalisi:  1870’də  95  ailədə  637  nəfər;  1926’da  171 

ailədə  734  nəfər;  2002’də  Birinci-Kosalıda  480  ailədə  1622 

nəfər  (801  kişi,  821  qadın),  İkinci-Kosalıda  465  ailədə  1587 

nəfər  (795  kişi,  792  qadın).  Məscid,  mədrəsə  var.  Məktəb 

1923-cü  ildə  yaradılıb,  hər  iki  kənddə  orta  məktəblər  var 

(2005’də  müvafiq  olaraq  246  şagird  və  206  şagird). 

Məşhurları:  İsa  Sultan,  Hacı  Əhməd  Sultan,  el  ağsaqqalı  Dəli 

Əhməd,  Nəsib baba, şair  Sədi bəy Arif Müftizadə,  əmək qəh-

rəmanları  Zilli  (Ziyad)  Eminov,  Mustafa  Əliyev,  veteran 

müəllimlər  Rüxsarə  Əliyeva,  Minayət  Eminova,  profesorlar 

Məhəbbət  Məmmədov,  Bilal  Əfəndiyev,  ağsaqqal  Muxtar 

Əliyev, həkim Tahir Eminov, pəhləvan Həvillah vb. 



 

  KÜRTLƏR  kəndi  –  Borçalı  çökəyində,  Xram  çayının  sol 

sahilində,  rayon  mərkəzindən  20  km  gündoğarda,  dəniz 

səviyəsindən  330  m  yüksəklikdə.  Təklə/Təkəli  tayfasının  bir 

qolu  olan  Qurdlar/Kürtlər  tirəsinin  adını  yaşadır.  Əhalisi: 

1918’də 442 nəfər; 1870’də 93 ailədə 613 nəfər; 1926’da 167 

ailədə  556  nəfər;  2002’də  450  ailədə  1711  nəfər  (839  kişi, 

872  qadın).  Məktəbin  tarixi  1920-ci  ildən  başlanır,  indi  orta 

məktəb  (2005’də  247  şagird,  37  müəllim)  fəaliyətdədir. 

Məşhurları:  Hacı  Vəli,  Mikayıl  kişi,  Ələsgər  Heydərov, 

müharibə  qəhrəmanı,  Mehdi  Hüseynzadənin  (Mixaylonun) 

silahdaşı  Şamil  Bayramov,  SSRİ  Ali  Sovetinin  deputatı  olmuş 

Tamam  Abdullayeva,  veteran  müəllimlər  Həsən  Xeyirli,  Xalid 

Hüryənov,  İsmayıl  Xanzadə,  profesorlar  Teymur  Novruzov, 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə