 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 24 

6  km  güneydə,  dəniz  səviyəsindən  510  m  yüksəkdə.  Əhalisi: 

1870’də  18  ailədə  120  nəfər;  1926’da  24  ailədə  102  nəfər; 

2002’də 165 ailədə 530 nəfər,  2006'da  122  ailədə  537 nəfər. 

Məktəbin  tarixi  1932-ci  ildəndir.  İndi  ibtidai  məktəb  fəaliyət-

dədir. 


 

  MOLLA-ƏHMƏDLİ  kəndi  –  Maşaver  və  Xram  çaylarının 

qovuşuğunda,  rayon  mərkəzindən  28  km  gündoğar  səmtdə, 

dəniz  səviyəsindən  400  m  yüksəklikdə.  Əhalisi:  1870’də  5 

ailədə 34 nəfər; 1926’da 9 ailədə 54 nəfər; 2002’də 43 ailədə 

192  nəfər  (87  kişi,  105  qadın),  2006'da  43  ailədə  148  nəfər. 

İlk məktəb 1933-cü ildə yaradılıb, indi ibtidai məktəb (2005’də 

3  sinifdə  14  şagird)  fəaliyətdədir.  Məşhurları:  profesorlar 

Əflatun Orucov, Telman Quluyev vb. 



 

 MUSOPRİAN (Babakişilər)  kəndi  – Rayon mərkəzindən 

16  km  günbatar  səmtdə,  dəniz  səviyəsindən  760  m  yük-

səklikdə.  Məxəzlərdə  Musapirilər  kimi  gedib.  Babakişilər  vəya 

Nazaroğlu  da  deyilir.  Əhalisi:  1870’də  5  ailədə  34  nəfər; 

1918’də 228 nəfər; 1926’da 32 ailədə 288 nəfər; 2002’də 222 

ailədə  724  nəfər,  2006'da  185  ailədə  721  nəfər.  İlk  məktəb 

1931-ci  ildə  yaradılıb.  Təməl  məktəb  (2005’də  9  sinifdə  74 

şagird)  fəaliyətdədir.  Məşhurları:  alimlər  "Gürcüstanın  türk 

mənşəli  toponimləri"  kitabının  müəllifi  Xəlil  Əliyev,  Tapdıq 

İmanov,  Əhməd  Cəfərov,  Vüqar  Qurbanov,  maarifçi  Araz 

Abbasov vb. 

 

  POLADAUR  (Çatax)  kəndi  –  Bolnisçayın  sol  sahilində, 

rayon  mərkəzindən  16  km  güneydə,  dəniz  səviyəsindən  750 

m  yüksəklikdə.  1951-ci  il  6  sentyabr  tarixə  qədərki  rəsmi  adı 

Çataxdır.  Əhalisi:  2002’də  495  nəfər  (63%  –  311  nəfər 

azərbaycanlı). İbtidai məktəb var. 

 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 25 

  SAMSEVRİS  kəndi  –  Şəmşiöyü  deyilir.  Bolnisçayın  sağ 

sahilində,  rayon  mərkəzindən  16  km  güneydə,  dəniz 

səviyəsindən  640  m  yüksəklikdə.  Yaxında  tunc  dövrünə  aid 

arxeoloji  materiallar,  7-ci  əsrə  aid  memarlıq  abidəsi 

aşkarlanb.  Əhalisi: 2002’də  100 ailədə 361 nəfər, 2006'da 58 

ailədə  360 nəfər. Məktəb  1932-ci  ildə  açılıb, indi ibtidai  mək-

təb  (4  sinifdə  21  şagird)  fəaliyətdədir.  Məşhurları:  zurnaçı 

İsrafil vb.  



 

  SARALLAR  kəndi  – Maşaver çayının sağ sahilində, rayon 

mərkəzindən  3  km  qərbdə,  dəniz  səviyəsindən  690  m 

yüksəklikdə.  Qıpçaq-qarapapaq  mənşəli  Saral  tayfası  ilə 

bağlıdır.  Əhalisi:  1918’də  115  nəfər;  1926’da  20  ailədə  155 

nəfər;  2002’də  108  ailədə  501  nəfər  (248  kişi,  253  qadın), 

2006'da 119 ailədə 503 nəfər. İlk məktəb 1930-cu ildə açılıb, 

indi təməl məktəb (2005’də 9 sinifdə 73 şagird) fəaliyətdədir. 

Məşhurları:  ağsaqqallar  Əmiraslan Hüseynoğlu, Şəmistan Hü-

seynov,  xeyriyəçi  Almədəd  Xasıyev,  veteran  müəllim  Əmir 

Mursaqulov, aşıq Əmir vb. 



 

  SARACLI  kəndi  –  Sağsağançayın  sağ  sahilində,  rayon 

mərkəzindən  22  km  şərqdə,  dəniz  səviyəsindən  510  m 

yüksəklikdə. Qıpcaq-Qazax Qarapapaqların Saraclı elinin adını 

daşıyır.  Orta əsrlərdə  Osmanlıda tayfalardan biri  Saraçlı olub. 

Gündoğar səmtdə erkən tunc dövrünə aid arxeoloji məskəndə 

saxsıdan  qara  pardaqlı,  əzmə  naxışlı,  göy  cismləri  təsvirli 

qablar  tapılıb.  Yaxında  6–8-ci  əsrlərə  aid  salon  formalı  kilsə 

aşkarlanıb.  Üst  tərəfində  Qara  Qaya  ucalır.  İnzibati  ərazisi: 

2400 hektar. Əhalisi: 1870'də 161 ailədə 1079 nəfər; 1886'da 

143  ailədə  1026  nəfər;  1926'da  316  ailədə  1438  nəfər; 

2002'də  758  ailədə  2841  nəfər  (1391  kişi,  1450  qadın), 

2006'da  728  ailədə  2217  nəfər.  Dünyəvi  məktəb  tarixi  1919-

cu  ildəndir,  indi  orta  məktəb  (2006'da  18  sinifdə  329  şagird) 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 26 

var.    Süleyman  Çobanovun  "Mənim  əzəl,  gözəl  Saraçlım" 

kitabı  bu  kəndə  həsr  olunub.    Məşhurları:  el  ağsaqqalı  Paşa 

ağa Naibzadə, sərrac Vahid, Cümşüd Bayramov, aşıqlar Sabir, 

Teymur,  el  şairləri  Hüseyn,  Əhməd,  müharibə  qəhrəmanları 

İsa Hüseynov, Məmməd Səfərov, Məhəmməd Mirzəyev, əmək 

qəhrəmanları  Gülxanım  Mirzəyeva,  Omar  Orucov,  Yaşar 

Nazıyev,  Məhəmməd  Abdullayev,  Paşa  Hüseynov,  məşhur 

ustad aşıq Hüseyn Saraclı, akademik Zahid Xəlilov, profesorlar 

Abdulla  Mehrabov,  Yaşar  Nazıyev,  Əflatun  Saraclı,  Zülümxan 

Musayev,  Binəli  Musayev,  Biləndər  Allahverdiyev,  Həmdulla 

Mehrabov,  Yadigar  Hüseynov,  Gürcüstanın  əməkdar  hüquq-

şünası  Nəsib  Hacıyev,  ictimaiyətçilər  Mahmud  Nəbizadə, 

Məmməd  Nəbizadə, Nəbi Nəbizadə, Fikrət Süleymanoğlu, Sü-

leyman  Çobanov,  Kərəm  Bədəlov,  Rəşid  Qərənizadə,  İlqar 

Hacıyev,  şairlər  Nizami  Saraçlı,  Tariyel  Qəribli,  İntizam,  Tofiq 

Qaraqaya, Dəyanət  Osmanlı, Dilsuz Musayev, zurnaçı Əhməd 

Bədəlov, pəhləvan Söhrab Bayramov vb. 



 

  SƏNƏB  kəndi  –  Xram  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  13  km  qərbdə.  Əhalisi:  1918'də  41  nəfər; 

1926'da  8  ailədə  36  nəfər;  2002'də  37  ailədə  157  nəfər, 

2006'da  104  ailədə  164  nəfər.  İlk  məktəb  1937'də  yaradılıb, 

ibtidai  məktəb  fəaliyətdədir.  Məşhurları:  veteran  müəllim  Ay-

dın Məmmədov, hüquq-mühafizə işçisi Salman Musayev vb. 



 

  SİSQALA  kəndi  –  Sayalıoğlu  deyilir.  Avtomobil  yolu 

kənarında,  dəniz  səviyəsindən  620  m  yüksəkdə.  Türkcə  sis 

(yarıq, quyu) və qala sözlərindəndir. Əhalisi: 1870'də 9 ailədə 

60  nəfər;  1918'də  178  nəfər;  1926'da  30  ailədə  172  nəfər; 

2002'də  181  nəfər,  2006'da  134  ailədə  513  nəfər.  Məktəbin 

tarixi  1930-cu  ildən başlanır. Məşhurları:  Gürcüstanda yüksək 

vəzifələr tutmuş Mehralı Abbasov, veteran müəllim İslam Mu-

sayev, el şairi Çoban Rəşid vb. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə