 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 30 

1180  m  yüksəklikdə.  Baxçalar  yer  adı  1701-ci  ilin  sənədində 

xatırlanır.  Əhalisi:  1721-ci  ildə  25  ailə;  1870’də  4  ailədə  27 

nəfər;  1926’da  15  ailədə  104  nəfər;  2002’də  149  nəfər  (69 

kişi,  80  qadın),  2006'da  35  ailədə  146  nəfər.  İlk  məktəb 

1926’da yaradılıb. İbtidai məktəb (10 şagird) fəaliyətdədir. 



 

  BƏZƏKLİ  kəndi  –  Qarasu  çayının  sol  sahilində,  rayon 

mərkəzindən 8 km cənub-qərbdə, dəniz səviyəsindən 1280 m 

yüksəklikdə.  Bozox–bozoğluları  türk  tayfasının  adının  təhrifi 

olduğu  düşünülür.  Əhalisi:  1870’də  19  ailədə  159  nəfər; 

1918’də  22  nəfər;  1926’da  Yuxarı  Bəzəklidə  18  ailədə  80 

nəfər,  Aşağı  Bəzəklidə  52  ailədə  325  nəfər;  2002’də  763 

nəfər,  2006'da  252  ailədə  778  nəfər.  Baza  (doqquzillik) 

məktəbi  (113  şagird)  fəaliyətdədir.  Məşhurları:  yüksək 

vəzifələr tutmuş Hacımurad Xəlilov, alim Əli Nəsibov vb. 

 

  ÇOPURALLAR  kəndi  –  Rayon  mərkəzindən  25  km 

qərbdədir.  Yaxınlıqda  son  tunc  və  erkən  dəmir  dövrlərinə  aid 

arxeoloji  materiallar,  o  cümlədən  sak  tipli  döyüş  baltaları, 

tunc  bıçaq  ucları  tapılıb.  Əhalisi:  2002’də  108  nəfər,  2006'da 

50 ailədə 115 nəfər. 

 

  DAĞ  ARIXLI  kəndi  –  Lükün-Şindi  dağının  qərb 

ətəklərində,  rayon  mərkəzindən  12  km  şimal-qərbdə,  dəniz 

səviyəsindən  1460  m  yüksəklikdə.  Bu  toponim  də,  aran 

Arıxlısı  kimi,  qıpçaqların  Arıq  tayfasının,  Orta  Asiyada  qıpçaq 

qaraqalpaqlarda  indi  də  mövcud  olan  Arıq  qövmünün  adını 

əks  etdirə  bilər.  Tarixi  qaynaqlarda  kəndin  adına  Məryəmli 

şəklində  də  rast  gəlinir.  Əhalisi:  1886-cı  ildə  18  ailədə  137 

nəfər;  1926’da  41  ailədə  290  nəfər;  2002’də  711  nəfər  (354 

kişi,  357  qadın),  2006'da  146  ailədə  766  nəfər.  Məktəb 

1926’da açılıb, indi təməl məktəb (97 şagird) var. 



 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 31 

  DAĞ  QIZILHACILI  kəndi  –  Qomaret  yaylasında,  rayon 

mərkəzindən 20 km şimal-qərbdə, dəniz səviyəsindən 1240 m 

yüksəklikdə. Aran-Qızılhacılısı kimi, Dağ Qızılhacılısının da qıp-

caq-qarapapaqlara  bağlı  tayfanın  adındandır.  Kəndin  adına 

19-cu  əsrin  tarixi  qaynaqlarında  Təhməzqulu-Qızılhacılı 

şəklində  rast  gəlinir.  Əhalisi:  1870’də  25  ailədə  168  nəfər; 

1926’da 67 ailədə 423 nəfər; 2002’də 341 nəfər (156 kişi, 185 

qadın), 2006'da 88 ailədə 336 nəfər. İlk məktəb 1930-cu ildə 

yaradılıb, indi təməl məktəb (53 şagird) var. 

 

  DƏLLƏR  kəndi  –  Başkeçid  yaylasında,  Maşaver  çayının 

sağ  sahilində,  rayon  mərkəzindən  4  km  cənub-qərbdə,  dəniz 

səviyəsindən 1160 m yüksəklikdə. Bolnis-Dəllər kəndi kimi, bu 

Dəllər  də  türkmənşəli  tayfalardan  olub,  qazaxlarda,  başqırd-

larda,  noqaylarda,  qaraqalpaqlarda  Tele/Tələ  tayfasının  adını 

əks etdirir.  Əhalisi: 1926’da 31 ailədə 253 nəfər; 2002’də 313 

nəfər  (162  kişi,  151  qadın).  Dünyəvi  məktəb  1923-cü  ildə 

təşkil  edilib,  ibtidai  məktəb  (15  şagird)  fəaliyətdədir. 

Məşhurları: polkovnik Vaqif Sadıxov vb. 

 

  DUNUS  kəndi  – Başkeçid yaylasında, Maşaver çayının sol 

sahilində,  rayon  mərkəzindən  8  km  şərqdədir.  Bu  toponimə 

1536-cı  ilin  sənədlərində  rastlaşırıq.  Əhalisi:  1870’də  8  ailədə 

54  nəfər;  1926’da  26  ailədə  195  nəfər;  2002’də  454  nəfər 

(223  kişi,  231  qadın),  2006'da  135  ailədə  612  nəfər.  Təməl 

məktəb  (84  şagird)  var.  Məşhurları:  veteran  müəllim 

İmanqulu  Nəsibov,    hüquq-mühafizəçisi  Səlimxan  İsmayılov, 

maarifçi Nizami Həsənov vb. 



 

  ƏNGİRƏVAN  kəndi  – Maşaver çayının sağ sahilində, ra-

yon  mərkəzindən  13  km  cənub-şərqdə,  dəniz  səviyəsindən 

1160 m yüksəklikdə. 16-cı əsrin qaynaqlarında Əngirəvan–Sə-

məkürə  yer  adı xatırlanır.  Əhalisi:  1870’də 7 ailədə 48  nəfər; 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 32 

1918’də 103 nəfər; 1926’da 21 ailədə 133 nəfər; 2002’də 162 

nəfər (86 kişi, 76 qadın), 2006'da 46 ailədə 167 nəfər. 

 

  GƏYLİYƏN  kəndi  –  Başkeçid  yaylasında,  rayon  mərkə-

zindən 14 km şərqdə, dəniz səviyəsindən 1340 m yüksəklikdə. 

Əhalisi:  1870’də  23  ailədə  154  nəfər;  1926’da  42  ailədə  305 

nəfər;  2002’də  640  nəfər  (323  kişi,  317  qadın),  2006'da  175 

ailədə  636  nəfər.  Təməl  məktəb  (61  şagird)  fəaliyətdədir. 

Məşhurları: 

profesorlar 

Xaləddin 

İbrahimli, 

Kərəm 


Məmmədov,  veteran  müəllim  Hümbət  Abdullayev,  jurnalistlər 

Mədəd Coşğun, Şamxəlil Məmmədov, Emin Mahmudov vb. 



 

  GÖDƏKDAĞ  kəndi  –  Başkeçid  yaylasında,  rayon 

mərkəzindən 9 km günbatar səmtdə, dəniz səviyəsindən 1450 

m  yüksəklikdə.  Türkmənşəli  Get  tayfasının,  oğuz  soylu 

Gödəkli tayfasının, Xəzərlərin Gödəklər qolunun, qədim  Katak 

tayfasının  adıyla  dağ  sözünün  birləşməsindən  ibarət  olduğu 

hesab edilir. Əhalisi: 1886-cı ildə 16 ailədə 171 nəfər; 1926’da 

26  ailədə  155  nəfər;  2002’də  362  nəfər,  2006'da  118  ailədə 

419 nəfər. İbtidai məktəb var. 



 

  HAMAMLI  kəndi  – Qarabulaq çayının sol sahilində, rayon 

mərkəzindən  9  km  güneydə,  dəniz  səviyəsindən  1160  m 

yüksəklikdə.  Kəndin  güneyində  1  km  aralıda  12-ci  yüzildən 

qalma,  girişi  güneydən  olan  kilsə  və  kiçik  məzarlıq 

aşkarlanmışdır. Əhalisi: 1728-ci ildə 16 ailə; 1870’də 47 ailədə 

409 nəfər; 1918’də 797 nəfər; 1926’da 127 ailədə 858 nəfər; 

2002’də 1596 nəfər (769 kişi, 827 qadın), 2006'da 474 ailədə 

1579  nəfər.  Dünyəvi  məktəb  1922-ci  ildən  var;  hazırda  orta 

məktəb  (249  şagird)  fəaliyətdədir. Məşhurları:  aşıq Sona, saz 

ustası  Məhəmməd  Hamamlı,  din  xadimləri  Hacı  Musa, 

Məhəmməd  Musa  oğlu,  Hacı  Salman  Musayev,  aşıq  Vəkil 

Hamamlı,  hüquq-mühafizə  işçiləri  polkovnik  Şahbaz  Aslanov, 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə