281
Bakı neft sənayesi üzərində hökmranlıq uğrunda ingilis, fransız və alman kapitalları arasında başlayan və ilk dövr-
lərdə Rusiya neft ticarətində almanların nüfuzunun güclənməsinə gətirib ç ıxaran rəqabət, nəticə etibarilə, A zərbaycanın neft
istehsalında əsas mövqelərin Almaniyanın rəqiblərin in əlinə keçməsi və alman kapitalın ın sıxışdırılması ilə başa çatdı.
Cənubi Qa fqazın əvvəlcə hərbi ə məliyyatlar meydanına, sonra isə cəbhəyanı bölgəyə çevrilməsi buranın siyasi vəziyyətinə
və iqtisadi həyatına böyük ziyan vurdu. Qara dəniz limanla rın ın bağlanması və neft məhsulları ixrac ının dayandırılması
üzündən neftin qiyməti aşağı düşdü. Mərkəzi Rusiya ilə əlaqələr pozuldu və diyarın zəruri ərzaqla təchizatı çətin ləşdi.
Birinci dünya müharibəsi (1914-18) dövründə Türkiyə və İran ərazilərində aparılan əməliyyatlar nəticəsində hə-
min ö lkələrdə yaşayan yüz min lərlə erməni rusların himayəsi altında qədim A zərbaycan torpağı o lan İrəvan quberniyasına,
həmç inin, Gəncə (Ye lizavetpol) və Ba kı quberniyalarının ərazisinə köçürüldü. Bununla, Qərbi Azərbaycan torpaqlarında
(indiki Ermən istan Respublikasının əra zisi) e rməni dövlətinin yaradılması üçün növbəti addım at ıld ı. Birinc i dünya
müharibəsinin gedişində və Rusiyada Ro manovlar mütləqiyyətinin devrilməsi nəticəsində Cənubi Qafqazda müstəqil
Azərbaycan, Gürcüstan və Ermən istan respublikaları yaransa da, çox keç mədən, bolşevik Rusiyası Cənubi Qafqa zı işğal
etdi.
Birinci dünya müharibəsinin nəticələri
Paris sülh konfransında (1918-20) yekunlaşdırıldı və rəsmiləşdirild i.
Əd.:
Qasımov M., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə.
h.1-2, B., 2000, 2001; yenə onun, Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, h.l (1918-1945-ci illər), B., 2003;Бовыкин В.
И., Из истории возникновения первой мировой войны, М., 1972; История первой мировой войны 1914-1918, в 2 –х томах (под ред.
И.И.Ростунова), М., 1975; Фей С., Происхождение мировой войны, т. 1- 2, M., 1934.
BĠRĠNCĠ HÖKUMƏT KABĠNƏSĠ - Azərbaycan Xalq Cümhuriyyətinin ilk Höku məti. A zərbaycan Milli Şurası
1918 il mayın 28-də Tiflisdə Azərbaycanın müstəqilliy i haqqında İstiqlal bəyannaməsini elan etdikdən sonra Azərbaycan
Cü mhuriyyətinin ilk müvəqqəti Höku mətin in təşkilin i Şuranın üzvü Fətəli xan Xoyskiyə tapşırdı. Xoyski Milli Şuranın
həmin iclasında Azərbaycan Xalq Cü mhuriyyətinin ilk müvəqqəti Höku mət kabinəsinin ü zvlərini elan etdi. 1-c i Höku mət
kabinəsində Fətəli xan Xoyski Na zirlər Şurasın ın sədri və da xili işlər naziri və zifə lərini, Xosrov Paşa bəy Sultanov hərbi
nazir, Mə mməd Həsən Hacınsk i xarici işlər na ziri, Nəsib bəy Yusifbəyli xa lq maarifi və ma liyyə naziri, Xəlil bəy
Xasməmmədov ədliyyə naziri, Mə mməd Yusif
Cəfərov ticarət və sənaye naziri, Əkbər ağa
Şeyxülislamov əkinçilik və əmə k
naziri, Xudadat bəy Məlik -Aslanov yollar və poçt-teleqraf naziri, Ca mo bəy Hacınski dövlət nəzarəti naziri vəzifə lərini
tutdular (ba x Azərbaycan Xalq Cümhuriyyəti Hök uməti).
BĠRĠNCĠ QAFQAZ QIRMIZl KORPUS U 1918 ilin may ında Bakı Xalq Komissarları Sovetinin rəhbərliy i
altında yaradılmış silahlı qüvvə; hərbi birlik. Qırmızı korpusun yaradılmasından əsas məqsəd bolşevik-daşnak qüvvələrini
vahid ko mandanlıq altında birləşdirərək A zərbaycanın milli qüvvələrinə zərbə endirmək və bütün Azərbaycanı nəzarət
altına almaq id i. Əsasını erməni-daşnak qüvvələri və silahlı bolşevik dəstələri təşkil edird i. Daşnak qüvvələrinin Qırmızı
orduya birləşdirilməsi ra zılığı Mart soyqırımından (1918) sonra əldə edilmişdi. Bakıdakı İnqilab i Müdafiə Ko mitəsi ilə
Erməni Milli Şurasının hə min ra zılığ ına əsasən, ma rt soyqırımında fəa l iştirak et miş 2-ci erməni ehtiyat piyada alayı ləğv
olunaraq, bir hiss əsi daşnak qulduru Ha ma zaspın taboruna, digər hissəsi isə Qırmızı sovet taborlarının tərkibinə da xil edild i.
Ha ma zaspın taborları yenidən qurularaq 16-c ı və 17-ci sovet taborları kimi Qırmızı orduya da xil ed ild i. Yenid ən qurulan
Qırmızı ordu 18 min əsgər və zab iti o lan 19 atıcı tabordan ibarət idi. Bütün taborlar 4 atıcı briqadada birləşdirilərək, Birinci
Qafqa z Qırmızı korpusunu təşkil ed ird i. Korpusun rəhbər vəzifə lərinə, əsasən, ermənilər təyin edilmişdi. Korpus ko man-
diri polkovnik Qa zarov, korpusun qərargah rəisi polkovnik Avetisov, komissarı isə Qanin idi. 1-c i atıc ı briqadanın
ko missarı A.Qu loyan, 2-c i briqadanın ko missarı Ter-Sa rkisov, 3-cü briqadanın ko missarı A.Mikoyan, 4-cü briqadanın
ko missarı A.Qabişev, topçu qüvvələrinin ko missarı A.Ter-Sarkisyan, süvari qüvvələrinin ko missarı isə T.Şau myan id i.
Bakı Sovetinin tabeliyində olan hərbi-dəniz qüvvələrinə rəhbərlik də erməni Xaçikova həvalə edilmişdi. Bakı Xalq
Ko missarları Sovetin in tabeliyində olan bütün hərbi qüvvələrin baş komandanı hərbi və dəniz işləri üzrə ko missar
Q.Korqanov idi. Qırmızı korpusun 12 ədəd səhra, 3 ədəd dağ və 4 ədəd mortir topu, atıcı silahlar üçün 9 milyon ədəd
gülləsi var id i. Korpusun möhkəmləndirilməsi üçün 1918 il iyunun əvvəllərində Moskvadan əlavə hərbi texnika yola
salın mışdı. Korpusun əsas qüvvələri Hacıqabul stansiyasına toplaşaraq, 1918 il iyunun 10-da Gəncəyə doğru yürüşə
başlamışdı. Bu qüvvələr yalnız Müsüslü-Qaraməryəm xəttinə qədər irəliləyə bilmişdilər. Türk-Azərbaycan hərbi qüvvələri
və xa lq könüllülərindən ibarət Qafqaz İslam Ordusu hissələrin in hücumu nəticəsində korpus tədricən Bakıya qədər geri
çəkildi. Bakı Sovetinin süqutu ilə korpusu təşkil edən qüvvələr yenidən formalaşdırılaraq daşnaklardan və eser-
menşeviklərdən ibarət "Sentrokaspi diktaturası "na tabe edildi. Azərbaycan xalqına qarşı yeni soyqrımları təhlü kəsi yarandı.
Əd:.
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998; yenə onun, Qafqaz
İslanı Ordusu və Azərbaycan, B., 1999.
BĠRĠNCĠ PĠYADA DĠVĠZĠYAS I Azərbaycan ordusunun tərkibində hərbi birləşmə. Əsası 1917 ilin sonlarında
qoyulmuşdu. Diviziyanın fo rmalaşması onun komandiri general-mayor Xəlil bəy Talışinskinin rəhbərliy i ilə aparılırd ı.
Birinci diviziyanın strukruru Əlahiddə A zərbaycan korpusunun tərkib ində də saxlan mışdı. Lakin A zərbaycan hərbi
hissələrinin forma laşması zəruri tələb lərə cavab vermədiyindən Qafqaz İslam Ordusu komandanının 1918 il 13 avqust
tarixli ə mri ilə Əlahiddə A zərbaycan ko rpusunun və piyada diviziyalarının qərargahları ləğv olundu, piyada diviziya larına
daxil olan hərbi hissələr isə birbaşa Qafqaz İsla m Ordusu komandanına tabe edildi.