 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   2   3   4   5   6   7   8   9   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 15 

hündürlükdə.  Əhalisi:  1918’də  109  nəfər;  1926’da  20  ailədə 

109 nəfər; 2002’də 95 ailədə 359 nəfər (172 kişi, 187 qadın), 

2006'da 96 ailədə 350 nəfər. İlk məktəb 1932-ci ildə yaradılıb. 

Təməl  məktəb  (2006’da  9  sinifdə  66  şagird)  fəaliyətdədir. 

Məşhurları: ağsaqqallar Mədəd İbrahimov, Nəbi Qarallı, müəl-

limlər  Cəlal  Osmanov,  Həmid  Şabanov,  hüquq-mühafizə  işçi-

ləri  Tofiq  Şahbazov,  Rasim  Şahbazov,  ictimaiyətçilər  Nəbi 

Şahbazov,  Əjdər  Məmmədov,  alimlər  Ənvər  Şabanov,  İbad 

Əhmədov, Əlövsət Osmanlı vb. 



 

  ƏSMƏLƏR  kəndi  –  Maşaver  çayının  sol  sahilində, 

avtomobil  yolunun  kənarında,  rayon  mərkəzindən  7  km 

gündoğarda, dəniz  səviyəsindən 450 m hündürlükdə. Əhalisi: 

1870’də 6 ailədə 40 nəfər; 1918’də 66 nəfər; 1926’da 8 ailədə 

43 nəfər; 2002’də 91 ailədə 286 nəfər, 2006'da 91 ailədə 268 

nəfər.  İbtidai  məktəb  (2005’də  4  sinifdə  9  şagird) 

fəaliyətdədir.  Məşhurları:  alimlər  Şakir  Xəlilov,  Kamal 

Gülməmmədov vb. 



 

  FAXRALI  kəndi  –  Talaver  çayının  sahilində,  rayon 

mərkəzindən  19  km  gündoğarda,  dəniz  səviyəsindən  560  m 

hündürlükdə.  Yaxınlıqda  qədim  abidələr,  səkkizayaqlı  kilsə, 

qəbirüstü  yazılar,    17-ci  əsrin  yadigarı  məscid  diqqəti  çəkir. 

Əhalisi:  1870’də  170  ailədə  1139  nəfər;  1926’da  470  ailədə 

2321 nəfər; 2002’də, 1447 ailədə 6891 nəfər (3255 kişi, 3636 

qadın),  2006'da  1568  ailədə  6784  nəfər.  Dünyəvi  məktəb 

1919-cu  ildə  yaradılıb.  Orta  məktəb  (2005’də  26  sinifdə  563 

şagird), iki Təməl məktəb (2005’də müvafiq olaraq 17 sinifdə 

267 şagird və 10 sinifdə 143 şagird) fəaliyətdədirlər. Borçalıda 

saz-söz,  din,  təhsil  ocaqlarından  biridir;  şairə  Fatma  Alı  qızı, 

şair  Polad,  şair  İveylər  Allahverdi,  şair  Güllər  Pəri,  şair  Güllər 

İsmayıl,  şair  Kərbəlayı  Molla  Alı,  şair  Misgin  Nəbi,  Şeyx 

Qurban,  Şeyx  Səlim,  Şeyx  İsgəndər,  Şeyx  Binəli,  təhsil  xa-




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 16 

dimləri  Koxalı  Axund  Hacı  Qazi  Ələsgər,  Mirzə  Rza  Əlizadə, 

Həbib  Əlizadə,  Mirzə  Seyfulla,  Pənah  Mahmudov,  el 

ağsaqqalları 

Təhməzqulu 

Dünyamalıoğlu, 

İman 

Təhməzquluoğlu,  Oruc  ağa,  Hacı  Məmmədəli,  Hacı  Həsən, 



Hacı  Molla  Oruc,  Hacı  Həmid  Kərimov,  Musa  Haqverdioğlu, 

Şərif  Budaqov,  Mehralı  Həsənov,  Aslan  Əliyev,  Məşədi 

Gülməmməd,  el  igidləri  Qara  Namaz,  Qaçaq  Rustam,  Çər-

çioğlu  Hümbət,  Dəli  Eyub,  el  şairləri  Şaban,  Kəbleyi  Qara, 

Hüseyn,  Səkinə  Alməmmədli,  Kərbəlayı  İbrahim,  İsmayıl 

Güllər,  yaradıcı  aşıq  Sarvan  Bayram,  ifaçı  aşıqlar  Dünnü 

(Dünyamalı), Mürsəl, şairlər Əli Səngərli, Məmmədəli Əlləzov, 

Səməndər Məmmədov, Azərbaycan Milli Məclisinin üzvü olmuş 

profesör  Şamil  Qurbanov,  alimlər  Oruc  Piriyev,  Şəmistan 

Mikayılov,  Namaz  Bədəlov,  Əli  Hüseynov,  Hüseynqulu 

Məmmədov,  Tahir  Pənahov,  İbrahim  Əlizadə,  Şamil  Orucov, 

Polad  Poladov,  Vaqif  Nəbiyev,  Əflatun  Həsənov,  Qurban  Qa-

sımov,  Əli  Əlizadə,  əmək  veteranları  Eyvaz  Məmmədov, 

Həsən Qurbanov, Uğurlu Hüseynov, jurnalistlər Hacı Həsənov, 

Məmməd Məmmədov, Dünyamalı Bayramov, Əflatun Amaşov, 

şair-publisist  Rəşid  Faxralı,  folklorçu  Elxan  Məmmədli, 

polkovnik  Bahəddin  Həsənov,  hüquqşünas  vitse-polkovnik 

İsaxan  Aşırov,  incəsənət  işçiləri  Həsən  Həsənov,  Ələddin 

Həsənov,  uşu-sanda  üzrə  dünya  çempionu  Canpolad 

Budaqov,  ictimaiyətçilər  Arif  Əliyev,  Aydın  Qurbanov,  Abbas 

Abbasov, veteran müəllimlər Cümşüd Gülməmmədov, Səyyad 

Allahverdiyev,  həkim  Səməd Məmmədov vb.  Misgin  Nəbinin, 

Şair  Şabanın  şerlər  topluları,  Faxralı  şairlərinin  əsərlərindən 

ibarət  ‘Faxralı  Tək  Ağır  Elim  Var  Mənim’  toplusu,  Hüseynqulu 

Məmmədlinin  ‘Görüm  Faxralının  Biri  Olsun  Beş...’,  Rəşid 

Faxralının ‘Oğuz Eli Faxralı’ kitabları qiymətlidir. 



 

  GÜLƏVER  kəndi  –  Gədi  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  17  km  qərbdə,  dəniz  səviyəsindən  810  m 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 17 

hündürlükdə.  Bulqarların  qıpçaq  tirəsi  kollarla,  alban  tayfası 

kellərlə, qıpçaq-qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını 

düşünmək  mümkündür.  İki  qismə  bölünür:  Yuxarı  Güləver 

[Cipor] və Aşağı Güləver [Gədi–Qeta]. Əhalisi: 1870’də Yuxarı 

Güləverdə  7  ailədə  47  nəfər,  Aşağı  Güləverdə  7  ailədə  47 

nəfər;  1918’də  Yuxarı  Güləverdə  155  nəfər,  Aşağı  Güləverdə 

218  nəfər;  1926’da  Yuxarı  Güləverdə  39  ailədə  231  nəfər, 

Aşağı  Güləverdə  28  ailədə  153  nəfər;  2002’də  Yuxarı 

Güləverdə  117  ailədə  522  nəfər,  Aşağı  Güləverdə  173  ailədə 

698  nəfər,  2006'da  Yuxarı'da  117  ailədə  500  nəfər,  Aşağı'da 

150  ailədə  781  nəfər.  Kənddə  (Yuxarı  Güləverdə)  ilk  məktəb 

1930-cu  ildə  yaradılıb.  İndi  Yuxarı  Güləverdə  Təməl  məktəb, 

Aşağı Güləverdə orta məktəb var. Məşhurları: təsərrüfatçı Mü-

seyib  Mirzəyev,  maarifçilər  Mustafa  İsayev,  Fərəməz 

Mehdiyev,  Ziyadxan  Namazov,  Fərəməz  Cəlilov,  profesorlar 

Əliyar  Namazov,  Kərim  Məmmədov,  alim,  Gürcüstanda 

Azərbaycan  şivələrinin  tədqiqçisi  Teymur  Qarayev,  hüquq-

mühafizə işçisi Mərfət Musayev  vb. 

 

  HASANXOCALI  kəndi  –  Maşaver  çayının  sol  sahilində, 

Marneuli–Bolnisi  şose  yolunun  kənarında,  rayon  mərkəzindən 

13  km  gündoğar  səmtdə,  dəniz  səviyəsindən  430  m 

hündürlükdə.  Əhalisi:  1803-cü  ildə  22  ailədə  76  nəfər; 

1870’də 21 ailədə 141 nəfər; 1918’də 180 nəfər; 2002’də 264 

ailədə  846  nəfər  (437  kişi,  409  qadın),  2006'da  258  ailədə 

794  nəfər.  Dünyəvi  təhsil  ocağı  1921-ci  ildən  fəaliyətdədir. 

İndi  Təməl  məktəb  var.  Məşhurları:  maarifçilər  Yusif  Əfəndi 

Allahyarzadə,  Ramiz  Məmmədəlizadə,  Məhərrəm  İsmayılov, 

şair Bəhram Mehdi vb. 



 

  İMİRHƏSƏN  kəndi  –  Maşaver  çayının  sağ  sahilində, 

rayon  mərkəzindən  13  km  gündoğarda,  Tbilisi–Qazret 

dəmiryolunun 

kənarında, 

dəniz 

səviyəsindən 



470 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə