 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   21   22   23   24   25   26   27   28   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 86 

 

 

GÖDƏKLƏR 

kəndi 

–  Zalqa  hövzəsində,  rayon 

mərkəzindən 22 km şimal-qərbdə, dəniz səviyəsindən 1820 m 

yüksəklikdə.  Oğuz  soylu  Gödəkli,  Xəzərlərin  Gödəklər 

tayfalarıyla ilgili ola bilər. Əhalisi: 1870’də 109 nəfər; 1918’də 

187 nəfər; 2002’də 67 nəfər. Məktəb 1924-cü ildəndir, ibtidai 

məktəb (8 şagird) var. 

 

  MİNASAZKƏND  kəndi  –  Zalqa  hövzəsində,  rayon 

mərkəzindən 24 km şimal-qərbdə, dəniz səviyəsindən 1500 m 

yüksəklikdə.  19-cu  yüzildə  Aran-Sarvanındakı  Minasazlı 

kəndindən köçüb burada yurd  salıblar.  Əhalisi:  1886-cı  ildə  5 

ailədə 29 nəfər; 1918’də 38 nəfər; 1926’da 7 ailədə 37 nəfər; 

2002’də  əhali  qalmayıb.  Məktəb  1930-cu  ildə  yaradılmışdı. 

Məşhurları: məşhur publisist Hüseyn Minasazov, həkim Şaxəli 

Minasazov vb. 



 

  TECİS-CULUXLU  kəndi  – Ərcivan  silsiləsinin güneyində, 

rayon  mərkəzindən  23  km 

aralıda,  dəniz  səviyəsindən 

1740  m  yüksəklikdə.  Əhalisi: 

1886-cı  ildə  45  ailədə  372 

nəfər;  1918’də  503  nəfər; 

1926’da  96  ailədə  466  nəfər; 

2002’də  195 

ailədə 

607 


nəfər.  Məktəb  1912-ci  ildə 

yaradılıb,  indi təməl məktəb (45  şagird)  var. Məşhurları:  Qori 

seminaryasının məzunu Ziyad bəy Şərifov, veteran müəllimlər 

Kərim Qarayev, Şahəli Məmmədov vb. 



 

 

 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 87 

 

 

 KAXET DİYARINDA  – Ölkənin şərq zonasıdır. Yor çayının 

orta  və  aşağı  axarları  boyunu,  Alazan  çayı  hövzəsini 

əhatələyir.  Ərazisindən  Yor,  Alazan  çayları  axır,  Tbilisi–Telavi 

dəmiryolu,  Tbilisi–Balakən  avtomobil  yolu  keçir.  Diyarın 

inzibati  mərkəzi  Telavi  şəhərindədir.  Axmeta,  Gürcaani, 

Telavi, Laqodexi, Saqareco, Siğnaği, Sitelcğaro, Kvareli rayon-

larının  ərazilərindən  ibarətdir.  Diyarın,  xüsusən  də  Saqareco, 

Laqodexi,  Telavi  rayonlarının  əhalisinin  müəyən  qismini 

soydaşlarımız təşkil edirlər. Burada azərbaycanlılar 14 kənddə 

məskundurlar,  onlar  diyarın  40036  nəfər  ümum  əhalisinin 

12,3%-inə 

bərabərdirdər. 

2006-cı 

ildə 


diyarda 

11 


azərbaycandilli  məktəb,  bu  məktəblərdə  3962  şagird,  245 

müəllim olub. 



 

 

 



  AXMETA  RAYONUNDA  –  Əhalisi:  2002’də  41641  nəfər. 

Bunun müəyən qismi (152 nəfər) azərbaycanlılardır. 



 

  KASRİSCĞALİ  kəndi  –  Camaat  arasında  Kəsərsu  da 

adlanır. 

Gürcülərlə 

yanaşı 


azərbaycanlılar 

da 


var. 

Soydaşlarımız təxminən 100 nəfərdir (kənd əhalisinin 28%-i). 



 

  DEDOPLİSCĞARO  RAYONUNDA  –  Tbilisidən  124  km 

gündoğardadır.  Sahəsi:  2529,2  kv.km.  Əhalisi:  2002’də 

30.811 nəfər; 4,4 % azərbaycanlı. 

 

  ARXİLOSKALİ  kəndi  –  Kəndin  adı  tərcümədə  Arxılıqızı 

deyiminə  uyğun  gəlir.  Gürcülərlə  yanaşı,  azərbaycanlılar  da 

məskundurlar,  onlar  700  nəfərdən  çoxdurlar  (kənd  əhalisinin 

33%-i). 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 88 

 

  LENOVKA  kəndi  –  Əhalisinin  yarısından  çoxu  (100 

nəfərdən çox) azərbaycanlılardır. 



 

 

 



 

  LAQODEX  RAYONUNDA  –  Ölkənin  şərqində,  Tbilisidən 

154  km  uzaqda.  Ərazisindən  Tbilisi–Balakən  avtomobil  yolu 

keçir,  dövlət  qoruğu  var.  Hüdudları:  şərqdə  Azərbaycan 

Respublikası, şimalda Dağıstan, cənubda Gürcaani və Siğnaği, 

qərbdə  Kvareli  rayonları.  Ərazisi:  890,2  kv.km.  Əhalisi: 

2002’də  51.066  nəfər.  Soydaşlarımızın  (11392  nəfər)  yığcam 

yaşadıqları  Qabal,  Uzuntala,  Gəncələ,  Qaracalar kəndlərinə el 

arasında  ümumilikdə  Qabal  elatı  deyilir.  Məşhurları:  maarifçi 

Həmid  Alıyev,  ictimaiyyətçilər  Camal  Niyazov,  Sarvan 

Məmmədov,  şairlər  Yunis  Novruz,  Sərdar  Qaballı,  Fərman 

Əliyev vb. 

 

  GƏNCƏLƏ  kəndi  –  Alazan  vadisində,  Qabal  çayının  sol 

sahilində,  rayon  mərkəzindən  15  km  günbatarda,  dəniz 

səviyəsindən  360  m  yüksəklikdə.  Əhalisi:  2002-ci  ilin 

məlumatına görə, 630 ailədə 2745 nəfər, 2006'da 2595 nəfər. 

Orta məktəb (376 şagird) var. 

 

 QABAL kəndi – Alazan vadisində, 

Qabal 


və 

Bəysubandərə 

çayları 

arasında,  rayon  mərkəzindən  15  km 

günbatarda,  dəniz  səviyəsindən  330 

m  yüksəkdə.  Əhalisi:  2002’də  600 

ailədə  3654  nəfər,  2006'da  3454 

nəfər. Məktəb  1924-cü  ildə  yaradılıb, 

indi bir orta məktəb, bir elementar məktəb var. 

 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 89 

 

  QARACALAR  kəndi  – Alazan vadisində, Qabal çayının sol 

sahilində,  rayon  mərkəzindən  15  km  günbatarda,  dəniz 

səviyəsindən 370 m yüksəkdə. Oğuz mənşəli Qaraca, Qaracör 

tayfaları,  qıpçaqlardakı  qaraçay  tayfası,  qılıclı  tayfasının 

Qaraca  qolu  ilə  ilgili  ola  bilər.  Əhalisi:  2002’də  370  ailədə 

2576  nəfər,  2006'da  2426  nəfər.  Elementar  məktəb  (222 

şagird) var. 

 

  UZUNTALA  kəndi  –  Alazan  vadisində,  Qabal  çayının  sol 

sahilində,  rayon  mərkəzindən  15  km  günbatarda.  Əhalisi: 

2002’də  450  ailədə  2333  nəfər,  2006'da  2183  nəfər.  Baza 

(doqquzillik) məktəbi var. 

 

 

 

  SAQARECO  RAYONUNDA  –  Ölkənin  şərq  səmtində, 

paytaxtdan  47  km  aralıdadır.  1933-cü  ilədək  Qarekaxet 

adlanıb.  Ərazisindən  Yor  çayı  açır,  dəmiryolu,  Tbilisi–Balakən 

avtomobil  yolu  keçir.  Hüdudları:  cənubda  Azərbaycan 

Respublikası,  qərbdə  Qardabani  və  Msxeta  rayonları,  şimalda 

Tianeti, Axmeta, Telavi  rayonları, şərqdə  Gürcaani  və Siqnaxi 

rayonları.  Rayon  mərkəzi:  Saqareco  şəhəri.  Ərazisi:  1491,3 

kv.  km.  Əhalisi:  1989-cu  ildə  56.200  nəfər,  2002’də  59.212 

nəfər. 1 şəhəri, 42 kəndi var. Rayonun səkkiz para kəndində – 

Yor-Muğanlı,  Keşəli,  Ləmbəli,  Tüllər,  Qazlar,  Düzəyrəm,  Paldı 

(Baldoy),  Qarabağlı  kəndlərində  azərbaycanlılar  yaşayırlar  və 

buraya  Qaraçöp  deyilir  (bu  toponim  Qaracör  türk  tayfasının 

adını  da  xatırladır).  Həmçinin  Qombor  qəsəbəsində  də 

soydaşlarımız  var.  Qaraçöpdə  1979'da  13658  nəfər  (rayon 

əhalisinin  25  faizi),  1989'da  15804  nəfər  (rayon  əhalisinin 

26,3  faizi),  2002’də  18907  nəfər  (rayon  əhalisinin  31,9  faizi) 

azərbaycanlı yaşayıb. "Qaraçöp" adlı toplu nəşr edilib.  



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə